Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq
Kulis.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniya hökuməti aylardır davam edən müzakirələrə son qoyaraq ölkənin milli muzeylərinə girişin xarici turistlər də daxil olmaqla hamı üçün ödənişsiz qalacağını açıqlayıb.
Kulis.az xəbər verir ki, Böyük Britaniyanın Mədəniyyət naziri Liza Nandi Mədəniyyət, Media və İdman Departamenti tərəfindən maliyyələşdirilən 15 milli müəssisədə pulsuz giriş siyasətinin daimi olaraq saxlanılacağını təsdiqləyib.
Daha əvvəl xarici ziyarətçilərdən giriş haqqının alınması təklifinə London meriyası və muzey rəhbərləri qarşı çıxmışdı.
Statistik göstəricilərə görə, 2001-ci ildən tətbiq edilən ödənişsiz giriş siyasəti sayəsində milli muzeylərin illik ziyarətçi sayı 22,8 milyondan 44,7 milyona yüksəlib.
Qeyd edək ki, Böyük Britaniyadan fərqli olaraq, Fransada Luvr muzeyi və Versal sarayı Avropa İttifaqı xaricindən gələn turistlər üçün giriş qiymətlərini 45 faiz artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Sentyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















