Icma.az
close
up
RU
“Böyük Britaniya və Qərb Mərkəzi Asiyada 5+1 formatlı görüşləri artırır”

“Böyük Britaniya və Qərb Mərkəzi Asiyada 5+1 formatlı görüşləri artırır”

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Mərkəzi Asiya ölkələri və Böyük Britaniya xarici işlər nazirlərinin ilk görüşü 2026-cı il fevralın 25-26-sı Londonda keçiriləcək.

“Report” Qırğızıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tədbirdə XİN rəhbəri Jeenbek Kulubayev iştirak edəcək.


Gununsesi.info
bildiriri ki, məsələy münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu format son illərdə xeyli populyarlaşıb:

“Qərb ölkələri Mərkəzi Asiya dövlətlərinin liderləri və digər rəsmiləri üçün ayrı-ayrılıqda səfərlər təşkil etməkdənsə toplam şəkildə görüş və müzakirələrə üstünlük verirlər. Bunun bir neçə səbəbi var. Birincisi, 5+1 formatında görüş və müzakirələr vaxt itkisinin qarşısını alır. İkincisi, Qərb ölkələri 5+1 formatından istifadə edərək Mərkəzi Asiya ölkələrinin xarici siyasət və təhlükəsizlik məsələlərinə vahid mövqedən yanaşmalarını təmin etdiklərini düşünürlər.

Mərkəzi Asiya ölkələrinin hər birinin yatırımlara ehtiyaclar var. Bu ölkələrin əsas yatırmçısı Çindir. Ancaq Çindən olan yatırımlar Mərkəzi Asiya ölkələrini Pekindən asılılıqlarını artırır. Buna görə də Mərkəzi Asiya ölkələri Qərb ölkələrinin də yatırımlarını cəlb etməyə çalışırlar ki, idxal-ixrac əməliyyatlarında balansın yaradılmasını təmin edə bilsinlər. Bu yanaşma ABŞ və Avropa ölkələrinin də maraqlarına cavab verir. Bu səbəbdən ABŞ və Avropa ölkələri Mərkəzi Asiya ölkələri ilə müxtəlif sazişlər imzalayır və ortaq iqtisadi layihələrin reallaşmasına çalışırlar”.

Politoloq vurğulayıb ki, Böyük Britaniya Mərkəzi Asiya ilə əməkdaşlığını həm də ona görə genişləndirmək istəyir ki, Rusiyanın və Çinin bölgəyə təsir imkanlarını azalda bilsin:

“Londonda 5+1 formatıyla yanaşı Böyük Britaniya rəsmiləri Mərkəzi Asiya dövlətlərinin xarici işlər nazirləri ilə ikili görüşlər də keçiriblər. Bu Böyük Britaniyanın Mərkəzi Asiya dövlətlərinin hər birinə fərqi yanaşdığını göstərir. Böyük Britaniya Mərkəzi Asiya ölkələrində təhsil mərkəzləri açmağı da planlaşdırır.

Böyük Britaniya ABŞ və Avropa İttifaqı kimi Mərkəzi Asiya resurslarına maraq göstərir. Böyük Britaniya bu resurslardan fayadalanmaq məqsədilə Transxəzər marşutuna ehtiyac duyacaq. Bu baxımdan London Bakı ilə strateji tərəfdaşlığı gücləndirmək əzmindədir. Təsadüfi deyil ki, Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət nümayəndəsi Lord Con Olderdays bir müddət əvvəl bölgəyə səfərinə Azərbaycandan başlamışdı”.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri