Böyük Britaniya yeni sanksiyalarla RUSIYANİ VURDU
Icma.az, Publika.az saytına istinadən bildirir.
Böyük Britaniya hökuməti Rusiya neftinin daşınmasında iştirak edən 20 gəmini sanksiya siyahısına daxil edib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu addım Rusiyanın enerji sektoruna təzyiqləri artırmaq və onun “kölgə donanması” adlandırılan gəmilərini hədəf almaq məqsədi daşıyır. Sanksiya tətbiq edilən gəmilər arasında “Andaman Skies”, “Mianzimu” və “Ocean Faye” də var. Onların hər biri bu il 4 milyon bareldən çox Rusiya nefti daşıyıb. Bu sanksiya tədbirləri gəmilərin hərəkətini məhdudlaşdırıb və bəzi Britaniya limanlarına girişini qadağan edib.
Ötən ay Böyük Britaniya Rusiyanın 30 neft tankerini sanksiya siyahısına əlavə edib və ümumilikdə daşımada iştirak edən 100-dən çox gəmi məhdudiyyətlərə məruz qalıb.
Yeni sanksiyalarla yanaşı, Böyük Britaniya Ukraynanın enerji infrastrukturunun bərpasına və müharibənin üçüncü qışında ən həssas təbəqələrə dəstək olmaq üçün 35 milyon funt sterlinq məbləğində əlavə maliyyə yardımı ayırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Dekabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















