Böyük Britaniyada şokolad oğrularına qarşı sərt addımlar atılıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
London, 24 fevral, AZƏRTAC
Böyük Britaniyada bəzi mağazalarda şokolad məhsulları oğurluğun qarşısını almaq məqsədilə xüsusi plastik qoruyucu qutulara yerləşdirilib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, pərakəndə satış şirkətləri və polis orqanları şokoladların artıq oğurluq hallarında hədəfə çevrildiyini bildiriblər
“Sainsbury’s” şirkəti açıqlayıb ki, tez-tez oğurlanan məhsullar üçün qoruyucu qutulardan istifadə etməyə başlayıb. London filiallarından birində qiyməti 2,60 funt sterlinq olan “Kadberi” şirkətinin “Dairy Milk” şokoladları kilidli plastik qutulara yerləşdirilib.
Britaniya Kiçik Mağazalar Assosiasiyasının məlumatına görə, şokolad məhsulları cinayətkarlar tərəfindən sonradan satılmaq üçün oğurlanır.
Son aylarda bəzi polis idarələri problemi ictimailəşdirmək üçün oğurluq anlarının əks olunduğu videogörüntülər yayımlayıb. Vest Midlends polisi Stourbric şəhərində bir şəxsin mağazadan şokolad qutularını götürdüyünü əks etdirən görüntüləri paylaşıb. Uiltşir polisi isə bir nəfərin mağazadan bütöv şokolad rəfini sürüyərək çıxardığını göstərən video yayımlayıb.
Polis bildirib ki, oğurlanan məhsulların siyahısına şokoladla yanaşı, alkoqollu içkilər, ət məhsulları və qəhvə də daxildir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 24 Fevral 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















