Böyük Britaniyada təyyarə qəzaya uğradı: ölənlər var
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Böyük Britaniyanın Uels bölgəsində təyyarə qəzaya uğrayıb.
"Bakupost" xəbər verir ki, polis hadisənin Qvinedddə baş verdiyini bildirib.
Məlumata görə, təyyarə İngiltərədəki aerodromdan havaya qalxsa da, təyin olunmuş vaxtda Karnarvon hava limanına çata bilməyib və axtarış-xilasetmə əməliyyatı başlayıb.
Təyyarənin qalıqları və iki nəfərin cəsədi aerodromdan təxminən 60 kilometr aralıda yerləşən ucqar bir ərazidə tapılıb.
Həlak olanların şəxsiyyəti və təyyarənin modeli hələlik açıqlanmayıb.
Qəzanın səbəbləri araşdırılır.
Baxış sayı:162
Bu xəbər 14 Avqust 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















