Britaniyada təyyarə qəzaya uğradı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniyanın Esseks qraflığında Sautenda aeroportunda kiçikhəcmli təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.
Bildirilib ki, qəzaya uğrayan Niderlanda istiqamətlənən “Beechcraft King Air B200” təyyarəsi olub. Hava gəmisi uçuşa başladıqdan dərhal sonra yerə çırpılıb.
Göyərtədə neçə sərnişinin olması, xəsarət alıb-almaması barədə informasiya yoxdur.

