Böyük coşqu ilə qarşılanan Xalq artisti Tünzalə Ağayeva səhnədə ağladı FOTO/VİDEO Doğru Xəbərlər
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Tünzalə Ağayeva yeni il ərəfəsində tamaşaçılarını sevindirib.
Doğru.az xəbər verir ki, pop ulduz “Paşa Malls”un təşkilatçılığı ilə “Port Baku New Year Village” adlı yeni il yarmarkasının açılışını edib. İlk mahnıdan sonra gerisayım başlanılıb və şam ağacının işıqları yandırılıb.
Hər zaman fərqli görünən estrada ulduzu bu dəfə ağ qara tonlarında olan tulum və bordo kürkdən istifadə edib.
Bir saat boyunca ən hit mahnılarını sevənlərinə ərmağan edən Xalq artisti həmin gecə zamanı xəstə olduğunu bildirib, amma buna baxmayaraq möhtəşəm çıxış nümayış etdirib.
Sevənləri də onunla birlikdə bütün mahnıları əzbərə söyləyiblər.
Tədbirin sonunda kövrək məqamlar yaşanıb. Xalq artisti repertuarının ən zəngin ifalarından olan “Mən Azərbaycanlıyam” mahnısını ifa edəndən sonra kövrəlib ağlayıb.
Qeyd edək ki, sözügedən yarmarka dekabrın 1-dən yanvarın 5-dək davam edəcək.
DOĞRU.AZ
https://dogru.az/public/storage/2024/12/media-vn20241205_202318-nuefhjm78yaw3q1zvc6i.mp4

Baxış sayı:116
Bu xəbər 06 Dekabr 2024 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















