Böyük Dəbilqə turniri BAŞA ÇATIR: Son gündə üç idmançımız yarışacaq
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın daha üç cüdoçusu yarışın son günündə mübarizəyə qoşulacaq.
Camal Qamzatxanov (+100 kq) 1/8 finalda Saba Kardava (Gürcüstan) - Losseni Kone (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Eyni çəki və mərhələdə çıxış edən Kənan Nəsibov isə Yelaman Yerqaliyev (Qazaxıstan) - Gela Zaalişvili (Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qadınlar arasında (+78 kq) Madina Kaisinova da mübarizəyə 1/8 finaldan başlayacaq. O bu raundda Erika Simonetti (İtaliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş, 1 bürünc medal var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 22 Mart 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















