Icma.az
close
up
RU
Böyük ədəbiyyatşünaslarımızın davamçısı

Böyük ədəbiyyatşünaslarımızın davamçısı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bəkir Nəbiyev – 95

Ömrünü milli bədii söz sənətinin inkişafına yolunda şam kimi əridənlərdən biri də ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, “Şöhrət” və “İstiqlal” ordenli akademik Bəkir Nəbiyev olub. Klassik və müasir ədəbiyyatımız haqqında sanballı əsərlər yazmış və yorulmaz fəaliyyəti ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş görkəmli alimi ehtiramla yad edirik.  

 Bəkir Əhməd oğlu  Nəbiyev 1930-cu ilin avqust ayında Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alması sayəsində və özünün söz sənətinə tükənməz sevgisi ilə elmin dərinliklərinə qəvvas kimi baş vurub. Universitetin aspiranturasında təhsilini uğurla davam etdirərək, 1960-cı ildə “Firudin bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 

Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 1951-ci il 4 noyabr tarixli nömrəsində dərc edilən “Dama-dama göl olar” rəyi ilə başlayan gənc müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi kimi o dövrün nüfuzlu qəzetlərində çalışıb. Yazıçılar və Jurnalistlər birliklərinə üzv qəbul olunub. Bəkir Nəbiyev ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə və əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən çox kitab, 900-dən çox məqalə və resenziya həsr edib. Fundamental əsaslı, dərin bilikli  alim kimi keçmiş SSRİ-də, eləcə də Türkiyə, İran və İraqda yüksək elmi səviyyəsini sərgiləyə bilib.  

Akademik Bəkir Nəbiyev XX əsrin ortalarından etibarən ədəbi prosesin və ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olub, yorulmadan bədii irsimizi tədqiq edib.     

Elmi-ictimai fəaliyyətinin 1-ci mərhələsini hər bir görkəmli elm adamı üçün fəxr sayıla biləcək məhsuldarlıqla, intensiv və çoxşaxəli axtarışlarla başa vuran Bəkir Nəbiyev 2-ci mərhələyə Azərbaycan Milli Elmlər Akademiyasından başlayıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı çox keçmədən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Bəkir Nəbiyevə daha məsul vəzifə – Ədəbiyyat Muzeyinin direktorluğu tapşırılıb. Bu vəzifədə 15 ildən çox çalışıb, muzeyin daha da zənginləşməsində, dövrün tələbləri əsasında yenidən qurulmasında, beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, elmi-tədqiqat fəaliyyətini də inadla və inamla davam etdirib. 

Elm, ürfan, yaradıcılıq yolunun 2-ci mərhələsində alimin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif məsələlərinə dair çoxsaylı kitab və məqaləsi çap olunub. Mərhum akademikin “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963), “Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Tənqid və ədəbi proses” (1976), “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (1977), “Kamalın təntənəsi” (1981), “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006), “Hərənin öz yolu var” (2007) və s. kitabları tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960–2010) dövrünü mərhələli surətdə əks etdirir. Bu əsərlər heç vaxt köhnəlməyən müasir təfəkkürlə, yüksək tarixilik duyğusu ilə qələmə alınıb.

Görkəmli söz adamları Bəkir Nəbiyevi layiqincə səciyyələndiriblər. Bəzi sitatlar gətirək. Professor Mir Cəlal Paşayev: “Bəkir Nəbiyev müasir ədəbi prosesi diqqətlə izləyən bir tənqidçi kimi tanınır. Təsadüfi deyil ki, onun əsərində müasir roman və müsbət qəhrəman, nəsrimizdə konflikt və xarakterin ifadə tərzi, psixoloji təhlil kimi yaradıcılıq problemlərinə dair mülahizələrində yorulmaz bir tədqiqatçının əməyi ilə yanaşı, fəal bir tənqidçinin təfəkkürü də özünü göstərir”.

Akademik Həmid Araslı: “B.Nəbiyevin əsərləri… müharibə dövrünün Azərbaycan ədəbiyyatının monumental mənzərəsini yaratdığı, qələbədən sonrakı ədəbiyyatda, hərbi-vətənpərvərlik mövzusunda yazılmış əsərləri sistemə salıb əsas istiqamətlərini müəyyən etdiyi üçün həm mütəxəssislərin, həm də geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır”.

Professor Cəfər Xəndan: “B.Nəbiyev hələ tələbə ikən mənim nəzərimi cəlb etmiş, yaxın gələcəkdə belə bir əsər yaza biləcəyi xüsusda təsəvvür doğurmuşdu… Mənim rəhbərliyim altında hazırlanmış 20-dək aspirant arasında B.Nəbiyev ən istedadlılarından biri sayıla bilər”.

Xalq şairi, akademik Bəxtiyar Vahabzadə: “Mənim şeir və məqalə kitablarım haqqında Bəkirin də bir neçə məqaləsi var. Mən onun “Zirvəyə gedən yolda” adlı məqaləsindən bir məqamın üstündə dayanmaq istəyirəm. Bəkir Nəbiyev həmin məqaləsində ənənə və novatorluq istilahlarının adını çəkmədən bu iki qütbün mənim yaradıcılığımdakı təzahürünü müasir poeziyamızın müstəvisində böyük, analitik təhlillə izah etmişdir. Bu məqalə yaradıcılığımın müəyyən dövrünə işıq salıb ondan sonra keçəcəyim yollara yön verdi”.

O, Azərbaycan filologiyasında mükəmməl “Bəkir Nəbiyev məktəbi”nin əsasını qoyub. Ədəbiyyatşünaslıq sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasında   xidmətləri böyük olub. Bir çox doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olub. Günümüzün görkəmli alimlərindən Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu onun yetirmələridir. Bu məktəbin nümayəndələri elmdə öz sözü, öz fikri olan nüfuzlu ədəbiyyatşünaslardır. 

Akademik Bəkir Nəbiyevin zəngin fəaliyyətini dövlətimiz hər zaman yüksək qiymətləndirib. O, “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülməklə bərabər, Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib.

Böyük alim Bəkir Nəbiyev 2012-ci il martın 15-də Bakıda vəfat edib. Xalq şairi Cabir Novruzun təbirincə desək, onun tənqidçiliyi də, alimliyi də, vətəndaşlığı da məhz insanlığından bəhrələnib, su içib… Buna görə görkəmli akademik daim ehtiramla yad olunur.

Əli NƏCƏFXANLI 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri