“Böyük ehtimalla gələn ilə qalacaq” menecer Juninyo ilə bağlı
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Artıq günlərdi “Qarabağ”ın braziliyalı ulduzu Juninyo “Sevilya”nın diqqət mərkəzindədi.
Hər kəs bu transferin baş tutub-tutmayacağını maraqla gözləyir. İspaniya klubu ağdamlıların istədiyi pulu verməsə, Juninyo yanvarın əvvəlində Bakıya qayıtmalıdı. Bəzi iddialara görə, artıq transfer tamamlanıb, yalnız xırda detalları razılaşdırmaq qalır. Guya “Sevilya” “Qarabağ”a 3,5 milyon avro ödəyəcək.
Prosesin iştirakçılarından olan menecer Tural Əsgərli “Football-plus.az”ın sualını belə cavabladı:
“Təəssüf ki, bu məlumat yanlışdı. Hazırda söhbət 3,5 milyon avrodan getmir. Bu dəqiqə heç bir razılıq yoxdu. Böyük ehtimalla gələn ilə qalacaq. Çünki bu gün, sabah, birisigün məsələnin həll olunacağı heç də inandırıcı deyil”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 31 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















