Icma.az
close
up
RU
Böyük futbol Yevlaxa döndü, amma bayram olmadı

Böyük futbol Yevlaxa döndü, amma bayram olmadı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Karvan-Yevlax - Kəpəz (Gəncə) 1:2 (1:1)
1. Kamran İbrahimov - 6,0
13. Vüsal Məsimov - 4,0
32. Elvin Yunuszadə - 3,5
(42. İbrahim Qədirzadə, 82) - qiymətsiz
33. Etun Turabov - 5,0
(4. Olavale Doyeni, 46) - 5,0
21. İmani Barker - 5,5
2. Şakil Sno - 5,5
6. Vadim Abdullayev - 5,0
(12. Vitor Roşa, 82) - qiymətsiz
11. Kayl Spens - 6,0
9. Tompson Qavi - 5,5
8. Peter Kinqs - 5,0
(10. Samuel Durant, 55) - 5,0
7. Araz Abdullayev (k) - 6,5
Ehtiyat oyunçular
25. Əmrah Bulud
22. Qabil Əlizadə
14. Uğur Cahangirov
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
37. Mois Nqvisani
Baş məşqçi: Azər Həşimov
Komandanın ən yaxşısı: Araz Abdullayev
33. Yusif İmanov - 5,5
7. Ehtiram Şahverdiyev - 5,0
(5. Rauf Hüseynli, 68) – 5,5
29. Dioqo Verdaşka (k) - 5,5
27. Məqsəd İsayev - 5,0
17. Ümid Səmədov – 5,5
88. Şakir Seyidov - 4,5
24. Olavale Onanuqa - 5,0
6. Pedro Qomeş - 5,5
(38. Cefferson Bentu, 68) - 5,5
77. Fərid Nəbiyev - 5,5
(53. Şahmar Aşurov, 90+4) - qiymətsiz
10. Rinosuke Ohori - 5,5
9. Luis Paçu - 6,0
(21. Sadiq Şəfiyev, 68) - 5,5
Ehtiyat oyunçular
1. Kasper Rosa
14. Uğur Cahangirov
77. Əli Abdullayev
81. Elgün Bayramov
5. Nika Çaçaşvili
37. Mois Nqvisani
3. Said İranxan
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Luis Paçu
Qollar: L.Paçu, 14 (0:1). A.Abdullayev, 32 (1:1, V.Abdullayev). R.Hüseynli, 76-p. (1:2).
Vərəqələr: V.Məsimov, 20 (qeyri-idman hərəkəti). V.Abdullayev, 74 (hakimin qərarına etiraz). O.Doyeni, 85 (hakimin qərarına etiraz). A.Abdullayev, 85 (hakimin qərarına etiraz). İ.Barker,90+4 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Elçin Məsiyev (Bakı).
VAR hakiminin köməkçisi: Namiq Hüseynov (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
21 noyabr. Yevlax. Şəhər stadionu. 4000 tamaşaçı (6000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunub qiyməti: 6,5.
15 illik aradan sonra Yevlaxda premyer-liqa oyunu keçiriləcəkdi. Həm bu məqam, həm də turnir cədvəlindəki durum “Karvan-Yevlax”ı yalnız qələbə üçün oynamağa məcbur edirdi. “Kəpəz” də sonda qərarlaşdığından faktiki bu, 6 xallıq oyun idi.

Odu ki, oyunun qarşılıqlı hücumlar şəraitində başlaması təəccüb doğurmadı. Futbolçular mübarizədən çəkinmir, meydanın hər qarışı uğrunda döyüşürdü. Oyunda hesab erkən açıldı. Şakirin uzun ötürməsini uzaqlaşdırmaq istəyən Barker topa düzgün toxuna bilmədi. Səhvdən yararlanan Fərid dərhal Ehtiramı gördü. Ehtiramın qapı qarşısına göndərdiyi incə ötürməni Paçu başla tamamlayaraq “Kəpəz”i önə keçirdi. Amma 17 dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirə bildi. Vadim, Spens və Arazın qurduğu hücumun sonunda Abdullayev “Kəpəz”in yeni qapıçısı ilə üzbəüz qalıb topu onun ayaqları arasından keçirdi.
2-ci hissə başlayanda aydın oldu ki, heyətlərdə yalnız bir dəyişiklik var: Azər Həşimov Turabovu Doyeni ilə əvəzləməyi lazım bildi. İkinci hissəyə də meydan sahibləri daha fəal başladı. 61-ci dəqiqədə Snonun dabanla geriyə ötürməsi Araz üçün ideal fürsət yaratsa da, onun iti zərbəsini Ümid əla reaksiya ilə çıxardı. 63-cü dəqiqədə isə meydan sahiblərinin qapıçısı qapıçısı Kamran İbrahimov ardıcıl iki seyv etdi. O, Əvvəlcə Paçunun, ardından Ohorinin təhlükəli zərbəsini dəf etdi. 74-cü dəqiqədə Ehtiram Şahverdiyevin cərimə zərbəsindən qapı qarşısına ötürdüyü topu Vadim Abdullayev uzaqlaşdıra bilmədi. Qayıdan topu Şakir qapıya göndərmək istəsə də, müdafiə blokladı. Sno topu Qaviyə ötürməyi düşündüyü anda Məqsəd epizoda müdaxilə etdi və bu qarışıqlıqda Qavi rəqibin ayağına zərbə vuraraq penaltiyə səbəbkar oldu. Zərbəni soyuqqanlı şəkildə yerinə yetirən Rauf Hüseynli “Kəpəz”i növbəti dəfə önə çıxardı.
84-cü dəqiqədə yevlaxlılar hesabı bərabərləşdirməyə çox yaxın idi. Durrantın qapı önünə göndərdiyi topa Yusif İmanov uğursuz şəkildə toxundu və avtoqol təhlükəsi yarandı. Lakin Ümid Səmədov son anda topu qapı xəttindən çıxarmağı bacardı. Epizod VAR-da yoxlanılandan sonra topun xətti keçmədiyi təsdiqləndi.
Gözdən qaçmadı
* 44-cü dəqiqədə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səslənəndə hərbi polislərdən bəziləri ayağa qalxmadı. Halbuki həmkarı onlardan qalxmağı xahiş edilmişdi. Hətta polislərdən biri canlı açmışdı.
* 90-cı dəqiqədə azyaşlı uşaq meydana girsə də, Rauf Cabbarov da oyunu dayandırmadı. Yeri gəlmişkən, azarkeşlər hakimə butılka atdı
* 27-ci dəqiqədə Əli Abdullayev Vüsal Məsimovun əvəzinə meydana çıxmalı olsa da, ikinci etiraz etdi, meydanda qaldı, özü də 90 dəqiqə.
* Oyun başa çatandan sonra İmani Barker fərdi şəkildə məşq edirdi.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:339
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Noyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri