Icma.az
close
up
RU
Böyük insanlar yalnız böyük siyasət həyata keçirə bilirlər

Böyük insanlar yalnız böyük siyasət həyata keçirə bilirlər

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycanın dilbər guşəsi Qarabağa təşkil olunan səfərlər nəticəsində görülən yenidənqurma və bərpa işləri ilə yaxından tanış olduqdan sonra genişmiqyaslı layihələrin həyata keçirildiyini görəndə bölgənin sürətlə dirçəldiyinin şahidi olursan.
İnfrastruktur layihələri: yolların, tunellərin inşası, hava limanlarının inşası və istifadəyə verilməsi, dəmir yol xətlərinin tikintisi, tarixi abidələrin restavrasiyası, enerji infrastrukturunun və yaşıl enerji zonasının yaradılması, su elektrik stansiyaları, günəş və külək enerji layihələri. Sosial obyektlər - məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər ictimai obyektlərin inşası; bütün bunlar müasir standartlara uyğun həyata keçirilir. Əhalinin qaytarılması, Böyük Qayıdış Proqramına uyğun olaraq həyata keçirilir.
İnsanlarımızın doğma yurdumuza, qazandığımız zəfərdən sonra Zəfər yolu ilə ləyaqətlə qayıdışını yaşamaq qədər böyük xoşbəxtlik hissi ola bilməz.
Sistemli şəkildə həyata keçirilən bu layihələr regionda yeni bir dövrün başlanğıcı kimi dəyərləndirilməlidir. Çünki bütün layihələr və nəzərdə tutulan proqramlar Azərbaycan hökumətinin bölgənin sürətli inkişafı üçün məqsədyönlü olaraq hazırlanıb. Bu, ölkəmizin siyasi baxımdan dünyaya verdiyi bir mesajdır: Biz öz torpaqlarımızı, öz vətənimizi müasir dünya sivil cəmiyyət standartlarına uyğun inkişaf etdiririk. Həmçinin, yalnız öz ölkəmiz üçün deyil, həm də tərəfdaş və obyektiv düşünən dövlətlərin faydalanması üçün perspektivli və vacib olan münasibətlər sistemini möhkəmləndirən dərin siyasi qərarlar qəbul etmişik.
Ümumilikdə, regionlarımızın inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir. Buna görə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının qəbul edilməsi strateji və akademik yanaşma ilə məqsədlərimizi müəyyən edib, milli prioritet kimi fundamental şəkildə həyata keçirilir. Təbii ki, iş olan yerdə nöqsanlar olur. Bu, danılmaz faktdır. Lakin bu miqyasda görülən işlər, gələcəkdə bizim üçün qüdrətli və güclü bir dövlətin siyasi və diplomatik zəfərləri ilə yanaşı, zəfər yollarımızı da açacaq.
Bu yollar, bizim milli ideologiyamızın sürətlə dünya ölkələrində yayılması, maraqlarımızın təmin edilməsi üçün yeni dünya nizamına maneəsiz və qürurla hərəkət etməyimizə hesablanan ciddi addımlardır.
Qarabağ səfərlərinin fəlsəfi-siyasi mahiyyəti də ondan ibarətdir ki, bütün siyasi və ictimai xadimlər həmrəy və birlik nümayiş etdirərək, milli məsələlərdə maraqlarda bərabər addımlamaq istəyini ortaya qoyurlar. Bu, “Biz birlikdə güclüyük” iradəsinin əyani göstəricisidir.
Torpaqların azad olunmasında qəhrəmanlıq göstərən şəhidlərimizin ruhuna ehtiramımızı, qazilərimizə minnətdarlığımızı, dövlətçilik ənənələrimizə sadiqlik nümayiş etdirərək onların xatirəsini həmişə uca tutmalıyıq.
Bu, bizim prinsipial və dönməz milli yolumuzdur. Bu yolda bütün Azərbaycan xalqına uğurlar arzu edirəm.
Bu gün dövlətimizin siyasi dayaqlarını möhkəmləndirərək, milli ideologiyasını və maraqlarını təmin etmək üçün strateji düşüncələrlə həyata keçirdiyi uğurlu diplomatiyanın banisi İlham Əliyevdir. Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işləri gələcək nəsillərin iqtisadi və sosial təminatı üçün nəzərdə tutulmuş böyük siyasətin tərkib hissəsidir.
Böyük insanlar yalnız böyük siyasət həyata keçirə bilirlər.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 May 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri