Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qəzet böyük siyasət meydanıdır

Qəzet böyük siyasət meydanıdır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Əziz dostum Aydın Quliyevin 65 illiyinə ərməğan edirəm


“Əgər qəzetsiz hakimiyyət və yaxud, hakimiyyətsiz qəzet seçimi qarşısında olsaydım, tərəddüd etmədən ikincini - hakimiyyət olmadan qəzeti seçərdim”.


Tomas Cefferson. ABŞ-nnn 3-cü prezidenti  


Aydın müəllimi uzun illərdir tanıyıram. Bir tavan altında çiyin-çiyinə çalışmışıq. Həmişə milli-mənəvi dəyərlərimizə sadiqliyinin şahidi olmuşam. Mədəni və ədəbli davranışı ilə ətrafı düşündürüb. Daxili təmiz, vicdanı safdır. Azərbaycanın milli ideologiyasının qorunub inkişaf etdirilməsində diqqət çəkən xidməti var. Lakin bunu özünün borcu kimi qəbul edir, heç vaxt “əməyinə görə ödəniş”in iddiasında olmayıb. Nə “Prezident təqaüdçüsüdür, nə də, “Şöhrət ordeni”lidir, özəl maraqların girovunda da, heç vaxt olmayıb. Təcrübəli qəzetçi və publisistdir, nəfsinə tabe olmayan, haqdan üz çevirməyən ziyalı vətəndaş və peşəkar qələm sahibidir. Onun qələmini itiləməyə ehtiyac yoxdur, iti qələm sahibidir....

Aydın müəllim haqla yaşayan və haqqın tərəfində duran  jurnalistdir. Publisistik yazılarında, siyasi şərhlərində, dünyada baş verən hadisələrə dair proqnozlarını, ustalıqla qələmə alan ziyalı və dövlətin elit vətəndaşıdır. O, hər zaman bir vətəndaş kimi dövlətə mənsubluğunun, onunla siyasi və hüquqi bağlılığının fərqində olur. Öyrənir və öyrədir, oxuyur, mütaliə edir. Zamanın yedəyində getmək onun həyat tərzinə, davranışlarına və kredosuna ziddir. Daha çox zamanla ayaqlaşmağı bacarır. Yəni Aydın müəllimin həyatı imanlı bir həyatdır, davranışı cəmiyyətə qarşı durmamaq anlamında cilalanıb. Bütövlükdə Vətəndaş Cəmiyyətinin inkişafı naminə hüquqi və demokratik dövlətin prinsiplərinə uyğun qələmini kökləyir. Bəziləri kimi sensasiya xatirinə yazılar ərsəyə gətirmir. Yalan dünyanın yox, həqiqi dünyanın fövqündə gerçəkliyə səmtlənən yolda irəliləməyi bacarır. O yolda yoxuş da, düz də var. Ayağa dolaşan kəndirsayaq aşırımlarda yorulsa da, taqətdən düşmür. Bu yolun zirvəsində vicdani saflıq və Vətənə sevgi durur. 

Zənnimcə, dünyanın ən böyük təhlükəsi ondan ibarətdir ki, “Kimsə onu xilas edəcək” - deyə düşünürük. Amma hamı qabiliyyət və bacarığı daxilində üzərinə düşəni etmir. Bu, ailədən, cəmiyyətdən və ölkələrdən başlayır. İstiqlal şairi Məmməd Araz sayağı desəm, - “Məndən ötdü, qardaşıma dəydi”, - deyə düşünsək, nəyəsə nail olmaq mümkünsüzdür. Aydın müəllim həm püxtələşmiş iti qələm sahibi, səriştəli Baş redaktor və erudisiyalı bir siyasi şərhçi, ziyalı ictimai xadim kimi həmişə haqsızlığa qarşı durub, haqqın yanında olmaqla ümumi maraq və ictimai həmrəylik naminə çalışıb. Mübaliğəsiz deyə bilərəm ki, onun baş redaktoru olduğu “Bakı-Xəbər”i və ya onlayn qəzetin bircə buraxılışını, rəhbərlik etdiyi Bakı-xəbər tv-ni dinləyəndə hər şey bəlli olur. 

Qəzetin epiqrafı daha çox diqqət çəkir: “Demokratiya, güclü iqtisadiyyat - Qarabağın açarıdır!”. Bu şüar uzun illər yaddaşıma həkk olunan “Qığılcımdan alov doğar”  epiqrafına bənzəyir və 10 noyabr 2020-ci ildə həqiqətə çevrildi. Qəhrəman övladlarımız “Güclü iqtisadiyyatın" təsirini dünyaya bəyan etdi. 

Qəzetdə dərc edilən yazı və şərhlərin adı kifayət edir ki, bu qəzetin baş redaktoru və kollektivi haqda təsəvvürlər formalaşsın. Məs: 10 iyun tarixli buraxılış sayında “Ana səhifədəki” yazılar diqqət çəkir: “Ermənistanda  Dövlət adından ittiham: Kilsə ruslara işləyir”; “Putin saxtalaşdırdı, Ermənistana “Qəhrəman -“dedi”; “Texnologiya müəllimi əvəz edə bilməz” və s. 

 Aydın müəllimin uzun illər təsis etdiyi və Baş redaktoru olduğu "Bakı-Xəbər" qəzetinin sayıb-seçilən qəzet kimi nüfuza malik olması, birgə çalışan zəhmətkeş kollektivin əziyyətinin canlı təzahürüdür. “Bakı-Xəbər” qəzeti kollektiv üçün böyük bir siyasət meydanıdır, - desəm yanılmaram. “Bir olsaq, üstümüzə yuvarlanan səmanı da  saxlaya, qədim yunan mifologiyasında tanrıların ittihamına tuş gələn Sizifin gücü çatmadığı böyük qaya parçasını da dağın başına qaldıra bilərik”, - yunan mifologiyasına bənzər çalışmaq günün devizinə çevrilib. “Faydasız əmək”dən daha ağır cəza yoxdur (Sizif əməyi).  

Bu gün ölkədə kifayət qədər “siyasi şərhçi” adı altında  hadisələrə dair müxtəlif münasibətlər bildirən, televiziyalarda aparıcıların suallarını cavablandıran “şərhçilərimiz” var. Onların sayı, indi müğənnilər qədərdir, hər gün də artır, yeniləri gəlir. Amma siyasi arenada izləyicilərin düşüncə və anlamına uyğun  şərh verə vilən, siyasi proqnozları hüquqi məntiq və fəlsəfi-siyasi düşüncə ilə üst-üstə düşən barmaqla göstərilən siyasi şərhçilər var. Aydın Quliyev ilk beşliyin sırasındadır. Tərəddüd etmədən demək olar ki, televiziyalarda Aydın müəllimin açıqlamaları siyasi nəzəriyyələr tarixi ilə paralel səsləndirilir, fəlsəfi məna kəsb edir və təhlil edilir. 

“Bakı-Xəbər” qəzeti oxucunun özü ilə danışmasıdır, o susmur, sussaydı, günaha batardı. Müdrik deyimə görə, əlində qələmi olan şəxslər heç vaxt pis olmaz. Cəmiyyəti qəzet ideologiyası ilə dəyişə bilir, günün gündəliyini də qəzet müəyyən edir. Hətta dünyaya pəncərəni də qəzetlə bağlamaq olar, - deyə düşünənlər var. Razıyam! Aydın müəllimin təsis etdiyi qəzet kollektivi ilə belə gücə malikdir, - desəm inciməyin. 

Qədim zamanlarda bəşər əhli iki gücü qəbul edirdi: “Qılıncın və ruhun gücünü”. Bu gün isə sözün və qələmin gücü daha ağlabatandır. Söz də, qələm də, münaqişələrə “yox” deyir, həddini aşanları lənətləyir. Aydın müəllimin başçılıq etdiyi qəzet XXI əsrdə “Dünya necə olmalıdır”-sualına aşkar cavablar verir.

Onun vətənə, xalqa və dövlətçiliyə sevgisi imanındandır. Mədəniyyəti, ədəbi və tərbiyəsi olmayan şəxsin imanı da olmaz ki! Mədəniyyət və əxlaq odur ki, hər şey öləndə o  qalır. Böyük Ruminin sözləri ilə ifadə etsəm: “Ağlımdan soruşdum ki, ədəb nədir? Ağlım əyilib qəlbimin qulağına pıçıldadı ki, Əfəndim, ədəb imandandır. Ədəbi olmayanın imanı da olmaz!”.  

Yazdıqlarım Aydın müəllim üçün doğum günü münasibətilə səmimi bir təbrik çələngi idi...

Ona Allah yar olsun!


Şəmsəddin Əliyev, 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 

hüquqşünas

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri