Icma.az
close
up
RU
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir KONKRET

Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Prezidentin xüsusi nümayəndəlikləri institutunun işğaldan azad edilən ərazilərdə və Naxçıvanda tətbiq edilməsi ilə bu təcrübənin bütün ölkəni əhatə edəcəyi gözləntisi uzun müddətdir ki, müzakirə edilir.

KONKRET.az xəbər verir ki, Azərbaycanın hər rayonunda İH-lərin fəaliyyət göstərməsini ekspertlər idarəetmədə çevikliyə mane olan, eyni zamanda büdcənin izafi yüklənməsinə şərait yaradan səbəblərdən hesab edirlər. Bu, həmçinin yerli özünüidarəetmə strukturlarının fəaliyyəti ilə də üst-üstə düşmür və yerlərdə “ikihakimiyyətlilik” yaradır.

Buna görə də Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandakı modelə uyğun olaraq, Azərbaycanın 14 iqtisadi rayonunda Prezidentin xüsusi nümayəndəliklərinin (valilik strukturunun oxşarı) yaradılacağı, nəticədə onlarla İH-lərin ləğv ediləcəyi, yerli özünüidarəetmə strukturunun inkişafını ekspertlər prioritet hesab edir.

İcra hakimiyyətləri struktur olaraq Konstitusiyada nəzərdə tutulduğundan, idarəetmə formasının dəyişməsi üçün konstutisional islahata ehtiyac var. Milli Məclisin Hüquq komitəsinin müavini Qüdrət Həsənquliyev də bundan öncəki açıqlamasında İH-lərin ləğvi və yeni idarəetmə forması üçün yeni Konstitusiyaya ehtiyac olduğunu bildirmişdi.

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc artıq prosesə start verildiyini anons edib. O bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək.

Zahid Oruc yeni referendumun keçirilməsi və Zəfər Konstitusiyasının qəbuluna hazırlıq getdiyinə də eyham vurub və açıq mətnlə “icra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutunun” formalaşmasına diqqət çəkərək, birincinin ləğv edilməsi versiyasını önə çıxarıb.

Beləliklə, bu il böyük ehtimalla referendum keçiriləcəyi, yeni Konstitusiyanın qəbulu və idarəetmə formasının dəyişəcəyi aktualdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri