Icma.az
close
up
RU
“Böyük manipulyator”

“Böyük manipulyator”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur alman filosofu, siyasi xadimi və tarixçisi Maks Veberin fikrincə, dövlət ən bahalı xidmətlərin ən aşağı səviyyədə təqdim edildiyi təşkilatdır. Tanınmış rus satiriki Gennadi Malkin isə deyirdi ki, biz hakimiyyətlə bağlı nə qədər pis düşünsək də, hakimiyyətdə oturanlar bizim barəmizdə daha pis düşünürlər.

Əlbəttə, hər iki müəllifin bildirdiklərində subyektivlik payı var. Mümkündür ki, onlar dövlət və hakimiyyət məsələlərinə yalnız bir pəncərədən yanaşıblar. Ancaq fransalı araşdırmaçı və jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük manipulyator” kitabına diqqət yetirəndə, həm Veberin, həm də Malkinin haqlı olduğu tərəfləri görmək mümkündür.

Nə qədər qəribə səslənsə də, onlara haqq qazandıran Fransa prezidenti Emmanuel Makrondur. Axı M.Endeveld “Böyük manipulyator”u da elə Makronun özüdür.

O da məlumdur ki, Fransanın dövlət başçısı jurnalistin 2019-cu ildə nəşr etdirdiyi bu kitaba qarşı əsl hücumlar təşkil edib, onun satışına, ümumən yayımına maneələr törədib, reklamını əngəlləyib. Necə deyərlər, haqq nazilər, amma üzülməz. “Böyük manipulyator” isə haqqı faktoloji baxımdan diqqətə çatdıran son dərəcə ciddi vəsaitdir.

M.Endeveld istəyinə nail olmağı bacarıb. Onun qələmindəki Makron M.Veberin təbirincə desək, bahalı xidmətləri fransızlara ən aşağı səviyyədə sırımağa cəhd göstərən, həyatda öz yerini tuta bilməyən avantüristdir. Bu avantürist o qədər qəzəblidir ki, G.Malkinin əvvəldə diqqətə çatdırdığımız düşüncəsi də aktuallığını qoruyur. Axı Makron hakimiyyətin öz xalqı haqqında pis düşüncədə ola bilməsinin də sübutlu obrazıdır.

Hesab edirik ki, M.Endeveldin diqqətə çatdıracağımız “Böyük manipulyator” kitabı ilə tanış olduqca, Fransanın hazırkı dövlət başçısının əsl simasını, daha doğrusu, simasızlığını dolğun boyalarla görəcəksiniz. Makronun gizli şəbəkələrindən bəhs edən nəşrdə onun dövlət idarəçiliyini acınacaqlı duruma gətirməsi də əhatəli təsvir olunur.

Prezident zəhəri

2018-ci ilin yazında, hələ “Benalla məsələsindən” əvvəl, Yelisey sarayındakı murdar və üzücü ab-havadan şikayətlənən məsləhətçilərindən birinə Emmanuel Makron belə cavab verir: “Sən də Brijit kimi birdəfəlik başa düş ki, respublika prezidentinin ətrafı həmişə zəhərli olur”. Həm qəribə, həm aydın, həm də fatalizmlə dolu bir həqiqət... Sanki V Respublikanın ən gənc prezidenti seçki kampaniyasında özünü “yeni dünya”nın daşıyıcısı kimi təqdim edən bu adam, gücü tükənmiş bir rejimi, eləcə də əvvəldən mövcud olan qanunları dəyişdirmək niyyətində deyilmiş. Onun cavabından təəccüblənən həmsöhbəti, prezidentdən bu zəhərə qarşı dərman olub-olmadığını soruşur. Dövlət başçısı bu sualı cavabsız qoyur.

Hər şey prezidentin seçki kampaniyasından başlandı. Şübhə yoxdur ki, bu iddialı adamın bəxti gətirir. Belə ki, heç bir siyasi karyerası olmayan, hətta heç bir partiyaya belə daxil olmayan Emmanuel Makron, ən yüksək pilləyə qalxmaq üçün bütün Respublika şəbəkələrindən məharətlə istifadə etdi. Düzdür, onun tərəfdarları Makronu mediada “yeni dünya yaradacaq, güclü potensialı olan, ölkəyə yeni siyasi və iqtisadi amillər gətirəcək bir namizəd” kimi təqdim etsələr də, bu adam hakimiyyətə gəlmək üçün əslində, “köhnə dünya”nın klassik kanallarından istifadə etdi. Heç kəsə heç nəyi sübut etmək niyyətində olmadığını iddia edən, öz sözlərinə görə “hər şeyi həmişə özü tək edən” gənc bankir, əslində, prezident kürsüsündə əyləşmək üçün min oyundan çıxdı, yüzlərlə adamı məharətlə manipulyasiya etdi, onlarla adama şirin vədlər verib, nəhayət, istədiyinə nail oldu.

Şəbəkələr və kölgədə olan adamlar

Müxtəlif lobbilər, cəmiyyətə və ictimai fikrə təsir etməyi bacaran xüsusi agentlər, əyalət şəhərlərindəki baronlar, media kralları, hətta frank-mason lojaları... Hamısı ona öz köməklərini təklif etdilər. Makron onların hər birini böyük təbəssümlə qarşıladı, onlardan ustalıqla istifadə elədi, bəzilərini isə sadəcə olaraq manipulyasiya etdi. Bu siyasi hoqqalarda onun arvadı Brijit Makron mərkəzi rol oynadı, xüsusilə sağçılar partiyasının üzvlərini öz tərəflərinə çəkməkdə. Bütün təsir şəbəkələrindən səmərəli istifadə edən bu “həyasız” namizəd, rəqiblərini tamamilə zərərsizləşdirə bildi. Professional bir bankir kimi Makron insanlardan kapital kimi istifadə edir: kimləri harada və nə vaxt investisiya etməyi, kimlərdən harada və nə vaxt istifadə etməyi gözəl bacarır. Necə ki, vaxtilə Manuel Valls HAVAS şəbəkəsindən, Fransua Bayru Modem partiyasından, Fransua Ollandın keçmiş müdafiə naziri Jan-İv Lö Drian Sosialist Partiyasından istifadə etdiyi kimi.

Hakimiyyətə gəlmək üçün Makron, demək olar ki, utanıb-qızarmadan hər şeydən və hamıdan sui-istifadə etdi. Vaxtilə onun prezident kampaniyası üçün vəsait toplayan yaxın bir adamı deyir ki, “prezident olmazdan əvvəl, Makron eynilə Don Juan kimi özünü bizim hamımıza sevdirdi, hamımıza şirin vədlər verdi, istədiyinə çatandan sonra isə hamımızı – katolikləri, müsəlmanları, milyonerləri, yüksək vəzifə sahiblərini, bir sözlə, ona kömək duranların hamısını tamamilə unutdu. Qısası, hamımızı yaxşıca doladı”.

2017-ci ildə gənc prezidentin qələbəsində, bütün bu şəbəkələr böyük rol oynadılar. Ortaya məntiqi bir sual çıxır: necə olur ki, Sarkozi sisteminə qarşı çıxmaqla prezident seçilən Fransua Ollanddan sonra siyasi kölgədə qalanlar, din xadimləri, iş adamları, mədəniyyət və incəsənət adamları, hətta cəmiyyətin böyük bir qismi, bu adamı hakimiyyətə gətirmək üçün dəridən-qabıqdan çıxdılar? Makronun keçmiş tələbə yoldaşlarından birinin sözlərinə görə “onlar Sarkozi ilə Dominik Stros Kanın əxlaqsızlıqlarını bir-biri ilə qarışdırıb ortaya bunu (Emmanuel Makron) çıxardılar”.

Yelisey sarayında, prezidentin ətrafındakılar bir ağızdan təsdiqləyirlər ki, “Makron öz xeyirləri üçün Fransadan istifadə edən bəzi ölkələr, xüsusilə bir sıra Afrika ölkələri ilə əlaqələri qırmaq istəyir. Əslində, onlar bu mifologiyanı, reallığı gizlətmək üçün yaradıblar. Özünün siyasi partiyası olmadığından, prezidentliyə namizədliyini irəli sürən Makron, əvvəllər yaxınlıq etdiyi iki böyük ənənəvi partiyadan kömək istəmişdi. Ancaq eyni zamanda hər yerdə təkrar edirdi ki, o, nə sağçı partiyası, nə də solçu partiyası ilə yaxınlıq etmək fikrində deyil. Etiraf etmək lazımdır ki, onu dəstəkləyən şəbəkələr genişdir: onların arasında böyük beynəlxalq ticarət orqanizmləri, Afrikanın bəzi fransızdilli ölkələri, silah sənayesi, gizli kəşfiyyat xidmətləri, xüsusi təhlükəsizlik servisləri, dövlət üçün işləyən tikinti, telekommunikasiya və kommunal şirkətləri var. Təbii ki, bunlardan geniş ictimaiyyətin xəbəri yoxdur, daha dəqiq desək, onların çoxunu heç ictimaiyyət tanımır. Bizim apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, yuxarıda adı çəkilən ölkə və şirkətlər Makronun prezident kampaniyasında maliyyə çətinliklərinin olduğu bir vaxta meydana çıxdılar. Rəsmi məlumata görə, prezidentliyə namizəd Makron, Yelisey sarayını fəth etmək üçün onun kampaniyasına lazım olan məbləğin xeyli hissəsini, özlərini “yeni iqtisadiyyatın” sütunları sayan məşhur iş adamlarının köməyi ilə topladı. Ancaq bu bəs eləmədi.

Təbii ki, seçki kampaniyasına keçirilən pullar, Milli Kampaniya Hesab Komissiyası tərəfindən, eləcə də siyasi maliyyələşdirmə komitəsi tərəfindən təsdiq olunmuşdu. Ancaq 2018-ci ilin noyabr ayında onun seçki komissiyasının maliyyələşdirilməsində bir neçə qanun pozuntuları olduğunu sezən ədliyyə sistemi istintaq işi açdı. Məhkəmə bir il əvvəl prezidentliyə namizəd olan Makronun “Hərəkətdə!” hərəkatına keçirilən 144 000 avronun haradan gəldiyi ilə maraqlandı. Açığını deyək ki, bizim bu barədə verdiyimiz suallar, çox vaxt həmsöhbətlərimizi narahat etdi... Emmanuel Makron iqtisadiyyat naziri olan vaxt, onun kabinetinin keçmiş üzvlərindən biri bizə belə cavab verdi: “mən bu barədə danışmaq belə istəmirəm… çünki onların hamısı xəstədir!”. Bəziləri bizim suallarımızdan yayındılar, bəziləri bizimlə söhbətdə, hətta mobil telefonlarından belə istifadə etməkdən qorxdular. Nə səbəbə?

(ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see131

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri