Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Böyük manipulyator”

“Böyük manipulyator”

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mark Endeveld
(əvvəli qəzetin ötən saylarında) 

Rişar Dezkuanqın qəfil ölümündən sonra Lüdovik Şaker Siyasi Elmlər İnstitutundan çıxır. Bir müddət Paris və onun ətraf rayonlarının regional şurasında çalışır. Orada "Hərəkətdə!" hərəkatının regional məsləhətçisi Patrik Tulmetlə tanış olur. Patrik San-Deni qəsəbəsinin Bobini Ticarət Palatasını idarə edən bir adamdır. Bu palatada Roje Karutçinin keçmiş əməkdaşı Sebastian Menard da işləyir. Bu sonuncu isə bir müddət sonra Yelisey sarayında məskən salan Şaker və Benallanın dəstəsinə daxil olacaq. Menard ilə Tulmet Reno Dütrey tanışdılar və Benalla kimi GLNF-ə daxildirlər. (GLNF – Fransanın Böyük Milli Frank-Mason Lojası) Şaker hələlik məsləhətçi kimi fəaliyyət göstərir. O, müntəzəm olaraq Aveyron və Qard departamentlərinə səfər edib oradakı siyasi vəziyyət haqqında məlumat toplayır. Lüdovik Şaker Ooda-consulting adlandırdığı şirkətini Nim şəhərindən və doğulduğu kənddən bir neçə kilometr aralıda yerləşən Milhod adlı kiçik bir qəsəbədə qeydə aldırır.  Ooda – ingilis dilində “Observe Orient Decide and Qct”, fransız dilində “Müşahidə etmək, istiqamətləndirmək, qərar vermək və hərəkət  etmək” – onun hərbi fəaliyyətinə işarədir. Bu konsepsiya qırıcı təyyarə pilotları tərəfindən istifadə edilən bir anlayışdır və bu termindən xüsusi təyinatlı hərbçilərin hazırladıqları əməliyyatların planlaşdırmasında istifadə edilir.
Lüdovik Şakerin şəbəkələri ilk baxışdan hiss olunmasa da, əslində, çoxşaxəlidir. O dövrdə Şaker paralel olaraq fransız reqbi orqanlarının sütunlarından biri, əmisi Klod Atçer tərəfindən yaradılmış idman marketinq şirkətində işləməyə başlayır. Klod əsli Aveyrondan olan başqa bir məşhur idman fiquru, reqbi üzrə Fransa yığmasının keçmiş baş məşqçisi, Sarkozinin dövründə idman üzrə məsul dövlət katibi olan Bernard Laportla yaxın dostdur. RC Nîmes və Racing 92 kimi komandalarda üçüncü xəttə oynayan, 1987-ci ildə Fransa çempionatının finalçısı olan Klod Atçer, reqbinin peşəkarlaşmasında böyük rol oynayan simalardan biridir. O, öz karyerasını, Reqbi Federasiyanın keçmiş rəhbəri Bernard Lapassetin köməyi ilə qurub. Əvvəllər o, peşəkar reqbi yaratmaq istədiyindən, çox tənqidlərə məruz qalıb. Gənclər və İdman Nazirliyinin baş müfəttişliyi onun idmandan kənardakı fəaliyyətlərinə işarə edən bir neçə məqalə həsr etmişdi. Ancaq bu gün reqbi dünyasındakı bu adamı açıq şəkildə tənqid etməyə cəsarət etmək hamının işi deyil: o, 2023-cü ildə Fransada keçirilən reqbi üzrə dünya çempionatının təşkilatçılarından biridir. Atçer yorulan adam deyil. Marsel şəhərində peşəkar Vitrolles Reqbi klubu yaradıb, Yeni zelandiyalı Jonah Lomu da ora üzv götürəndən sonra, indi də reqbi oyununu Asiyada inkişaf etdirməyi arzulayır... Təbii ki, Asiyanı yaxşı tanıyan qardaşı oğlunun bu işdə ona çox köməyi dəyə bilər.
Foş prospektində hər şeyə qarışan qadın Aveyron departamentində doğulan Klod Atçer və Bernard Laport bir xanımı da yaxşı tanıyırlar – əsli Nim şəhərindən olan, ancaq indi İsveçrədə yaşayan iş qadını Paskal Jannin-Perez. Zibil tullantılarının toplanması üzrə ixtisaslaşmış “Derichebourg” qrupunda bir müddət işlədikdən sonra Paskal Jannin-Perez, indi öz hesabına Afrikada və Ərəbistan yarımadasında yerləşən dövlətlər arasında vasitəçilik edərək ticarət əlaqələri qurur. Əmisinin və Bernard Laportun sayəsində Lüdovik Şaker də Paskal Jannin-Perezlə tez-tez görüşür. 2016-cı ilin sonunda bu qadın Cenevrədə Çin ilə Avropa arasında ticarət əlaqələrini genişləndirmək məqsədi ilə böyük bir ofis açır və bu layihəni “Yeni İpək Yolları” adlandırır. Cenevrədə Lüdovik Şaker bir neçə ay ərzində kiçik biznes məktəbində işləyir: ona Asiyadan, xüsusən də Çindən yeni partnyorlar, tərəfdaşlar tapmaq həvalə edilir. Məhz bu işdən sonra Lüdovik Şaker Makronun seçki kampaniyasında daha fəal iştirak etməyə başlayacaq. Yelisey sarayının gələcək “missiya icraçısı” o vaxtlar ailəsi ilə birlikdə, Ot-Savua regionunun İsveçrə sərhədindən bir neçə kilometr aralıda yerləşən bir qəsəbədə yaşayırdı və hər gün sərhədi keçib Cenevrədəki işinə gedirdi.
Paskal Jannin-Perezin bir neçə telefon kitabçası var. Onun bir neçə həyatı da var desək, səhv etmərik. Bu qadın hər şeylə maraqlanır, hər işə əl atır: biznes, maliyyə, sənaye, idman, hətta kino... O, Jerard Depardyenin dostudur – vaxtilə Jerard onu rejissor Abel Ferraranin Dominik Stros-Kan skandalı haqqında çəkdiyi “Nyu Yorka xoş gəlmisiniz” filminin birgə istehsalına qoşmuşdu. Paskal Jannin-Perez özünü hətta futbolçuların agenti biznesində də sınayıb. O, keçmiş futbolçu, sonradan Liberiyanın prezidenti olan Jorj Vea ilə yaxın tanışdır və hətta Didie Droqba kimi məşhur futbolçunun açdığı fondla da məşğul olur.  Gəncliyində Paskal Jannin-Perez həm də RPR-in (Jak Şirakın partiyası) fəal üzvü olub. 1995-ci ildə Jak Şirakın prezidentliyə seçki kampaniyası zamanı, Paskal gənclər tərəfindən gələcək prezidentə dəstək komitəsinin vitse-prezidenti olur. Ovaxtkı siyasi təcrübədən bu qadın dərin təəssürat və xeyli dostlar saxlayır. Paskal Jannin-Perez prezident Nikola Sarkozini bir çox xarici rəsmi səfərləri zamanı müşayiət edib, eyni zamanda həm də Bernard Laport və Tierri Mariani ilə də dostluq edir. Paskal, həm də Tierri Marianinin Franko-Rusiya Dialoqu assosiasiyasının xəzinədardır və hətta onun toyunda bəyin şahidi olub...
Amma bu qadının keçmiş ərindən danışmasaq, onun CV-si natamam olar. Protestant ailəsində doğulub boya-başa çatan Paskal, əvvəl Nim şəhərinin zibil və tullantılar “kralı” Rişar Perezə ərə gedir və qısa bir müddətdən sonra ondan boşanır. 1990-cı illərdə məişət tullantıları sektorunun son müstəqil qruplarından Sonevie və Soneco şirkətlərinin sahibi olan Rişar Perezin şirkətləri Nim, Lurd və hətta La Sen-sür-Mer kimi şəhərlərdə də mövcuddur. İspaniyada, sadə bir ailədə doğulub boya-başa çatan Rişar Perez 1980-ci illərdə adi tikinti işlərində çalışsa da, sonradan ildırım sürəti ilə irəliləyib Nim şəhərinin “zibil və tullantılar kralı”na çevrilir. Ancaq əsli İspaniyadan olan bu gənc sahibkar Nim şəhərində, eləcə də Kot d’Azur kimi regionda yerli mafiya ilə əlaqəyə girib, öz şirkətlərinə böyük banditizmdə tanınmış adamları işə götürür. 
1996-cı ilin yayında “zibil və tullantılar kralı” haqqındakı dastan sona çatır. Ədalət məhkəməsinin qərarı ilə onun şirkətində işləyən nə az, nə çox, altı nəfər şəxs ittiham olunur. Bu işə görə şirkətin prezidenti Rişar Perez və onun atası Roje Perez da müvəqqəti olaraq istintaq təcridxanasına yerləşdirilir. Rişar onun böyük şirkəti üçün fəhlə qüvvəsi toplayan kiçik şirkətlərə həddindən artıq – 20 milyon frank məbləğində ödənişlər etməkdə ittiham olunur. “Générale Des Eaux” şirkəti bu fürsətdən istifadə edib Perezin bütün qruplarını öz filialı “Onyx Méditerranée” vasitəsilə satın alır. Bir neçə ay sonra Paskal Jannin-Perez məhkəməyə boşanma ərizəsi verib, Rişar Perezdən ayrılır. Onların 1992-ci ildə dünyaya gələn övladları Lüka məhkəmənin qərarı ilə anasına verilir. Bu, Benalla məsələsində adı bir neçə dəfə hallanan Rişarla Paskalın oğlu Lükadır.
Ancaq Perezlərin başına gələn bədbəxtliklər bununla bitmir. Çünki “zibil və tullantılar müharibəsi” hələ də davam edir və bu müharibənin qurbanlarının sayı get-gedə artır. Belə ki, Nim şəhərində xeyli zibil maşınları qəsdən yandırılır. Bir müddət sonra 2002-ci ildə Rişar Perezin atası Roje Perezə qarşı sui-qəsd edilir. Roje Qran-Mott şəhərinin yaxınlığındakı villasından çıxanda, naməlum şəxslər tərəfindən avtomat silahla qətlə yetirilir. Bütün bədəni güllələrlə deşik-deşik olan Roje Perezin nə qatilləri, nə də onun qətlini sifariş verənlər heç vaxt tapılmayacaq. O vaxtdan mərhumun oğlu Rişar yenidən istintaqa cəlb olunur – bu dəfə adam öldürməyə cəhd etməkdə itt iham edilir. Lakin Rişar Perez bu itt ihamı təkzib edir. 

(ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri