Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

“Böyük manipulyator”

“Böyük manipulyator”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

(əvvəli qəzetin ötən saylarında) 

Makron piyadalarını Ədliyyə Nazirliyində yerləşdirir

Hüquq sahəsində Emmanuel Makron, piyadalarını Daxili İşlər Nazirliyindəkindən daha tez yerləşdirdi. 2017-ci ildə o, şəxsən Ədliyyə Nazirliyinin mərkəzi aparatının üç yeni direktorunu Yelisey sarayına dəvət edir: cinayət və əfv işləri üzrə direktor Remi Hetzi, həbsxana administrasiyasının direktoru Stefan Bredanı və məhkəmə işləri üzrə direktor Peyman Qaleh-Marzbanı. Bir ildən sonra – yeni dərs ilinin başlamasından bir neçə gün sonra baş verən hadisələrdən istifadə edən prezident, ədliyyə naziri Nikol Bellubetin Parisin prokuroru vəzifəsinə təklif etdiyi bir neçə namizədi kənara qoyub, bu vəzifəyə kassasiya məhkəməsinin prokuroru Fransua Molan adlı bir yaxınını təyin edir.

Bundan sonra dövlət başçısı Ədliyyə Nazirliyindəki çox mühüm bir vəzifəyə özünün yeni bir adamını təklif edir: cinayət və əfv işləri üzrə direktor Remi Hetz, prezidentin əmri ilə Ədliyyə Nazirliyi, Respublika Prokurorluğu, eləcə də kassasiya məhkəməsi arasındakı əlaqələrin təmin edilməsinə cavabdeh olan məsul bir vəzifəyə keçir. 1993-cü ildə sağçılar partiyasından olan nazir Paskal Klemantın, eləcə də 2002-ci ildə Baş nazir Jan-Pier Raff aranın müşaviri olan Remi Hetz, nazirliyin ən mürəkkəb və qalmaqallı dosyeləri ilə məşğul olurdu. İndi prezident tərəfindən onun belə bir vəzifəyə təyin olunması, ən azından çox qəribə və ­ağılasığmaz görünür. Prezidentin bu seçimi hüquqşünasların həmkarlar ittifaqı tərəfindən kəskin tənqid edilir: Onlar bəyan edirlər ki, “icra hakimiyyəti ilə məhkəmə hakimiyyəti arasında heç bir əlaqə olmamalıdır. Heç kəsin şübhəsi yoxdur ki, onların hər ikisi azad və ayrı olmalıdırlar. Bu fundamental bir nəzəriyyədir...”. Bir çox vəkillər prezidentin bu hərəkətini qınayır və öz aralarında kinayə ilə deyirlər ki, “prezident yavaş-yavaş hər şeyi öz əlinə keçirir”.

Parisin baş prokuroru kimi Remi Hetz də Fransada ən vacib bir tribunalın – paytaxtın yüksək məhkəmə tribunalının (TGI) cədvəlini təşkil edir. Parisin 17-ci rayonunun Batinyol məhəlləsində yerləşən yeni TGI binasının, zirehli qapıları olan iri bir otağında, məhkəmə qərarını gözləyən yüzlərlə sənəd var. Hər həftə hansı sənədin nə vaxt məhkəməyə göndərilməsinə şəxsən Paris prokuroru özü qərar verir, xüsusən də ən vacib sənədləri – iqtisadi və siyasi-maliyyə sənədlərini 31-ci və 32-ci hüquq orqanlarına göndərir. Nə qədər ki, mühakimə tarixi Parisin baş prokuroru tərəfindən müəyyən edilməyib, heç bir hakim bu sənədlərə baxa bilməz. Ancaq Baş Prokurorluq buna sərəncam verə bilər. Tribunal məhkəmələrinin hansı sənədə nə vaxt və hansı müddətdə baxılacağına qərar verməyə ixtiyarları yoxdur. Hər şey prokuror Hetzin əlindədir, Ədliyyə Nazirliyinin saatını indi bu adam tənzimləyir... 

Emmanuel Makronun Ədliyyə Nazirliyinin yüksək iyerarxiyasına özünü soxması ilk dəfə deyil. O, hüquq institutunun incəliklərinə Sarkoziyə yaxın olan bəzi şəxsiyyətlərin köməyi ilə bələd olur. Hələ 2008-ci ildə Rotşild bankında çalışan gənc bankir (Makron) hüquqşünasların komissiyasında məruzəçi kimi iştirak etmişdi. Bu missiya Sarkozi tərəfindən Jan-Mişel Darrua adlı bir hüquqşünasa həvalə edilmişdi. Makron onunla Att ali komissiyasında çalışanda tanış olmuşdu. O vaxt Makron bu komissiyaya digər bir məruzəçi, majistr Kristof İnqran tərəfindən daxil edilmişdi. Bu sonuncu Yelisey sarayında Nikola Sarkozinin ədliyyə müşaviri idi.

Prezidentliyə seçki kampaniyası zamanı namizəd Fransua Fiyyon haqqında qalmaqallı məsələlər ortalığa çıxanda, bir çox hakimlər, hüquqşünaslar və vəkillər, namizəd Makronun proqramını dəstəkləmək üçün hərəsi ayrı-ayrılıqda öz adlarından “Ədalət” tematik atelyesinə daxil oldular. Bu atelye üç nəfər tərəfindən idarə olunurdu: vəkil Julia Minkovski (Benjamin Qrivonun həyat yoldaşı) keçmiş müstəntiq Erik Halfen və Makron iqtisadiyyat naziri olanda, onun ədliyyə müşaviri olan Ksaviye Hüber. Bu atelyenin iştirakçıları arasında xeyli hüquqşünaslar da vardı: Paris məhkəmə tribunalının prezidenti Jan-Mişel Hayat, həmçinin ovaxtkı Paris prokuroru Fransua Molan, eləcə də tanınmış vəkil Rişard Malka və biznes advokatı Jan-Mişel Darrua. Kristian Tobiranın (2012-2016-cı illərdə ədliyyə naziri) keçmiş məsləhətçisi Nail Burişa, Qrenobl şəhərindəki Apellyasiya Məhkəməsinin sədri Fransua Beynel, eləcə də Fiyyon Baş nazir olanda onun ədliyyə məsləhətçiləri və bir sıra digər majistr və hakimlər, Fransua Fiyyonla bağlı qalmaqal ortaya çıxanda və hüquq orqanları ­tərəfindən onun qanundankənar işlər tutması sübut olunandan sonra ondan üz döndərib Makrona yaxınlaşdılar. “Əvvəllər Fiyyonu dəstəkləyənlərin hamısı indi Makronun ətrafında birləşmişdilər”, – deyə atelyenin bir iştirakçısı xatırlayır.

Düzdür, hüquqşünaslar arasında “neytrallıq” var, yəni o sağçılar partiyasındandır, bu solçular partiyasındandır söhbəti, demək olar ki, yoxdur. Bu neytrallıq onların karyeralarının yüksəlməsi üçün vacib şərtlərdən biridir. Makron onlara xalq arasında populyar olan ekstremist solçu Jan-Lük Melenşon və ekstremist sağçı Marin Lö Pen kimi namizədlərin qarşısını kəsən bir divar kimi görünür. Bir sözlə, Makron hüquqşünaslar arasında özünü dəryada balıq kimi hiss edir.

Lap əvvəldən, ədliyyə naziri Nikol Bellubet Benalla məsələsi ilə bağlı fikirlərini heç kimdən çəkinmədən, heç bir kompleks olmadan mətbuatda deyir. Böhranın lap qızğın çağında, müxalifət Milli Assambleyada Benalla problemini “dövlət problemi” kimi qələmə verəndə, ədliyyə naziri onlara qoşulub öz cəbhəsindən olan həmkarları ilə mübahisəyə çıxır. Bundan başqa, Parisin ovaxtkı prokuroru Fransua Molan Benalla işi ilə bağlı polis həmkarlar birliyi tərəfindən tələb olunan sənəd və materialları onlara verməkdən imtina edir. Bu tələb sonradan yeni prokuror Remi Hetz tərəfindən də rədd edilir. Ona görə də prokurorluq istintaq zamanı Aleksandr Benallanın evindəki seyfin sirli şəkildə yoxa çıxması ilə bağlı heç bir araşdırma aparmadı. Qəribə də burasındadır ki, o seyf Benallanın evində aparılan axtarışdan cəmi bir neçə saat əvvəl yoxa çıxdı. (!) Polis həmkarlar birliyinin vəkili Yassin Buzru heç nə başa düşə bilmir: “Biz prokurorluqdan xahiş elədik ki, istintaq müddətini uzatsın, tək may ayının 1-dəki hadisəni yox, 18-20 iyul tarixləri arasında baş verən hadisələri də araşdıraq. Prokuror heç bizə cavab da vermədi, halbuki qanuna görə o bizim xahişimizi qəbul etməliydi!”.

2019-cu il maliyyə məsələləri ilə də bağlı xüsusi bir il olacağını vəd edir. Respublika Milli Maliyyə Qurumunun direktoru Elian Huletin mandatı sona yaxınlaşır. Ancaq onun yenidən bu posta qalmağa imkanı var. Bundan əlavə, maliyyə mərkəzindəki müstəntiqlərdən biri Serj Turner son 10 ildə Sarkozinin gördüyü işləri araşdırmaq istəyir. Ancaq bu iş ondan alınıb 32-ci palatanın keçmiş hakimi Benedik Pertüsə tapşırılır. Bu kitab da bağlanır. Hər halda, Nikola Sarkozi və onun dostları buna ümid edirlər... görək, tale nə göstərəcək.

Vitse-prezident

O, hələ ki fransızların gözündə naməlum bir şəxsdir. 2012-ci ilin may ayında Emmanuel Makron prezident Fransua Hollandın əməkdaşı olur – Yelisey sarayında iqtisadiyyat üzrə baş katibin müavini vəzifəsinə keçir. Rotşild bankının keçmiş əməkdaşı (Makron) özünü o dəqiqə gözə soxmaq istəyir. Bu lap yerinə düşür, çünki hər həftəsonu Fransua Holland ictimai rəydə imicini saxlamaq üçün anketçiləri və digər sorğuçuları qəbul edir. Hollandın prezidentliyinin ilk illərində Emmanuel Makron ancaq prezidentin yaxın çevrəsinin xəbərdar olduğu bu görüşlərdə həvəslə iştirak etsə də, bir müddətdən sonra daha bu iclaslara ayaq basmır. Niyə? Ona görə ki, bu ambisiyalı cavan oğlan (Makron) iddialı və bic həyat yoldaşının məsləhəti ilə özünün imici ilə məşğul olmağa başlayır. 2013-cü ilin payızından etibarən o da öz növbəsində anketçiləri, əhali arasında sorğu aparanları, həmçinin ölkənin biznes liderlərini Yelisey sarayına dəvət edib özünün və həyat yoldaşı Brijitin siyasi gələcəyi haqqında onlarla danışıqlar aparır. Hər bazar axşamı bu cütlüyün (Emmanuel və Brijit Makron) təşəbbüsü ilə Yelisey sarayının şərq qanadındakı zallardan birində gizli görüşlər təşkil edilir. “Ünsiyyət baxımından mən nə etməliyəm ki, bir neçə ildən sonra məni tanısınlar?”, – deyə o iştirakçılardan birinə sual verir. Təbii ki, rəsmi olaraq prezident Hollandın ətrafı dəvət olunan anketçilərdən, əhali arasında sorğu keçirənlərdən xahiş edirlər ki, fransız cəmiyyətinin, eləcə də əhalinin əhval-ruhiyyəsi barəsində analizlərini onlara təqdim etsinlər ki, prezident reallıqdan nəticə çıxarıb 5 illik mandatına yeni bir nəfəs versin...

(ardı var)

Mark Endeveld

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see318

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see227

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see217

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see211

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see208

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see203

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see202

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see201

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see201

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see198

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see194

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see193

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see174

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see166

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri