Icma.az
close
up
RU
Böyük Moğol İmperatorluğu

Böyük Moğol İmperatorluğu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sultan Cahangir və xanımı Nur Cahan bəyim

II

Azərbaycan və dünya tarixində şahların, sultanların anaları, xanımları və qızlarının dövlətin idarə olunmasında hökmdarlara ağıllı, ədalətli və xeyirxah məsləhətlər verməsi faktı kifayət qədərdir.

Ağqoyunlular Dövlətinin hökmdarı Uzun Həsənin anası Sara xatun olduqca ağıllı, tədbirli qadın idi və Ağqoyunlu dövlətinin idarə olunmasında, möhkəmlənməsində, xarici ölkələrlə diplomatik münasibətlər yaradılmasında yaxından iştirak edib. Bu tarixi faktdır ki, Uzun Həsən bütün məsələlərdə anası ilə məsləhətləşib və uğur qazanıb.

1206-cı ildən 1526-cı ilədək Hindistanda hakimiyyətdə olan Dehli Türk Dövlətinin üçüncü hökmdarı Şəmsəddin Eltutmuş qızı şahzadə Raziyə bəyimi müavin təyin etmişdi, özü kənarda olduğu günlərdə bütün məsələlərin həlli ona həvalə olunurdu. Sonralar Şəmsəddin Eltutmuş qızını vəliəhd elan edib, dünyasını dəyişdikdən sonra dövlətin beşinci sultanı olan Raziyə bəyimin adı Dehli Türk Dövlətini idarə edən ən güclü hökmdarların sırasına düşüb.

Böyük Moğol İmperiyasının (Baburilər Dövlətinin) dördüncü imperatoru Sultan Cahangirin xanımı, siyasətçi və şair Mehrinisə bəyim (Sultan Cahangirlə evləndikdən sonra Nur Cahan bəyim) də məhz belə qüdrətli qadınlardan olub.

Mehrinisə bəyim 1577-ci il mayın 31-də Qəndəharda Səfəvilər Dövlətindən Əfqanıstana gələn aristokrat Mirzə Qiyas bəyin ailəsində dünyaya gəlib. Ailənin dördüncü övladı, ikinci qızına Mehrinisə bəyim adı qoyulur ki, bu da “Qadınlar arasında Günəş” mənasını verir. Mehrinisə bəyimin valideynlərinin hər ikisi məşhur ailələrin nəslindən idi. Əsmət bəyimin ata tərəfdən babası Xoca Məhəmməd Şərif əvvəlcə Xorasan valisi Tatar Sultanın vəziri, sonra isə İsfahanda I Şah Təhmasibın vəziri olub. Ailəsinin rifahını yaxşılaşdırmaq ümidi ilə Mirzə Qiyas bəy Hindistana köçmək qərarına gəlir və bu işdə ona tacir Malik Məsud kömək edir. Mirzə Qiyas bəy Böyük Moğol imperatoru Əkbər şahın sarayında mənsəb sahibi olur, Kabil vilayəti üzrə xəzinədar təyin olunur. İşgüzarlığı sayəsində, o, qısa bir vaxtda yüksək rütbələrə çatır, hətta bacarığına və işgüzarlığına görə imperator tərəfindən İtimad-ud-Daula və ya “Dövlətin sütunu” tituluna layiq görülür.

Mirzə Qiyas bəy qızı Mehrinisə bəyimə yaxşı təhsil verir, o, ərəb və fars dillərini, incəsənəti, ədəbiyyatı öyrənir, musiqi və rəqs sənətindən dərs alır.

1594-cü ildə Mirzə Qiyas bəy on yeddi yaşlı Mehrinisə Bəyimi Səfəvilər Dövlətindən Hindistana gələn dəliqanlı bir türk oğlu Əliqulu Ustaclı ilə evləndirir. Əliqulu Ustaclı təşəbbüskar bir gənc idi, II Şah İsmayılın ölümündən sonra Səfəvilər Dövlətini tərk etməyə məcbur olur, Hindistanda Moğol imperatoru Əkbər şahın xidmətinə qəbul edilir. Sədaqətli xidmətinə görə Əkbər şah Mehrinisə bəyimlə Əliqulu Ustaclının evlənməsinə yardımçı olur. Bir il sonra cütlüyün Lədli bəyim adında qızları dünyaya gəlir. Əkbərin böyük oğlu və varisi Şahzadə Səlimin Mevara qarşı hərbi yürüşündə iştirak edərkən Əliqulu Ustaclı “Şir Əfqan” ləqəbi alır ki, bu da “pələnglərin qatili” deməkdir.

Şahzadə Səlim atası Əkbər şaha qarşı üsyan edəndə Əliqulu Ustaclı Əkbər şahın tərəfini tutur. 1605-ci ildə Əkbər şahın ölümündən sonra Şahzadə Səlim İmperator Cahangir şah adını alır və Böyük Moğol İmperiyasının taxtına çıxır, üsyan zamanı atasını dəstəkləyənlərin hamısı ilə birlikdə Əliqulu Ustaclını da bağışlayır və o, Qərbi Benqaldakı Bardhaman bölgəsinin idarəçisi təyin olunur.1607-ci ilin mayında Şir Əfqan Benqal qubernatoru Qutbuddin Xan Kokinin əmrlərinə tabe olmaqdan imtina edir, sonra mübahisə zəminində onu öldürür, qubernatorun mühafizəçiləri də Şir Əfqanı qətlə yetirir. Bu arada söhbət gəzir ki, Sultan Cahangir Mehrinisə bəyimi sevdiyindən Şir Əfqanın qətlini təşkil edib. Bu söz-söhbətin doğruluğu təsdiqlənməyib.

Sultan Cahangir Mehrinisə bəyimlə evlənir

Sultan Cahangir Mehrinisə Bəyimi imperator sarayında gördükdən dörd il sonra 1611-ci il mayın 25-də evlənib. Bu zaman Mehrinisə Bəyimin 34 yaşı olub. Mehrinisə Bəyim Sultan Cahangirin iyirminci-sonuncu xanımı olub və onların iki övladı olduğu bildirilir.

Cahangir şah toydan sonra Mehrinisə Bəyimə “Nur Mahal” (“Saray işığı”), beş il sonra isə 1616-cı ildə “Nur Cahan” (“Dünyanın işığı”) titulu verib.

Sultan Cahangir Nur Cahanla ailə qurduqdan sonra yeni xanımını mütləq səlahiyyət sahibinə çevirib, Nur Cahana dövlət işlərini etibar edib. Sultan Cahangir tiryək və spirtli içkilərə maraq göstərdiyindən Nur Cahan bütün işlərdə vəzirlərlə məsləhətləşib, uzun illər imperiyanı ədalətlə idarə edib.

Nur Cahan dövlət malını mənimsəmək üstündə vəzifədən çıxarılan atası Mirzə Qiyas bəyi yenidən vəzir vəzifəsinə qaytarıb. Nur Cahan imperiyada öz mövqeyini və qüdrətini möhkəmləndirmək üçün ailəsinin bütün üzvlərini məhkəmə və inzibati qurumlarda yüksək vəzifələrə təyin etdirib.

Nur Cahanın sarayda nüfuzu artır

Bundan əlavə Nur Cahan imperator sarayında nüfuzunu daha da yüksəltmək üçün yeganə qızı Lədli bəyimi Cahangirin oğlu Şahzadə Şəhriyarla evləndirməyə nail olur. Nur Cahan qardaşı qızı Ərcümənd Banu bəyimi (sonralar Mümtaz Mahal, bu haqda növbəti yazıda söhbət açacağıq) Şahzadə Xürrəmə (Cahangirin üçüncü oğlu və gələcək imperator Şah Cahan) ərə verir. Bu iki toy Nur Cahanın saraydakı nüfuzunu daha da möhkəmlədirir.

Şah Cahanın ikinci xanımı Mümtaz Mahal uşaq üstündə dünyasını dəyişdikdən sonra Nur Cahan onun 1616-cı ildə doğulan ikinci oğlu Şahzadə Şah Şücanı övladlığa götürür. Bu, Nur Cahanın sarayda siyasi nüfuzunu daha da artırır.

Hind yazıçısı Vidya Dhar Mahacan öz əsərlərində Nur Cahanı prinsipial, ağıllı və sağlam düşüncə sahibi kimi təqdim edir.

Nur Cahan bəyim fiziki cəhətdən də güclü və cəsarətli xanım kimi tarixə düşüb. O, əri Cahangir şahla tez-tez ova gedir, vəhşi pələngləri ovlayan zaman dəqiqliyi və cəsarəti ilə tanınınırdı. Onun bir ov zamanı altı güllə ilə dörd pələngi öldürdüyü bildirilir. Nur Cahan ağıllı siyasətçi, gözəl şeirlər yazan şair, Sultan Cahangirə ağıllı məsləhətlər verən imperatriça kimi də tarixə düşüb.

Şahzadə Xürrəmin xəyanəti

1622-ci ildə Şahzadə Xürrəm ordu toplayıb atası Cahangir və ögey anası Nur Cahana qarşı yürüş edir. Üsyan Cahangirin qüvvələri tərəfindən yatırılır və şahzadə Xürrəm qeyd-şərtsiz təslim olur. 1626-cı ildə Şahzadə Xürrəmin səhvləri bağışlansa da, Nur Cahan ilə ögey oğlu arasında gərginlik davam edir.

1626-cı ildə İmperator Cahangir Kəşmirə gedərkən üsyançılar onu əsir götürürlər. Nur Cahan döyüş filinə minərək ərini azad etməyə gedir, vəzirlərə və əyanlara da imperatoru xilas etmək üçün düşmənə qarşı hücum etmək əmrini verir. Üsyançıların lideri Məhabət xan Nur Cahanı da əsir götürür. Sonra Cahangirin ordusu güc toplayıb Sultan Cahangiri və Nur Cahanı azad edir.

Sultan Cahangir 1627-ci il oktyabrın 28-də Lahor şəhərinə gedərkən varisinin adını çəkmədən yolda dünyasını dəyişir. Sultan Cahangir Ravi çayı yaxınlığında Şah Dəra adlı yerdə dəfn olunur, sonra məzarın üstündə böyük bir türbə tikilir.

Onsuz da dövləti Nur Cahan idarə edirdi və Sultan Cahangir rəhmətə getdikdən sonra qeyri-rəsmi də olsa hakimiyyət Nur Cahanın əlinə keçir. Nur Cahan cəsarəti və idarəçilik bacarığı nəticəsində dövlətin sərhədlərini qoruyur və saray işlərini məharətlə idarə edir, üsyanları yatırdır. O, sarayda yaranan varislik mübahisələrində də qalib çıxır. Beləliklə, Cahangirin üçüncü oğlu Şahzadə Xürrəmlə (gələcəkdə Şah Cahan) qardaşları və ögey anası Nur Cahan arasında gərginlik pik hədə çatır. Nur Cahanın atası Mirzə Qiyas bəyi dəstəkləməsi, onu yenidən yüksək vəzifəyə təyin etdirməsi Şahzadə Xürrəmin ürəyincə deyildi.

Uzun sürən çəkişmələrdən sonra Şahzadə Xürrəm-Şah Cahan 1628-ci ildə yeni Moğol imperatoru olur.

Şah Cahan hakimiyyətə gəldikdən sonra Nur Cahan həyatının qalan hissəsini qızı Lədli Bəyimlə birlikdə Lahordakı rahat malikanədə qapalı vəziyyətdə yaşayıb. Nur Cahan oğulluğu, İmperator Şah Cahandan ildə 2000 rupi təqaüd alıb. 1622-ci ildə tikintisinə özünün başladığı, atası Mirzə Qiyas bəyin Aqrada dəfn olunduğu İtimad-ud-Daulah türbəsinin tamamlanmasına nəzarət edib. Nur Cahan 1645-ci il dekabrın 17-də 68 yaşında vəfat edib və Lahorda özünün tikdirdiyi Şahdərə Bağ türbəsində dəfn edilib.

Sultan Cahangir və Nur Cahan sənətdə

Böyük Moğol İmperatoru Cahangirin və xanımı Nur Cahanın həyatı hind yazıçıları və şairlərinin, ssenaristlərinin diqqətini cəlb edib və bu haqda çoxlu bədii əsər və film çəkilib.

*Yazıçı İndu Sundaresan Nur Cahanın həyatına dair üç kitab yazıb: “İyirminci xanım” (2002), “Qızılgül festivalı” (2003) və “Şahzadənin kölgəsi” (2010).

*Nur Cahanın həyatı ilə bağlı Harold Lambın “Nur Mahal” tarixi romanı (1935).

Tanushree Poddarın “Nur Cahanın qızı” (2005) tarixi romanı yazılıb.

*Nur Cahan Ruhir Quptanın “Taxtın xanımı” tarixi romanının əsas qəhrəmanıdır. (2014).

*Nur Cahan Eric Flint və Griffin Barber tərəfindən 1636-cı ildə yazılan “Moğolların missiyası” əsərində əsas personajdır.

Nur Cahanın həyatı haqqında çoxlu şeir yazılıb.

*Kino və televiziya

*1931-ci ildə çəkilən səssiz “Noor Jahan” filmində Nur Cahan obrazını Jillo Bainin canlandırıb.

*Söhrab Modinin “Pukar” (1939) filmində Nur Cahan obrazını Nazim Banu canlandırıb.

Nandlal Jasvantlalın “Anarkali” (1953) filmində imperatriça Nur Cahan obrazını aktrisa Noor Jehan canlandırıb. Fikir verdinizmi, Hindistanda qadınlara Nur Cahan adı da qoyulur.

*M. Sadiqin “Tac Mahal” (1963) filmində Mehrinisə-Nur Cahan obrazını aktrisa Veena canlandırılıb.

*Şeyx Muxtarın layihəsi, M.Sadiqin rejissorluğu ilə çəkilən “Noor Cahan” (1967) filmində Nur Cahan-Mehrinisə obrazını Mina Kumari canlandırıb.

*2005-ci ildə Bollivudda çəkilən “Taj Mahal: an Eternal Love story”” (“Tac Mahal: əbədi sevgi hekayəsi”) tarixi filmində imperatriça Nur Cahan obrazını Pooja Batra canlandırıb.

*2000-2001-ci illərdə Hindistanın “Doordarshan” televiziya kanalında yayımlanan “Noor Jahan” serialında Nur Cahan rolunu Qauri Pradhan oynayıb.

*Hindistanın EPIC kanalında yayımlanan “Siyasat” (2015) tarixi filmində Nur Cahan və Cahangirin sevgi hekayəsi təsvir edilir. Sundaretsanın “İyirminci xanım” romanı əsasında çəkilən filmdə Mehrinisə-Nur Cahan obrazını Cənnət Zubair Rəhmani və Çaru Şankar canlandırıblar.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see687

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see438

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see225

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see211

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see201

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see198

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see182

Fənərbaxça dan 45 milyonluq transfer

13 İyul 2026 07:06see181

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see169

SEPAH: İran ABŞ nin Küveytdəki bir neçə hərbi obyektini məhv edib

13 İyul 2026 07:33see169

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see163

Dondurma dadında banan

13 İyul 2026 18:44see162

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see157

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see156

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see156

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see149

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see148

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see147

600 dən yuxarı bal toplayan abituriyent niyə universitetə qəbul ola bilməyib? RƏSMİ

13 İyul 2026 05:51see146

Bu hissələri heç vaxt saxta almayın Avtomobil sahiblərinə VACİB XƏBƏRDARLIQ

13 İyul 2026 12:44see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri