Icma.az
close
up
RU
Böyük müharibənin fitili və yaxud İsrailin “sürpriz” gecə ZƏRBƏLƏRİ Səxavət Məmməd yazır

Böyük müharibənin fitili və yaxud İsrailin “sürpriz” gecə ZƏRBƏLƏRİ Səxavət Məmməd yazır

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin İrana zərbələr endirəcəyi gözlənilən idi. Hətta ABŞ ilə danışıqlar getdiyi bir zamanda belə yazılarımda qeyd edirdim ki, İsrail İranı vurmaq fikrindən daşınmayıb, sadəcə olaraq hazırlıq prosesi gedir və hazırlıq prosesi bitən kimi zərbələr endiriləcək.

ABŞ prezidenti Donald Tramp da bir neçə gündür ki, sərsəm bəyanatlar verməkdə idi. Tramp gah deyirdi ki, məsələni danışıqlar yolu ilə həll etmək lazımdır, gah da deyirdi, İranın nüvə silahı əldə etməsinə nəyin bahasına olursa olsun, icazə verməyəcək.

Bakı vaxtı ilə gecə saatlarından başlayaraq İsrail İrana raket zərbələri endirməyə başladı. Dağıntılar, dəyən ziyan böyükdür. Ancaq ilk ağla gələn niyə bu qədər dağıntının olması, yaxud İranın hava hücumundan müdafiə sistemlərinin niyə işləməməsi olur.

Düzdür, ilkin olaraq dəqiq rəy vermək çətin olsa da, qeyd etmək lazımdır ki, İsrail bu əməliyyata çox ciddi şəkildə hazırlaşıb. İsrail ordusu öncə İranın radarlarını sıradan çıxarıb, ardınca hava hücumundan müdafiə sistemlərini. Bundan sonra isə dəqiq hədəflərə zərbələr endiriblər. İsrail ilk dəfə İrana zərbələr endirərkən İran İsrailə sürpriz etmişdi. Belə ki, İsrail İranın bilinən hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb, ikinci dalğa hücum təşkil edərkən, İran gizli olan hava hücumundan müdafiə sistemlərini işə salmışdı.

Ona görə də İsrailin İrana bundan öncə iki hücumu o qədər də effektiv olmamışdı. Görünür, İsrail tərəfi bu hücumda o sürprizi də göz önünə alıb və İranın hava hücumundan müdafiə sistemlərinin ikinci layını da sıradan çıxarıb. İsrail nəinki İranın nüvə obyektlərinə, hətta Baş Qərargah rəisinin, ordu komandanlarının, nüvə alimlərinin evinə zərbələr endirib. Bunu İsrail kəşfiyyatının güclü işləməsi kimi qeyd etməliyik. Eyni zamanda İran xüsusi xidmət orqanlarının zəifliyini gözardı edə bilmərik.

İrana hücumdan bir gün əvvəl İsrail mediasında diqqətçəkən bir məqalə yayıldı: məqalədə deyilirdi ki, İsrailin Baş Qərargah rəisi “hökumət qarşısında İrana hücumu ABŞ ilə koordinasiya edilmək lazımdır” tələbi qoyub. İsrail mətbuatı bildirirdi ki, İsrail müdafiə naziri Benyamin Netanyahuya açıq şəkildə İranla təkbaşına hərbi münaqişəyə girə bilməyəcəklərini, Vaşinqtona koordinasiya edilmədən əməliyyata başlamağın doğru olmayacağını deyib.

Maraqlıdır ki, İsrailin hücumu başlayar-başlamaz ABŞ tərəfi bir neçə dəfə müxtəlif rəsmilərin dili ilə “İsrailin hücumunda əllərinin olmadığını” bəyan etdi. Hətta xahiş edərcəsinə, İranın ABŞ maraqlarına və ordusunun şəxsi heyətinə zərər verməməyə çağırdı.

İran İsrailin hücumlarında ABŞ-nin əlinin olmadığına inanmır və günahkar kimi Vaşinqtonu görür. Maraqlı bir məqam isə hava döyüşləri bitməmiş ABŞ tərəfi bazar günü nəzərdə tutulan ABŞ İran nümayəndlərinin görüşünə hazır olduqlarını bəyan etməsidir.

Şübhəsiz ki, İsrailin İrana endirdiyi bu zərbələr İrana ağır zərər verdi. Ancaq İranın cavabının da ağır olacağı gözləniləndir. Düzdür, Azərbaycanda bəzilərinə bunu inandırmaq çətindir, ancaq İsrail Baş naziri Netanyahunun əməliyyat uğurlu keçdi deməsindən sonra israilliləri evdən bir müddət çölə çıxmamağa çağırması onu deməyə əsas verir ki, İrandan ağır cavab gözləyirlər.

İranın İsrailə ağır cavab zərbəsi endirmək imkanı var? Bəli, çünki bir hücumla İranın hücum potensialını sıfıra endirmək mümkün deyil. Düşünürəm ki, İran İsrailə həm raketlərlə, həm də ən müxtəlif üsullarla cavab verəcək. Düzdür, bu müharibənin uzunmüddətli müharibəyə çevrilmə şansı yoxdur. Çünki quru əməliyyatlarının keçirilməsi üçün tərəflər bir-birindən çox uzaqdır. Ancaq havadan və raket zərbələri ilə tərəflər bir-birinə ağır zərər verə bilər.

Prosesləri izləyən hər kəs bilir ki, Yaxın Şərqdə baş verən proseslərin hamısı İsrailin təkidi ilə ABŞ-ni prosesə qoşmaqla baş verir. Tramp İranla toqquşmadan qaçsa da, Netanyahu istəyinə nail oldu. İsrail İranın nüvə silahı əldə etməsindən çox narahatdır. Əslində, təkcə İsrail yox, elə Avropa ölkələri, ABŞ də…

Şimali Koreyada nüvə silahı təhlükəli sayılmır, İsraildə, Rusiyada, Fransada və digərlərində təhlükəli sayılmır, ancaq İranda təhlükəli olur? Bu təhlükədən daha çox maraqlarla bağlıdır. Onlar İranın əlində çəkindirici gücün olmasını istəmirlər. Haqlıdırlar, haqsızdırlar – bunu demək çətindir. Ancaq reallıq odur ki, hələ ki nüvə silahına sahib olan ən təhlükəli ölkə dünyaya ədalət gətirmək istəyini daim dilə gətirən ABŞ-dir. Çünki digər nüvə silahı olan ölkələrdən fərqli olaraq ABŞ-nin istifadə təcrübəsi var.

İran, əgər təkcə İsrailə yox, ABŞ-nin hərbi bazalarına zərbələr endirməyə qərar versə, dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see693

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see165

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see132

Almaniya hərbi büdcəsini iki dəfə artırır

29 İyul 2025 08:02see121

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see119

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see119

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see119

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see118

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see117

Milan ın hücumçusu rəsmən Cenoa da

28 İyul 2025 23:33see117

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Nəhayət, gözləntilər sona çatır: Şrek franşizası yeni filmlə qayıdır

29 İyul 2025 06:48see116

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see116

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see116

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see116

Xıdırlıya qayıdan sakin: Elə hadisələrin şahidi olduq ki, qələmə alsalar, bir kitab çıxar

29 İyul 2025 06:56see116

Zəngəzur dəhlizinin taleyi məsələsi nə iqtisadi, nə də siyasi yanaşma ilə həll olunmayacaq

28 İyul 2025 17:54see115

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see115

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

29 İyul 2025 06:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri