Icma.az
close
up
RU
Dövlətin vətəndaşı evlə təmin etmək öhdəliyi yoxdur Əkrəm Həsənov

Dövlətin vətəndaşı evlə təmin etmək öhdəliyi yoxdur Əkrəm Həsənov

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən il Bakıda qaz sızması nəticəsində partlayış baş vermiş binada ondan artıq mənzilin sakinləri evsiz qalıb. Hadisədən sonra vətəndaşlar kirayə mənzillərə köçürülüb, zərər dəyən binanın isə təmir ediləcəyi deyilib. Hazırda hadisədən 1 il ötüb və binada heç bir bərpa işi aparılmayıb. 
Məsələ ilə bağlə hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, dövlətin vətəndaşı mənzil və ya evlə təmin etmək kimi öhdəliyi yoxdur:
"Yəni hər hansı şəxsin evi dağıldıqda, yararsız hala düşdükdə və ya yaşayış üçün təhlükəli olduqda, dövlət birbaşa olaraq ona yeni mənzil verməyə borclu sayılmır. Bu, hüquqi baxımdan açıq şəkildə müəyyən edilib. Belə hallarda həmin şəxslər yalnız onlara dəymiş maddi ziyanın əvəzinin ödənilməsi məsələsini qaldıra bilərlər".
Vəkil bildirib ki, əgər baş vermiş hadisə kiminsə günahı ucbatından baş veribsə, məsələn səhlənkarlıq, qayda pozuntusu və ya texniki məsuliyyətsizlik nəticəsində, zərərçəkən şəxs günahkar tərəfə qarşı məhkəmə qaydasında iddia qaldıra bilər və kompensasiya tələb edə bilər:
"Ev yanıbsa, partlayış baş veribsə, sel və ya su basma hadisəsi olubsa, yaxud başqa fövqəladə vəziyyət yaranıbsa, bu hallar avtomatik olaraq hökumətin məsuliyyəti hesab edilmir. Yəni bu cür hadisələrdə dövlətin vətəndaşa yeni ev vermək öhdəliyi yoxdur".
O deyib ki, artıq uzun illərdir ki, Azərbaycanda mənzillərin və fərdi yaşayış evlərinin icbari sığortası ilə bağlı qanun mövcuddur.
"Bu qanun on ildən artıqdır qüvvədədir və əsas məqsədi vətəndaşları risklərdən qorumaqdır. Lakin praktika göstərir ki, əksər vətəndaşlar yaşadıqları evi və ya mənzili sığortalatmır, bu məsələyə ciddi yanaşmırlar. Halbuki həmin qanun məhz ona görə qəbul edilib ki, hər hansı yanğın, partlayış, təbii fəlakət və ya digər gözlənilməz hadisə baş verdikdə, sığorta şirkəti vətəndaşa dəymiş zərərin əvəzini ödəsin. Bu halda məsuliyyət sığorta mexanizmi üzərindən tənzimlənir. Yəni bir daha qeyd etmək lazımdır ki, bu məsələlərdə hökumətin birbaşa təminat öhdəliyi yoxdur və vətəndaşın özünü sığortalaması əsas qoruyucu mexanizm hesab olunur", - deyə vəkil qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Yanvar 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see283

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see192

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see184

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see180

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see178

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see152

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see152

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri