Icma.az
close
up
RU
Böyük Qayıdış a bir də iqtisadi faktor kimi baxmalıyıq MÜNASİBƏT BİLDİRİLDİ

Böyük Qayıdış a bir də iqtisadi faktor kimi baxmalıyıq MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan 2030-cu ilə qədər müəyyənləşdirdiyi Milli Prioritetlər içərisində Qarabağa qayıdış beş əsas prioritetdən biri kimi nəzərdən keçirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu istiqamətdə xüsusi proqramlar həyata keçirilir: "Ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən bu proqramların bir hissəsi artıq başa çatıb, bir hissəsi 2025-ci ildə yekunlaşacaq. Prioritetlər çərçivəsində birinci dövlət proqramı 2026-cı ildə başa çatacaqdır. Şübhəsiz ki, bu qayıdış dövlətimizin məqsədlərindən birinə çatmaqla bərabər həm də onun inkişafını şərtləndirən mühüm motivasiyaedici faktora çevriləcəkdir. Buraya iqtisadiyyatın böyüməsi və inkişafını təmin edən ən müxtəlif komponentlər daxildir.

Bu komponentlər sırasında birincisi, kommunikasiyaların, yolların çəkilməsi, yükdaşımaların həyata keçirilməsi üçün vasitələrin müəyyənləşdirilməsi, əmək istehsal münasibətlərində mühüm komponent olan əmək qüvvələrinin "Böyük Qayıdış" nəticəsində əhalinin yeni iqtisadi münasibətlərin formalaşacağı əraziyə köçürülməsi aiddir. Düşünürəm ki, biz həmişə "Böyük Qayıdış"a böyük tarixi-mənəvi hadisə kimi baxsaq da, bir də iqtisadi faktor kimi baxmalıyıq. Ona görə də, hazırda bilirik ki, işğaldan azad olunmuş ərazilərimizdə özü-özlüyündə mikroiqtisadi münasibətlər formalaşıb. Özünəməxsus mikroiqtisadi mühit formalaşıb. Əlbəttə ki, 2030-cu ilə qədər bu, daha da böyüyəcək. Bu münasibətlər Azərbaycan iqtisadiyyatında çox əhəmiyyətli bir faktora çevriləcəkdir. İqtisadiyyat deyən zaman biz bilirik ki, işğaldan azad olunmuş müxtəlif ərazilərimizdə həm müasir sənaye müəssisələri yaradılır. Artıq Ağdamda bir neçə mühüm istehsal vasitələri yaradılıb və onlar faktiki olaraq istehsalla məşğuldurlar. Digər ərazilərimizdə də bu məsələlər həyata keçiriləcəkdir. Digəri isə yeni aqrar sənaye münasibətləri və ərzaq istehsalı olacaqdır. Bütün bunlar onu göstərir ki, ardıcıl həyata keçirilən bu proses həm ölkəmizin güclənməsinə, həm də iqtisadiyyatımızın böyüməsinə öz töhfələrini verəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri