Icma.az
close
up
RU
Böyük Qayıdış: Ağdamda həyat yenidən canlanır

Böyük Qayıdış: Ağdamda həyat yenidən canlanır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 3-də Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur.

Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beş otaqlıdır.

Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.

Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış olublar. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində olublar. Dövlət başçıları burada yaradılan şəraitə baxıblar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.

Azərbaycanın və Qırğızıstanın dövlət başçıları Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də olublar.

Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxıblar. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi, bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.

Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

İşğaldan azad olunan ərazilərimiz arasında Ağdam şəhəri xüsusi yer tutur. Çünki bu şəhər ermənilər tərəfindən xüsusi amansızlıqla  dağıdılıb. Belə ki, oranı Qarabağın "Xiroşiması" belə adlandırıblar. 44 günlük Vətən müharibəsi zamanı bir güllə də olsun atılmadan qaytarılan ərazilərimizdən biri də Ağdam şəhəri olub. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən şəhərin Baş Planı təsdiqlənib. O tarixdən bu yana Ağdam "ağıllı infrastruktur", "yaşıl enerji", ekoloji davamlılıq prinsipləri üzərində yenidən qurulur. Şəhərdə indiyə kimi, 200 km-dən çox yeni yol tikilib və ya bərpa olunub. 10-dan çox məktəb və təhsil mərkəzi, şəhər xəstəxanası, elektrik stansiyaları artıq layihələndirilib və bunların tikintisi gedir. 190 hektarlıq sahədə 20-dən artıq müəssisə üçün şərait yaradan Ağdam Sənaye Parkı salınıb və fəaliyyətə başlayıb.

Ağdamda yaradılan sənaye və kənd təsərrüfatı zonaları artıq real iqtisadi fayda gətirməyə başlayıb. Ağdam Sənaye Parkında 20-dən çox sahibkara yer ayrılıb. Texnopark və logistika mərkəzləri, aqrar klasterlər və istehsalat sahələri yaxın illərdə bölgəyə böyük sərmayə cəlb etməyi hədəfləyir.

Artıq bir neçə ailə daimi yaşayış üçün Ağdama qayıdıb. Onlar üçün salınan yeni məhəllələr, məktəblər, sosial obyektlər və tibbi mərkəzlər hazır vəziyyətə gətirilib. Bu qayıdış həm sosial, həm də mənəvi baxımdan dönüş nöqtəsidir.

Ağdamlıların sözləri isə bu dönüşü daha yaxşı ifadə edir: "Daşdan tikilmiş evlərimiz hələ bəlkə tam hazır deyil, amma torpaq bizi qəbul etdi. Bu hiss heç nəyə bənzəmir".

Millət vəkili Azər Badamov deyir ki, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, "ağıllı kənd" və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb.

Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış artıq başlayıb. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.

Millət vəkili Fatma Yıldırım bildirib ki, Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması, görülən işlər da böyük qayıdışın əyani göstəricisidir: "Bu o deməkdir ki, otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmağı gözləyən keçmiş məcburi köçkünlərin torpaq həsrətinə son qoyulur. Bundan əlavə, Ağdam rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması da işğaldan azad olunmuş ərazilərdə müasir səhiyyə infrastrukturunun yaradılmasının göstəricisidir. Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən belə bir mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına böyük töhfə verəcək".

Millət vəkili Vüqar Rəhimzadənin sözlərinə görə, tarixi Zəfərimizin yaratdığı reallıqlardan biri təbii ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışıdır. Son dörd ildən artıq dövrdə soydaşlarımızın qayıdış ünvanlarının say tərkibinə diqqət yetirdikdə bərpa-quruculuq işlərinin miqyası daha aydın görünür: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Bu, misli görünməmiş vəhşilikdir. Erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Ağdam yenidən qurulur. Bərpa-quruculuq işlərində xüsusi diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin icrasıdır. Bunu Ağdam şəhərinin, rayonun kəndlərinin timsalında da aydın görmək mümkündür. Sıfırdan qurulan Ağdam şəhəri ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Tarixi Zəfərimizdən üç il sonra suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da qaytarılmasın. Amma Azərbaycan dövlətinin gücünü, iradəsini, cəsarətini və ordumuzun qəhrəmanlığını nəzərə almamışdılar. Rəşadətli ordumuzun qəhrəmanlığı, fədakarlığı nəticəsində bu gün torpaqlarımız tarixi sahibinə qovuşub. Yenidən qurulur, soydaşlarımız doğma yuvalarına qayıdaraq xoşbəxt, sevincli günlərini yaşayırlar".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri