Nazilə Məhərrəmova: Bərabər imkanlar uşaqlara özlərini cəmiyyətin bir parçası kimi hiss etməyə imkan verir
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Beynəlxalq konvensiyalar aydın şəkildə göstərir ki, əlillik insanın özünün problemi deyil, cəmiyyətin onun qarşısında yaratdığı baryerlərin nəticəsidir. Bu baryerlər aradan qaldırıldıqda, maneələr olmadığı zaman uşaqlar özlərini həqiqətən əlçatan və açıq olan bir mühitdə hiss etməyə başlayırlar. Onlar bərabər imkanların mövcud olduğunu gördükdə, daxili potensialları da təbii olaraq üzə çıxır. Bu uşaqlar sadəcə bir şans gözləyirlər və imkan yarandığı anda dəstəkverici mühit formalaşdıqda, öz bacarıqlarını, istedadlarını və daxili resurslarını asanlıqla nümayiş etdirirlər.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində “Ümid var” inklüziv yaradıcılıq birliyinin sədri Nazilə Məhərrəmova deyib.
Onun sözlərinə görə, birliyin yaradılması xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün imkanların çatışmazlığına cavab olub: “Uzun illər müəllim işləmişəm və mövcud resursların kifayət etmədiyini görürdüm. Bu təşkilatı yaradaraq uşaqlar üçün daha çox qapılar açdıq, onların inklüziv mühitə çıxmasına, ünsiyyət dairəsini genişləndirməsinə və özlərini cəmiyyətin bir hissəsi kimi hiss etməsinə kömək etdik.”
O bildirib ki, məktəbdə belə uşaqların öz daxili həyatı və yaradıcı qrupları olsa da, bu, real inteqrasiyadan danışmaq üçün yetərli deyil: “Əgər biz həqiqətən onların sosiallaşmasını və inklüziv cəmiyyətə töhfə verməsini istəyiriksə, inklüzivlik prinsipi formal yanaşma yox, bütün çıxışlarımızın və səhnə nömrələrimizin əsas şərti olmalıdır”.
N. Məmmədova, həmçinin hesab edir ki, belə uşaqların imkanlarının açılmasında mədəniyyətin xüsusi rolu var.
“Mədəniyyət bizim üçün unikal bir platformadır və bu uşaqların nəyə qadir olduqlarını görməyə imkan yaradır. Onların hər birində incəsənətə böyük maraq var. Aramızda rəqs, aktyorluq, rəssamlıq sahəsində çox istedadlı uşaqlar var. Əsas məsələ onlar üçün şərait yaratmaq və baryerləri aradan qaldırmaqdır”, – deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Dekabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















