Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

Böyük Qayıdış azad Qarabağa yeni həyat gətirir

Böyük Qayıdış azad Qarabağa yeni həyat gətirir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İlk növbədə işğalçıların məhv etdiyi infrastruktur bərpa edilir

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinə də toxunaraq keçmiş məcburi köçkünlərin uzun illər çox ağır şəraitdə yaşadıqlarını, hazırda isə onların işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində doğma yurdlarına qayıdışı prosesinə start verildiyini, artıq 50 mindən çox insanın həmin yaşayış sahələrində məskunlaşdığını və bu prosesin davamlı olduğunu bildirib.

Dövlətimizin başçısı müsahibəsində məskunlaşma ilə bağlı iki əsas maneənin mövcudluğunu da diqqətə çatdırıb: “Birincisi, mina təhlükəsidir. Ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar. 2020- ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək, təxminən, 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir”..

Bu fikrin davamı olaraq qeyd edək ki, Ermənistan işğal illərində azad edilmiş ərazilərdə bir milyondan çox mina basdırıb. Bu, həm beynəlxalq humanitar hüquqa, həm də elementar insanlıq prinsiplərinə zidd addımdır. Yuxarıda mina qurbanlarının sayını göstərən statistika isə təkcə adi rəqəm deyil, eyni zamanda, neçə – neçə ailə faciəsinin ifadəsidir. Bu səbəbdən Azərbaycan genişmiqyaslı bərpa işlərinə başlamazdan əvvəl təhlükəsizliyin təmin edilməsini prioritet istiqamət kimi qəbul edir.

Respublikamızın qarşısında duran mina problemi beynəlxalq ictimaiyyətin də diqqətini çəkir. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar humanitar minatəmizləmə işlərində ölkəmizə dəstək göstərirlər. Lakin mövcud təhlükənin miqyası o qədər genişdir ki, prosesin başa çatdırılması uzun illər tələb olunur. Bu baxımdan, beynəlxalq əməkdaşlıq xüsusi önəm daşıyır.

Ölkə rəhbəri müsahibədə keçmiş məcburi köçkünlərin qayıdışını əngəlləyən ikinci problemin isə Qarabağda infrastrukturun tamamilə məhv edilməsi olduğunu vurğulayıb. Bu məqamda xatırladaq ki, işğal nəticəsində doğma torpaqlarından didərgin düşmüş minlərlə soydaşımız illərlə çətin şəraitdə yaşamağa məcbur olub. Onların arzusunu, ümidini yalnız bir amil – doğma kəndlərinə, şəhərlərinə qayıtmaq ümidi birləşdiririb. Prezident İlham Əliyev müsahibəsində bu reallığı xüsusi vurğulayaraq qeyd edib ki, artıq minlərlə insan azad olunmuş ərazilərə dönüb, yeni həyatlarını orada qurur.

Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndləri işğal dövründə yerlə – yeksan olunub. Kanalizasiya, su təchizatı, elektrik xətləri, dəmir yolları, magistral yollar, bir sözlə, bütün infrastruktur tamamilə dağıdılıb. Buna görə də bərpanın ilk illərində vəsaitin böyük hissəsi məhz infrastrukturun qurulmasına sərf edilib. Prezident İlham Əliyevin sözlərindən də aydın olur ki, 2-3 il ərzində əsas infrastruktur layihələrinin tam başa çatdırılması planlaşdırılır. Bu isə o deməkdir ki, yaxın perspektivdə azad olunmuş torpaqlarda yüz minlərlə insanın daimi məskunlaşması təmin ediləcək.

Məskunlaşmanın geniş miqyas alması bu gün azadlığına qovuşan torpaqlarımızda böyük quruculuq və bərpa layihələrinin icrasının getdikcə sürətləndiyini göstərir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri zamanı strateji infrastruktur obyektlərinin işə salınması, yenilərinin təməlinin qoyulması da bunun bariz ifadəsidir. Bu, eyni zamanda, düşmənin 30 il ərzində yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə yeni nəfəs gəldiyindən, şəhər və kəndlərimizdə həyatın yenidən dirçəldiyindən xəbər verir.

Hazırda 50 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura köçürülməsi təkcə demoqrafik cəhətdən deyil, həm də milli ruhun dirçəlişi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin siyasi iradəsini, sosial ədalət prinsiplərinə sadiqliyini nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramı isə sadəcə məcburi köçkünlərin yurdlarına qayıtması deyil, həm də Azərbaycanın ərazi bütövlüyü üzərində qurulan yeni həyat fəlsəfəsidir.

Adıçəkilən proqramın ən mühüm üstünlüklərindən biri də bu tarixi sənədin mərhələli şəkildə həyata keçirilməsidir. İlk mərhələdə yuxarıda xatırlatdığımız kimi, təhlükəsizlik və infrastruktur, ikinci mərhələdə yaşayış evlərinin tikintisi, üçüncü mərhələdə isə iqtisadi həyatın dirçəldilməsi prioritet hesab olunur.

Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat – kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm layihələr həyata keçirilib, müasir texnologiyalar əsasında “ağıllı” şəhər və “ağıllı” kəndlər inşa olunub. Əhalinin dayanıqlı məskunlaşmasını, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsini şərtləndirən aqrar sahənin inkişafı da diqqətdə saxlanılıb.

Bütün bu quruculuq layihələrinin reallaşdırılması nəticəsində Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında qalan torpaqlarında bu gün bir coşğunluq yaşanır, yurd – yuva həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlər məskunlaşdırılır. Hazırda “ağıllı” kənd və “ağıllı” şəhər konsepsiyaları əsasında tikinti işləri uğurla həyata keçirilir. Zəngilanın Ağalı kəndi ilk pilot layihə əsasında müasir enerji təchizatı, ekoloji cəhətdən təmiz istehsal, dayanıqlı kənd təsərrüfatı və rəqəmsal idarəetmə modelləri tətbiq olunub. Bu təcrübənin gerçəkləşdirilməsi digər rayonlarda da diqqət mərkəzində saxlanılır.

Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi əsas hədəflərdən biri də keçmiş məcburi köçkünlərin yalnız mənzil şəraiti ilə təmin olunması deyil, həm də onların iş yerləri ilə təminatının reallaşdırılmasıdır. Çünki uzunmüddətli dayanıqlı məskunlaşma üçün sosial – iqtisadi baza vacibdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da məhz bu məqsədə xidmət edir. Burada kənd təsərrüfatı, turizm, bərpa olunan enerji, dağ – mədən sənayesi və logistika kimi sahələrin inkişafı nəzərdə tutulur.

Yeni müəssisələrin yaradılması və infrastrukturun bərpası bölgəyə həm yerli, həm də xarici investorların cəlb olunmasına şərait yaradır. Bununla yanaşı, Qarabağın dirçəlişi dünya ictimaiyyətinə sülh, yenidənqurma və humanitar əməkdaşlıq baxımından nümunə ola bilər. Azərbaycan göstərir ki, müharibədən sonra dağıdılmış torpaqlarda həyatın bərpası mümkündür və bu, regional sabitliyə müsbət təsir göstərir.

Yeri gəlmişkən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, eləcə də dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlar əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan layihələrin sayı 44-ə, avtomobil yollarının ümumi uzunluğu isə 3 min 40 kilometrə çatdırılıb. Ötən illər ərzində 7 yolun tikintisi yekunlaşdırılıb. Hazırda tikintisi həyata keçirilən 38 layihənin isə 2025-2026-cı illərdə tamamlanması nəzərdə tutulub. Bundan əlavə, 6 şəhərin (Şuşa, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, eləcə də 7 kəndə gedən avtomobil yollarının tikintisi davam etdirilib.  

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” yə müsahibəsi bir daha təsdiq edir ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın strateji prioritetidir. Azad olunmuş ərazilərdə həyata keçirilən işlər həm milli, həm də beynəlxalq miqyasda diqqət mərkəzindədir. Qarabağın yenidən dirçəldilməsi, keçmiş məcburi köçkünlərin yurdlarına qaytarılması və regionun inkişaf etdirilməsi Azərbaycanın dövlətçilik tarixində ən mühüm səhifələrdən birini təşkil edir. Böyük Qayıdış Proqramı isə sadəcə bir sənəd deyil, Azərbaycanın gələcək onilliklərdə sosial, iqtisadi və mədəni həyatının əsas dayağıdır. Bu qayıdış həm də ədalətin, milli qürurun və dövlətimizin gücünün simvoludur.

Beləliklə, Böyük Qayıdış Azərbaycanın milli birliyi, sosial həmrəyliyi və gələcək inkişaf strategiyası baxımından yeni mərhələnin başlanğıcıdır. Bu proses tarixi ədalətin bərpası, milli qürurun dirçəlişi və müstəqil dövlətimizin gücünün göstəricisidir. Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq istərdik. Prezident İlham Əliyevin sözügedən müsahibəsi bir daha göstərdi ki, müasir Azərbaycanın gündəliyində ən vacib məsələlərdən biri məhz azad edilmiş ərazilərin dirçəldilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır. Dövlət başçısının sözlərindən də aydın görünür ki, hazırda işğaldan azad olunan yaşayış sahələrində həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramı təkcə ölkəmizin sosial – iqtisadi həyatında deyil, həm də regionun gələcək təhlükəsizlik və inkişaf perspektivlərində həlledici rol oynayır.

Vaqif BİNYATOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Avqust 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri