Icma.az
close
up
RU
Qarabağa böyük qayıdış davam edir

Qarabağa böyük qayıdış davam edir

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir. Bu mərhələdə Laçın şəhərinə 17 ailə - 69 nəfər, Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə - 26 nəfər, Qırmızı Bazar qəsəbəsinə 18 ailə - 90 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə - 45 nəfər köçürülüb.

Qeyd edək ki, Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Politoloq Tural Rzayev deyir ki, torpaqlarımızın azad olunmasından sonra regionda ciddi bir "Böyük Qayıdış" və bərpa prosesi davam edir. Xüsusilə bərpa prosesinin tamamlandığı və ya qismən tamamlandığı ərazilərə ilkin köçlər artıq həyata keçirilir.

Onun sözlərinə görə, Qarabağ regionu iki hissədən ibarətdir: Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları: "Hər iki zonaya əhalinin mərhələli köçü vacib məsələdir. Torpaqlar işğaldan azad olunsa da, 30 illik işğalın fəsadlarını aradan qaldırmaq asan deyil. Bu illər ərzində çox işlər görülüb, xüsusilə təhlükəsizlik tədbirləri həyata keçirilib. Ərazilərin minalardan təmizlənməsi, partlamamış silah-sursatın zərərsizləşdirilməsi kimi məsələlər ön plandadır. Ləngimənin əsas səbəbi isə Ermənistan tərəfinin mina xəritələrini tam təqdim etməməsidir. Bu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Əhalinin köçürülməsi də dəqiqlik tələb edir. Çünki oranın sakinləri və onların varisləri müəyyən olunmalı, yalnız sonra köç prosesi baş verməlidir. Təkcə infrastrukturun qurulması kifayət deyil. Orada iş yerləri də yaradılmalıdır ki, insanlar köçüb orada yaşamağa maraqlı olsun. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin iqtisadi, turizm və logistika baxımından böyük potensialı var. Gələcəkdə bu regionlara yatırımlar və investisiyalar cəlb olunacaq. Xüsusilə, turizm, daşınmaz əmlak və tikinti sahəsində iş imkanlarının artırılması nəzərdə tutulur. Güclü iqtisadiyyat ölkənin dayanıqlığını təmin edir. Prezidentin xarici ölkələrə səfərləri, iş adamları ilə görüşləri də bu məqsədə xidmət edir: ölkəmizə, xüsusilə Qarabağ bölgəsinə investisiya cəlb etmək. Bu bölgəyə köç edən vətəndaşların burada işləməyə maraqlı olmaları üçün təbliğat və təşviqat kampaniyaları aparılır. Sosial, iqtisadi və siyasi dayanıqlığın təmin olunması zəncirvari prosesdir. Bu prosesin hər bir halqası digərini dəstəkləyir və ümumilikdə ölkənin rifahına xidmət edir".

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Böyük Qayıdışın növbəti köç mərhələsi Azərbaycanın dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq həm sosial, həm iqtisadi, həm də geosiyasi aspektlərdən böyük əhəmiyyət daşıyır. Bu mərhələnin uğurla həyata keçirilməsi təkcə əhali geri qayıdışını təmin etmir, həm də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təməlini qoyur. Sosial prioritetlər bu prosesin əsasını təşkil edir.

Köç edən ailələr üçün təhlükəsiz yaşayış şəraitinin yaradılması, müasir təhsil müəssisələrinin, səhiyyə xidmətlərinin və sosial infrastrukturun bərpası növbəti mərhələnin əsas hədəflərindəndir. İnsanların öz doğma yurdlarına adaptasiya prosesinin rahat keçməsi üçün psixoloji dəstək proqramları, məşğulluq təşviqləri və icma quruculuğu təşəbbüsləri mühüm rol oynayır: "İqtisadi məsələ bu mərhələnin ən həlledici komponentlərindəndir. Azad olunmuş ərazilərdə yeni istehsal və xidmət sahələrinin, kənd təsərrüfatı layihələrinin yaradılması həm yerli məşğulluğu təmin edəcək, həm də regionu ölkənin ümumi iqtisadi dövriyyəsinə sürətlə inteqrasiya edəcək. Bu ərazilərin təbii resurs potensialı, kənd təsərrüfatı imkanları və turizm perspektivləri növbəti köç mərhələsini iqtisadi baxımdan daha səmərəli edir. Dövlət və özəl sektor əməkdaşlığının genişlənməsi bu prosesdə vacib rol oynayacaq. İnfrastruktur quruculuğu Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Artıq icra olunan genişmiqyaslı yol, tunel, elektrik təsərrüfatı, su və kanalizasiya xətləri, eləcə də "ağıllı kənd" və "ağıllı şəhər" layihələri növbəti köç mərhələsinin daha sistemli şəkildə həyata keçirilməsinə şərait yaradır. Rəqəmsal infrastrukturun qurulması isə həm dövlət xidmətlərinin əlçatanlığı, həm də investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu mərhələ Azərbaycanın milli təhlükəsizlik və regional mövqeyini gücləndirən amillərdən biridir. Köç prosesinin ardıcıl aparılması demoqrafik balansın bərpası ilə yanaşı, azad olunmuş ərazilərdə sabitliyin möhkəmlənməsinə və dövlət suverenliyinin daha qəti şəkildə təsdiqlənməsinə xidmət edir. Regionda həyatın canlanması Ermənistanla sərhədyanı ərazilərdə təhlükəsizlik dinamikasına da müsbət təsir göstərir. Böyük Qayıdışın növbəti köç mərhələsi Azərbaycan üçün sadəcə humanitar məsələ deyil, milli inkişaf strategiyasının mühüm hissəsidir. Sosial rifahın yaxşılaşması, iqtisadi aktivliyin artması və müasir infrastrukturun qurulması ölkənin uzunmüddətli təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından həlledici rol oynayır. Bu mərhələ bölgənin tam dirçəlişinə, ölkənin isə strateji gücünün daha da artmasına şərait yaradacaq".

Millət vəkili Jalə Əliyeva qeyd edib ki, 2020-ci ildən 2025-ci ilə qədər həyata keçirilən "Böyük Qayıdış" prosesi Azərbaycanın müasir tarixində ən mühüm və strateji mərhələlərdən biridir. Bu beşillik dövr təkcə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə deyil, həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli birliyinin və təhlükəsizlik strategiyasının tamamilə yeni müstəviyə keçməsi ilə xarakterizə olunur.

Onun dediyinə görə, "Böyük Qayıdış" proqramı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl, planlı və sistemli fəaliyyətin nəticəsidir: "2020-ci ildə Qarabağ Zəfərindən sonra qarşıya qoyulan əsas məqsəd təkcə ərazilərin bərpası deyil, həm də orada davamlı həyatın bərqərar olunması idi. Bu baxımdan, 2020-2025-ci illər ərzində yolların, körpülərin, elektrik və su xətlərinin, hava limanlarının tikintisi, kənd və şəhərlərin yenidən salınması, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyalarının tətbiqi Azərbaycanın dövlət idarəçiliyi və regional inkişaf modelində keyfiyyətcə yeni mərhələ açdı. Bu proses təkcə infrastrukturun bərpası deyil, həm də sosial ədalətin bərpasıdır. Çünki 30 il doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin yenidən yurdlarına qayıtması milli həmrəyliyin, vətəndaş həmrəyliyinin ən parlaq təzahürüdür. 2023-cü ildən etibarən ilk köç dalğasının başlaması, Zəngilanın Ağalı kəndinin sakinlərinin geri dönməsi, Füzuli, Cəbrayıl və Laçında bərpa işlərinin sürətlə aparılması bu istiqamətdə əldə olunan real nəticələrdir.

Politoloq Elşad Həsənov bildirib ki, "Böyük Qayıdış" həm də regionun siyasi və iqtisadi xəritəsini dəyişdirir. Azərbaycan bu proqramla Cənubi Qafqazda yeni inkişaf mərkəzi formalaşdırır, enerji, nəqliyyat və logistika layihələri vasitəsilə beynəlxalq tərəfdaşlığını gücləndirir. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həyata keçirilən layihələr regionun gələcək 20-30 ili üçün strateji baza rolunu oynayır. 2025-ci ildən sonrakı mərhələdə əsas vəzifə köç prosesinin genişləndirilməsi, yeni sosial infrastrukturun - məktəblərin, tibb müəssisələrinin, sənaye zonalarının və turizm mərkəzlərinin tam şəkildə fəaliyyətə başlaması olacaq. Bununla yanaşı, azad edilmiş ərazilərdə demoqrafik sabitliyin təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi özünütəmin mexanizmlərinin formalaşması prioritet istiqamətlər kimi qalacaq. "Böyük Qayıdış" sadəcə bir layihə deyil, bu, Azərbaycanın gələcək onilliklər üçün milli dirçəliş konsepsiyasıdır. Bu proses Azərbaycanın dövlətçilik tarixində "Zəfərdən quruculuğa" keçidin simvoluna çevrilib və 2025-ci ildən sonra da ölkənin strateji inkişaf yolunu müəyyən edən əsas istiqamət olaraq qalacaq.

O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda son illərdə həyata keçirilən yol və nəqliyyat infrastrukturu layihələri təkcə bərpa prosesinin mühüm mərhələsi deyil, həm də Azərbaycanın uzunmüddətli strateji inkişaf konsepsiyasının ayrılmaz hissəsidir. Bu infrastrukturun sürətli və keyfiyyətli şəkildə qurulması regionun iqtisadi təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun gələcəkdə Cənubi Qafqazın əsas nəqliyyat-logistika qovşaqlarından birinə çevrilməsinə şərait yaradır: "Yol infrastrukturu əhalinin məskunlaşması prosesini stimullaşdırır. Çünki nəqliyyat əlçatanlığı olmadan sosial-iqtisadi həyatın bərpası mümkün deyil: "Hazırda inşa edilən magistral yollar, avtomobil tunelləri, körpülər və hava limanları bölgəyə həm təhlükəsiz hərəkəti təmin edir, həm də kənd təsərrüfatı, turizm və sənaye kimi sahələrin inkişafı üçün dayanıqlı baza formalaşdırır. Bu, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi həyatın bərpası ilə yanaşı, bölgəyə köç prosesinin intensivləşməsinə də şərait yaradır. Bölgədə inşa edilən nəqliyyat xətləri Azərbaycanın tranzit potensialını artırır. Zəngəzur bölgəsində həyata keçirilən layihələr ölkənin regional və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını gücləndirir. Bu infrastruktur Türkiyə, Orta Asiya, Rusiya və İranla yeni ticarət marşrutlarının formalaşmasına imkan yaradır və Azərbaycanın geosiyasi mövqeyini gücləndirir. Eyni zamanda Zəngəzur və Qarabağ üzərindən keçən alternativ nəqliyyat yolları regionda yeni logistika mərkəzlərinin yaradılmasına şərait yaradır ki, bu da ölkəyə əlavə iqtisadi dividendlər gətirəcək. Regionda aparılan infrastruktur quruculuğu xarici investorlar üçün ciddi iqtisadi cəlbedicilik yaradır. İnfrastrukturun mövcudluğu və təhlükəsiz mühitin təmin edilməsi investorlar üçün əsas şərtlərdən biridir. Enerji xətləri, yollar, dəmir yolları və hava limanları artıq formalaşdığı üçün yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda aqrar sənaye zonaları, logistika mərkəzləri və istehsal müəssisələrinin qurulması gözlənilir. Bu isə həm məşğulluğun artmasına, həm də ixrac imkanlarının genişlənməsinə gətirib çıxaracaq. Bütün bu proseslər Azərbaycanın iqtisadi təhlükəsizliyinin və suverenliyinin möhkəmləndirilməsinə xidmət edir. İnfrastrukturun dövlət nəzarətində və strateji şəkildə planlaşdırılması regionda uzunmüddətli sabitliyin təminatçısıdır. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi mahiyyət daşıyır, çünki Azərbaycan bu yolla bölgədə sülhü, inkişafı və inteqrasiya proseslərini təşviq edir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur işləri yalnız bu günün ehtiyaclarına cavab vermir, həm də regionu gələcəkdə Cənubi Qafqazın ən mühüm iqtisadi və logistika mərkəzinə çevrilmə perspektivi ilə təmin edir. Bu proses Azərbaycan dövlətinin strateji baxışının və regional liderliyinin əyani göstəricisidir".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see222

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see167

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see163

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see155

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri