Icma.az
close
up
RU
Böyük Qayıdış: Azərbaycanın dünyaya örnək göstərdiyi siyasi xətt

Böyük Qayıdış: Azərbaycanın dünyaya örnək göstərdiyi siyasi xətt

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Hər kəsə məlumdur ki, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq erməni vandallarından təmizlənib. Bu gün ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Bu baxımdan artıq işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri sistemli şəkildə həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma isə dörd mərhələdə aparılıb. Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradılması, üçüncü mərhələ sosial və inzibati binaların inşa edilməsi, dördüncü mərhələ isə vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtmasından ibarət idi. Artıq işğaldan azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır. 

Dövlətimizin başçısı İlham Əliyev bildirib ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da "Böyük Qayıdış" proqramının icra edilməsi prioritet məsələ olacaq. Prezident onu da vurğulayıb ki, 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri 4 milyard manat məbləğində vəsaitin ayrılması da nəzərdə tutulur:

"2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb".

Tural İsmayılov: "Böyük Qayıdış" bütün mənalarda ölkənin dövlət büdcəsinə daxilolmalarda müsbət rola malikdir

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Böyük Qayıdış" prosesi Azərbaycanın dünyaya örnək göstərdiyi siyasi xəttlərdən biridir:

"Ümumiyyətlə, ölkəmizin koronavirus pandemiyasının ən kəskin dövründə torpaqlarını işğaldan azad etməsindən və  ərazi bütövlüyün bərpa edən sonra həyata keçirdiyi addımlar düşünülmüş konseptual və məntiqli siyasətin ən yaxşı nümunələrindən biridir. "Böyük Qayıdış" prosesi çərçivəsində öz dədə-baba yurdlarına qayıdan vətəndaşlarımız Azərbaycan iqtisadiyyatının inkişafına yeni töhfələrin verilməsinə səbəb olacaq. Çünki 30 il ərzində Ermənistan Azərbaycan iqtisadiyyatı, sənayesi və aqrar siyasəti üçün əhəmiyyətli olan torpaqlarımızı işğal etmişdi. İşğaldan azad olunmuş torpaqlarımızın öz sakinləri yenidən öz yurdlarında yaşamağa başlayıblar".

T. İsmayılovun fikrincə, "Böyük Qayıdış"dan müəyyən müddət sonra sözügedən bölgələrin özünəməxsus turistik imkanları inkişaf edəcək, həmin bölgələrdə yaradılan yeni iş yerləri və istehsal sahələri, o cümlədən daxili və xarici kapital fonunda formalaşacaq yeni investisiya mühiti Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyətə malik olacaq. 

"Bu baxımdan işğaldan azad olunmuş torpaqlara "Böyük Qayıdış" bütün mənalarda ölkənin dövlət büdcəsinə daxilolmalarda müsbət rola malikdir. Eyni zamanda həmin ərazilərə qayıdan insanlarımız inkişaf üçün yeni cəhdlər edəcəklər və yeni kənd təsərrüfatı sahələri formalaşdırmağa cəhd edəcəklər. Bu, iqtisadi və sosial baxımdan ölkəmiz üçün vacibdir", - deyə Tural İsmayılov qeyd edib.

Kamran Məmmədli: "Böyük Qayıdış" ölkənin gələcək inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilib

Politoloq Kamran Məmmədli də öz növbəsində Bakıvaxtı.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış" ölkənin gələcək inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilib. 

O bildirib ki, bu proses təkcə məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə məhdudlaşmır, eyni zamanda milli birliyin möhkəmlənməsinə və sosial-iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verir:

"İşğal dövründə erməni terrorçuları tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlər, məhv edilmiş yollar, enerji infrastrukturu və ictimai obyektlər Azərbaycanın üzləşdiyi ən böyük problemlərdən idi. Lakin bütün bu çətinliklərə baxmayaraq, azad edilmiş ərazilərin bərpası sürətlə başladı. İlk olaraq, Zəngilanın Ağalı kəndində "ağıllı kənd" modeli reallaşdırıldı. Bu konsepsiya regionda dayanıqlı yaşayış məntəqələrinin qurulmasına nümunə oldu. Paralel olaraq, Şuşa, Füzuli, Cəbrayıl, Ağdam, Xocalı və digər rayonlarda genişmiqyaslı tikinti və abadlıq işləri aparıldı. Şuşa şəhərinin tarixi mədəni irsi bərpa edildi, yeni yollar, hava limanları, məktəblər və parklar tikildi. Nəticədə minlərlə vətəndaşımız öz ata baba yurdlarına geri döndülər. Həmçinin bölgələrdə yerli idarəetmə orqanlarının və dövlət strukturlarının yaradılması yeni iş yerlərinin açılmasına səbəb olub. Bunun nəticəsi olaraq, vətəndaşlarımız sözügedən ərazilərdə öz həyatlarını qurmağa və işləməyə başlayıblar".

Bu prosesin ilbəil genişləndiyini bildirən K.Məmmədli hesab edir ki, bütün bu uğurlara baxmayaraq, "Böyük Qayıdış"ın qarşısında ciddi maneələr də mövcuddur.  Belə ki, işğal dövründə erməni qüvvələri tərəfindən torpaqlara böyük həcmdə minalar basdırılıb. Bu, həm insanların təhlükəsiz qayıdışını çətinləşdirir, həm də infrastruktur layihələrinin həyata keçirilməsini gecikdirir.

"Dövlətimiz minaların təmizlənməsi üçün intensiv işlər aparır. Beynəlxalq tərəfdaşlar bu prosesə cəlb edilib, müasir texnologiyalar vasitəsilə ərazilərin təmizlənməsi həyata keçirilir. Ümid edilir ki, yaxın zamanda bu problem həll ediləcək, digər rayon və kəndlərə də vətəndaşlarımızın köçü təmin ediləcək. "Böyük Qayıdış" Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial inkişafına mühüm töhfə verməyə davam edəcək", - deyə politoloq fikrini tamamlayıb.

Onu da qeyd edək ki, ölkəmizdə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət Proqramı" qəbul edilib. Tədbirlər Planına görə, Qarabağa 2022-2025-ci illərdə 10 270 ailə, 2026-cı ildə isə 24 230 ailə köçürüləcək.

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri