Icma.az
close
up
RU
Böyük Qayıdış Azərbaycanın milli kimliyinin yenidən təcəssümüdür EKSPERT ŞƏRH ETDİ

Böyük Qayıdış Azərbaycanın milli kimliyinin yenidən təcəssümüdür EKSPERT ŞƏRH ETDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Böyük Qayıdış prosesi Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu proses yalnız məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri dönməsi ilə məhdudlaşmır. Bu, həm də müharibədən sonra sülh və sabitlik mühitinin qurulması, regionun yenidən sosial-iqtisadi və mədəni cəhətdən canlandırılması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi Azərbaycan dövlətinin siyasi iradəsini, milli həmrəyliyini və strateji planlaşdırma qabiliyyətini açıq şəkildə ortaya qoyur: "Azərbaycan bu prosesi yalnız insani deyil, həm də siyasi məsuliyyət kimi qəbul edir. Böyük Qayıdış vasitəsilə dövlət, işğaldan azad edilmiş ərazilərdə yeni həyatın bünövrəsini qoyur. Bu ərazilərdə müasir infrastruktur layihələri həyata keçirilir, "ağıllı kənd", "ağıllı şəhər" konseptləri tətbiq olunur. Məktəblər, xəstəxanalar, sosial obyektlər, yollar və kommunikasiyalar qurulur. Bütün bu addımlar təkcə qayıdışı təmin etmir, həm də bölgədə dayanıqlı inkişafın əsasını qoyur.

Bununla yanaşı, Böyük Qayıdışın geosiyasi əhəmiyyəti də unudulmamalıdır. Bu proses Azərbaycanın ərazi bütövlüyünü möhkəmləndirməklə yanaşı, regionda yeni güc balansı formalaşdırır. Ermənistanın illərlə apardığı etnik təmizləmə siyasəti nəticəsiz qaldı və Azərbaycan bu qayıdışla həm beynəlxalq hüququn aliliyini bərpa etdi, həm də regionda sülh və əməkdaşlıq üçün real zəmin yaratdı. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, qayıdışla paralel olaraq minalardan təmizləmə və təhlükəsizlik məsələləri də dövlətin prioritetləri sırasındadır. Hər addım diqqətlə planlaşdırılır, çünki məqsəd təkcə əhalini köçürmək deyil, onların təhlükəsiz və layiqli yaşayışını təmin etməkdir. Bu baxımdan Böyük Qayıdış təkcə fiziki bir hərəkət deyil, həm də siyasi, iqtisadi və mədəni bir transformasiyadır.

Sonda qeyd etməliyik ki, Böyük Qayıdışın uğuru həm də xalqın birliyindən, vətəndaşların dövlətə olan etibarından və Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətindən qaynaqlanır. Bu, sadəcə bir proqram deyil – bu, Azərbaycanın tarixi yaddaşının bərpası, milli kimliyinin yenidən təcəssümü və gələcəyə uzanan yoludur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyul 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri