“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
Icma.az bildirir, Azertag portalına istinadən.
Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi təqdim edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və “Böyük Qayıdış” prosesinə həsr olunmuş “Sabaha doğru” sənədli filminin təqdimatı keçirilib.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyindən məlumat verilib.
Filmin premyerasında çıxış edən birliyin sədri Ayaz Mirzəyev bildirib ki, “Şəhərsalma və Arxitektura İli” çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim edilir.
Ekran əsərində sakinlərin təəssüratları ilə bərabər, insan amilini ön plana çəkən müasir memarlıq üslublu yeni yaşayış məntəqələri də yer alıb.
Sənədli filmin çəkilişləri Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
“Sabaha doğru” sənədli filmi “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində istehsal olunub. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Baxış sayı:76
Bu xəbər 30 Sentyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















