Icma.az
close
up
RU
“Böyük Qayıdış”, sadəcə, soydaşlarımızın geri dönməsi deyil, dövlətin hərtərəfli dirçəliş strategiyasıdır RƏY

“Böyük Qayıdış”, sadəcə, soydaşlarımızın geri dönməsi deyil, dövlətin hərtərəfli dirçəliş strategiyasıdır RƏY

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 oktyabr, AZƏRTAC

Cəbrayıl rayonunun Horovlu, Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərində Prezident İlham Əliyevin sakinlərlə görüşü Zəfərdən sonra dövlət siyasətinin mərkəzində dayanan “Böyük Qayıdış” Proqramının növbəti mərhələsi kimi tarixə düşdü. Bu görüşlər, əslində, təkcə bu kəndlərin deyil, bütöv bir dövrün rəmzinə çevrildi. Prezident İlham Əliyevin sözləri ilə desək, “Bu gün Horovlu kəndinin tarixində çox əlamətdar, unudulmaz, tarixi bir gündür. Kəndin sakinləri öz doğma torpağına qayıdırlar”. Bu cümlə, sadəcə, bir təbrik deyil - 30 illik nisgilin sonu, ədalətin bərpası və tarixi Zəfərin sosial reallığa çevrilməsi deməkdir. Cəbrayıl, Füzuli istiqamətindən başlanan Zəfər yürüşü 2020-ci ildə Azərbaycanın hərb meydanında tarix yazdığı an idi, bu gün isə həmin tarixin müasir bərpa səhifələri Horovluda, Məmmədbəylidə, Ağalıda və bütöv Qarabağda yazılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Deputat bildirib ki, Horovlu, Məmmədbəyli, Ağalı “Böyük Qayıdış”ın parlaq modelidir. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, “Böyük Qayıdış”, sadəcə, məcburi köçkünlərin geri dönmələri deyil, dövlətin hərtərəfli dirçəliş strategiyasıdır. 334 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, iş yerləri və müasir infrastruktur - bütün bunlar Horovlunun yeni həyatının təməl daşlarıdır. Əvvəl 1500 nəfər əhalisi olan kəndin artıq 2000-dən çox sakini olacaq. Bu, həm demoqrafik artımın, həm də iqtisadi dinamizmin göstəricisidir. Dövlətimizin başçısının dediyi kimi: “Burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var. Dövlət sizin üçün bütün şəraiti yaradıb”. Horovlu indi təkcə bərpa olunmuş bir yaşayış məntəqəsi deyil, “Böyük Qayıdış” konsepsiyasının “laboratoriyası”dır. Burada sosial rifah, ekoloji dayanıqlılıq, müasir idarəçilik və enerji müstəqilliyi bir model kimi formalaşdırılır. Prezident İlham Əliyevin çıxışında xüsusilə diqqət çəkən məqam ədalətin təntənəsi ideyasıdır. Dövlətimizin başçısı qeyd etdi ki, bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu fikir təkcə siyasi ritorika deyil, Azərbaycan dövlətinin postmüharibə fəlsəfəsinin əsas sütunudur. Çünki bu torpaqlara qayıdış həm torpaq üzərində, həm də yaddaşda qazanılmış Qələbənin davamıdır.

“Horovluda bərpa olunan evlər, salınan yollar, tikilən məktəblər – bütün bunlar ədalətin inşasıdır. Bu, düşmənin viran qoyduğu yurdların dirçəlməsi ilə yanaşı, insan ləyaqətinin bərpasıdır. Prezident İlham Əliyev Horovludan çıxış edərək Cəbrayıl rayonunun iqtisadi inkişaf istiqamətlərini də müəyyənləşdirdi. Onun sözləri ilə desək, “Araz Vadisi sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir, yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaq”. Bu, dövlətin məqsədyönlü siyasətinin nəticəsidir: işğaldan azad edilmiş ərazilər, sadəcə, bərpa edilmir, həm də iqtisadi müstəqilliyin yeni mərkəzlərinə çevrilir. İki Günəş Elektrik Stansiyasının təməli qoyulub, üçüncüsünün tikintisi isə davam edir. Cəbrayıl və Zəngilan rayonlarında ümumilikdə 400 meqavat gücündə enerji istehsalı planlaşdırılır. Bu, bir şəhərin enerji tələbatına bərabərdir və yaşıl enerji zonasının reallığa çevrildiyini göstərir. Azərbaycan burada enerji diplomatiyasının yeni modelini – daxildə yaşıl iqtisadiyyat, xaricdə enerji ixracı kimi strateji konsepsiyanı həyata keçirir”, - deyə S.Möhbalıyev diqqətə çatdırıb.

O əlavə edib ki, dövlətimizin başçısının çıxışında “işsizlik olmamalıdır” tezisi xüsusi önəm daşıyır. Bu, dövlətin sosial siyasətinin mahiyyətini ifadə edir. Hər bir ailəyə on iki sot torpaq sahəsinin ayrılması, kənd təsərrüfatı üçün geniş ərazilərin istifadəyə verilməsi yerli iqtisadiyyatın insan üzərində qurulduğunu göstərir.

Aqroparklar, heyvandarlıq, arıçılıq, üzümçülük, meyvəçilik – bütün bunlar Horovlunun gələcəyini təmin edən davamlı həyat modelidir. Bu, həm də Prezident İlham Əliyevin illər əvvəl dediyi “Azad olunan şəhərlər əvvəlkindən daha gözəl olacaq” vədinin reallaşmasıdır.

Bu gün Horovluda qurulan həyat həmin sözlərin praktik, sosial və mənəvi təsdiqidir. Cəbrayılın azad edilməsinin beşinci ildönümü ərəfəsində reallaşan bu səfər Zəfər tarixinin canlı təcəssümüdür.

“Dövlətimizin başçısının Horovluda, Məmmədbəylidə, Ağalıda səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan Zəfəri ilə başladığı yolu “Böyük Qayıdış”la davam etdirir. Bu yol həm ədalətin bərpası, həm də milli ruhun dirçəldilməsi yoludur.

Horovlu kəndinin bərpası, Cəbrayılın sənaye və enerji mərkəzinə çevrilməsi, yeni həyatın qurulması – bunların hər biri Azərbaycan dövlətinin gücünü, Prezidentin uzaqgörən siyasətini və xalqın iradəsini göstərir. Bu gün Horovluya, Məmmədbəyliyə, Ağalıya qayıdan hər bir insan, sadəcə, öz evinə yox, müstəqil Azərbaycanın Qələbə salnaməsinə dönür”, - deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri