Icma.az
close
up
RU
Böyük Qayıdışa dair I Dövlət Proqramının 2024 cü il üzrə icrasının monitorinqi başa çatıb

Böyük Qayıdışa dair I Dövlət Proqramının 2024 cü il üzrə icrasının monitorinqi başa çatıb

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2024-cü il üzrə monitorinq prosesini yekunlaşdırıb. İİTKM-dən SİA-ya bildirilib ki, dövlət proqramının icrasının monitorinq nəticələri barədə məlumat verən İİTKM-in Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli bildirib ki, tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 2024-cü ilin sonuna 62 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2024-cü il ərzində 1400-dən artıq ailə Laçın, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndləri, Xocalı rayonunun Ballıca kəndinə köçürülüb.

Hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb, 3 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin olunub. Yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilib. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 739 kilometr 110 kilovatlıq, 262 kilometr 330 kilovatlıq uzunluqda elektrik verilişi xətləri çəkilib. 11 ədəd 110 kilovatlıq, 1 ədəd 330 kilovatlıq yarımstansiya tikilib.

İİTKM-in sektor müdiri əlavə edib ki, geri qayıdan əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı ümumilikdə 6-ya (Laçın, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Xankəndi şəhəri olmaqla) çatdırılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və “Azərpoçt” tərəfindən quraşdırılmış POS-terminalların sayı 904 ədəd (Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Kəlbəcər rayonları və Xankəndi şəhəri üzrə) təşkil edib. Bununla yanaşı, əhalinin dayanıqlı məskunlaşması və məşğulluğunun təmin edilməsi üzrə tədbirlər həyata keçirilib, ümumilikdə 40 minə yaxın insanın işğaldan azad edilmiş ərazilərdə yaşayışı və fəaliyyəti təmin edilib.

Elşən Yusifli bildirib ki, dövlət proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 400-dən artıq müəssisənin fəaliyyəti təmin edilib. Ağdam Sənaye Parkındakı müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.

Yaşayış məntəqələrində mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası istiqamətində ötən il VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi və Vaqif Poeziya Günləri keçirilib. Prezident İlham Əliyevin iştirakı ilə Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı olub. "Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi"nin inşası başa çatdırılaraq, Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılış mərasimi baş tutub.

Dövlət Proqramının hesabat dövrü üzrə monitorinqi Azərbaycan Prezidentinin 2021-ci il 6 mart tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” tələblərinə uyğun olaraq, icraçı orqanlar (qurumlar) ilə yaxından müzakirələr aparılmaqla elektron portal vasitəsilə (https://boyukqayidish.gov.az) şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsipləri əsasında həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri