Icma.az
close
up
RU
Böyük Qayıdışa dair I Dövlət Proqramının 2025 ci ilin birinci yarımili üzrə monitorinqi başa çatıb

Böyük Qayıdışa dair I Dövlət Proqramının 2025 ci ilin birinci yarımili üzrə monitorinqi başa çatıb

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2025-ci ilin birinci yarımili üzrə monitorinq prosesini yekunlaşdırıb. SİA xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən müasir infrastrukturun qurulması və yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir.

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov bildirib ki, Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 2025-ci ilin birinci yarımilində 30 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Qeyd olunan dövrdə 1 200-dən artıq ailənin Cəbrayıl, Şuşa və Xocalı şəhərlərinə, Laçın rayonunun Bəylik, Xocalı rayonunun Ballıca, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Ağdərə rayonunun Həsənriz və Suqovuşan kəndlərinə köçürülməsi təmin olunub.

İİTKM-in şöbə müdiri əlavə edib ki, qeyd olunan dövrdə nəqliyyat infrastrukturu üzrə işlər proqrama uyğun davam etdirilib. 10 may tarixində dövlət başçısının iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub. Vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək kompleksin rahat və səmərəli sərnişindaşınma üçün şərait yaradacağı və regionun dayanıqlı inkişafına töhfə verəcəyi qeyd edilib. Həmçinin, Əhmədbəyli-Füzuli-Şuşa yolu və Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolu üzrə işlər yekunlaşıb, Prezident İlham Əliyevin iştirakı ilə hər iki yolun açılışı həyata keçirilib.

Bununla yanaşı, cari dövr ərzində mədəni irs obyektlərinin inşası istiqamətində mühüm layihələrdən hesab olunan Ağdam Muğam Mərkəzinin tikinti işləri başa çatdırılıb və mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Orxan Sadıqov əlavə edib ki, ərazilərdə enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi istiqamətində mayın 27-də Laçın rayonunda “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyalarının açılışı baş tutub. Ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin inşası yekunlaşıb və açılışı həyata keçirilib.

Əlavə olaraq, Dövlət Proqramının icrası çərçivəsində nəqliyyat infrastrukturunun qurulması istiqamətində 2025-ci il 28 may tarixində Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanının azad edilmiş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanı olduğu bildirilib. Habelə, hava limanının regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi və bölgənin turizm potensialının inkişafı üzrə geniş imkanlar yaradacağı qeyd olunub.

Hesabat dövrü ərzində, eyni zamanda, “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.

Dövlət Proqramı üzrə ərazilərin su təchizatı magistral sisteminin qurulması istiqamətində 19 iyun tarixində Zabuxçay su anbarı istifadəyə verilib. Su anbarının istifadəyə verilməsi ilə Zəngilan və Qubadlı rayonları üzrə 12 min hektardan çox əkin sahəsinin suvarma suyu ilə təmin ediləcəyi vurğulanıb.

Cari dövr ərzində yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması istiqamətində azad edilmiş ərazilərdə 8 ümumi təhsil müəssisəsinin və 8 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti təmin edilib.

Dövlət Proqramının icrasıyla əlaqədar azad edilmiş ərazilərdə tibbi xidmətlərin yüksək səviyyədə təşkili, əlçatan və keyfiyyətli səhiyyə infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilib, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub.

Orxan Sadıqov əlavə edib ki, yaşayış məntəqələrində mədəniyyət tədbirlərinin keçirilməsi və mədəni irs obyektlərinin bərpası istiqamətində Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı keçirilib, Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışı olub, Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı baş tutub.

Qeyd edək ki, Dövlət Proqramının hesabat dövrü üzrə monitorinqi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” tələblərinə uyğun olaraq, icraçı orqanlar (qurumlar) ilə yaxından müzakirələr aparılmaqla elektron portal vasitəsilə (https://boyukqayidish.gov.az) şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsipləri əsasında həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see272

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see182

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see161

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see154

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see150

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see142

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri