Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Böyük Qayıdışa qardaşlıq töhfəsi

Böyük Qayıdışa qardaşlıq töhfəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xankəndi tikiş fabriki qarşısına böyük hədəflər qoyub

Xankəndidə fəaliyyət göstərən “BUSINESS TEX JV” şirkətinin tikiş fabrikindən reportaj hazırlamaq üçün müraciətimizə müəssisənin icraçı direktoru Günel Əlizadə “xoş gəlirsiniz”, – deyə cavab verdi. Elə biz də azad Qarabağımızın yenidən dirçəlməsinə, sürətli inkişafına şahidlik etməyin, əsl sahiblərinin doğma yurdlarına Böyük Qayıdışının iştirakçısı olmağın bəxş etdiyi xoş əhval-ruhiyyə ilə yollandıq Xankəndi şəhərinə.

Yaraşıqlı binası göz oxşayan fabrikə daxil olar-olmaz şən, səmimi kollektivin qaynar iş prosesinin müşahidəçisinə çevrildik. Ən müasir avadanlıqların arxasında əyləşib tikiş tikənlərin, hazır məhsulları ütüləyənlərin, qablaşdıranların, inzibati və texniki işçilərin hamısı işlərindən də, həyatlarından da razı görünürdülər. Hamının üzündən Qarabağa qayıdışın sevinci, fərəhi yağırdı...

Qeyd edək ki, yüksək keyfiyyətli trikotaj məhsullar istehsal edən tikiş fabriki qardaş ölkə Özbəkistanla iqtisadi və investisiya əməkdaşlığının nəticəsi olaraq fəaliyyətə başlayıb. Azərbaycan və Özbəkistan prezidentləri 2024-cü il noyabrın 13-də videobağlantı vasitəsilə fabrikin açılış mərasimində iştirak ediblər. Ərazisi 1,2 hektar olan müəssisənin ümumi investisiya dəyəri 11 milyon manatdır.

Hədəf böyükdür – Qarabağdan dünyaya!

Bizi qonaqpərvərliklə qarşılayan Günel xanım məlumat verdi ki, ilkin mərhələdə 250 işçınin çalışdığı müəssisədə üç rəngdə qısaqol köynəklər tikilir. Gündəlik istehsal gücü hələlik 1700-1800 ədəd təşkil edir. Növbəti mərhələlərdə işçi sayının 400-ə, daha sonra 800-ə, fabrik tam gücü ilə fəaliyyət göstərməyə başlayanda isə 1200-ə çatdırılması nəzərdə tutulub. Bu proses birinci və üçüncü mərtəbələrdə təmir işləri yekunlaşdıqdan və yeni avadanlıqlar gətirilib quraşdırıldıqdan sonra davam etdiriləcək. İşçilərin əksəriyyəti Xankəndi, Xocalı, Şuşa, Ağdam və sair işğaldan azad edilmiş şəhər və rayonlarımızın sakinləridir. Onlar müsabiqələr vasitəsilə seçilərək iki ay təlimlərə cəlb olunublar, daha sonra işə qəbul ediliblər. İşçilərin xeyli hissəsi müəssisə tərəfindən Xankəndində yaşayış yeri ilə təmin edilib, digər əməkdaşların yaxın rayonlara gediş-gəlişləri üçün isə 4 ədəd avtobus ayrılıb. Fabrikdə təmiz, səliqəli mətbəx və yeməkxana da fəaliyyət göstərir, işçilər burada pulsuz yeməklə təmin edilirlər.

İcraçı direktor onu da bildirdi ki, istehsal üçün həm yerli, həm də Özbəkistandan gətirilən xammaldan istifadə edilir. Artıq ölkə daxilində məhsul satışına başlanılıb. “Made in Azerbaijan” brendi ilə istehsal olunan qısaqol köynəklər 100 faiz pambıqdan hazırlandığı üçün yüksək keyfiyyətlidir. Odur ki, həmin məhsullara tələb kifayət qədərdir. Hazırda satışla bağlı sifarişlər qəbul olunur, müqavilələr bağlanır. Əsas hədəf isə xarici bazara çıxmaq, ixracyönümlü məhsul istehsal etməkdir. Bu istiqamətdə də danışıqlar davam edir. Gələcəkdə fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal olunacaq, məhsulların 80 faizi ixrac ediləcək. Bir sözlə, hədəf “Made in Azerbaijan” brendini dünyada tanıtmaqdır.

“Burada xəstələnmirəm...”

Müəssisədə işləyənlər arasında Özbəkistan vətəndaşları da var. Dilfuzə İbrahimova Qarabağa Daşkənd şəhərindən gəlib və fabrik işə başlayan gündən burada texnoloq kimi çalışır. Bizimlə söhbətində bildirdi ki, daha əvvəl Azərbaycanda olmayıb, ölkəmiz haqda məlumatı da çox geniş deyilmiş:

– Sadəcə bilirdim ki, Azərbaycan qardaş ölkədir, eyni millətik. Bu qədər. Ancaq Azərbaycana, Xankəndiyə gəldikdən sonra özümü burada qərib, yad hiss etmədim. Çünki insanlarımız da, adət-ənənələrimiz də, yeməklərimiz də, demək olar, eynidir. Dilimiz də bənzəyir, oxşardır. İş yoldaşlarımla tərçüməçisiz bir-birimizi başa düşürük. Xankəndini, Şuşanı gəzmək imkanım olub. Şuşa yaddaşımda gözəl, tarixi şəhər kimi iz buraxdı. Azərbaycanda ən çox sevdiyim isə bu ölkənin insanları və Qarabağın saf havasıdır. Sizə bir etiraf edim: Mən Daşkənddə olanda qışda tez-tez xəstələnirdim, qrip olurdum. Burada isə nəinki xəstələnmirəm, əksinə, özümü çox gümrah hiss edirəm.

D.İbrahimova texnoloq kimi öz təcrübələrini azərbaycanlı həmkarlarına öyrədir, tikiş, ütü, qablaşdırma da daxil bütün iş prosesinə nəzarət edir. Bəs görəsən, Dilfuzə xanım Özbəkistan üçün, oradakı ailəsi üçün darıxırmı? Sualımıza səmimi cavab verməsini xahiş etdik. Bildirdi ki, işinə olan sevgisi və bir də qardaş ölkədə olması onu darıxmağa qoymur:

– Mən 20 yaşımdan 14 ildir tekstil sənayesində çalışıram. Necə deyərlər, bu işə illərimi vermişəm. Ona görə də Daşkənddəki iş yerimdən Qarabağda işləmək təklifi gələndə tərəddüd etmədən razılaşdım. Yaxşı da ki, razılaşmışam. Çünki dostların əhatəsində sevdiyim işlə məşğulam. Ailəmdən ötrü darıxmağıma gəlincə, məni Xankəndidə yaşayış yeri ilə təmin ediblər. İnşallah, havalar isinən kimi anamı və övladımı da yanıma gətirəcəyəm.

Xankəndidə işləmək xoşbəxtliyini yaşayanlar...

Fabrikin iş prosesi ilə tanışlıq zamanı həvəslə işləyən işçilərdən bir neçəsinin təəssüratlarını da öyrəndik.

Nübar Əliyeva:

– Bir ağdamlı kimi, azad Qarabağda işlədiyim üçün özümü son dərəcədə xoşbəxt hiss edirəm. Düzü, bir vaxtlar heç ağlıma da gəlməzdi ki, hər səhər Ağdamdan Xankəndiyə işə gələrəm. Tanrıya şükürlər olsun! Çox qürurluyam. Burada bizim üçün hər cür şərait yaradılıb. Pulsuz nəqliyyat və yeməklə təmin olunmuşuq. Bizim də borcumuzdur ki, yaxşı işləyək, fabrikimiz bütün dünyada tanınsın.

Güldanə Quliyeva:

–1992-ci ildə Xocalı faciəsi baş verən zaman erməni cəlladlarının qanlı qırğınlarından xilas olmağı bacaran xocalılılardan biri kimi bu gün yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Əhd eləmişdim ki, nə vaxtsa “Qarabağ azad edilib, ora gedirsən” deyən olsa, evimi-eşiyimi qoyub birnəfəsə gedəcəm. Elə də etdim. Xankəndidə işləmək imkanı yarananda sevincimdən Goranboyda keçmiş məcburi köçkün kimi məskunlaşdığım evi qoyub bura gəldim. İndi azad yurdumda yaşadıqca elə bilirəm 33 il əvvələ qayıtmışam. Sanki aradakı zaman kəsiyi yoxa çıxıb, yaşadığımız ağrı-acılar bitib. İşğal dövründə qardaşımın qəbri Xocalıda qalmışdı, ziyarət edə bilmirdik. Ona görə Qarabağımız azad ediləndə anama gözaydınlığı verdim ki, şükür, daha oğlunun məzarını ziyarət edə biləcəksən. Gəlib gördük erməni vandalları qəbri dağıdıb, başdaşını sındırıblar. Allah ordumuzu hər zaman müzəffər etsin, qəhrəman oğullarımızın sayəsində qisasımız alındı, şəhidlərimizin ruhları dinclik tapdı. Allah əziz Prezidentimizi qorusun! Onun sayəsində bu xoşbəxt günləri yaşayırıq!

Lalə Qarayeva:

– Mən hələ sovet vaxtı Xankəndidə çox olmuşdum. Düzü, nə vaxtsa yenidən bura qayıdacağım ağlıma da gəlməzdi. Təkcə mən yox, bütün kollektivimiz çox şükür edirik ki, bu gün azad Qarabağımızda – Xankəndimizdəyik, bütün işğaldan azad edilmiş torpaqlarımıza qayıtmışıq. Buna görə hamımız sevinirik, qürur duyuruq. Allah şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə, əzizlərinə səbir versin! Allah başda müzəffər Ali Baş Komandanımız olmaqla bütün ordumuzu qorusun!

Hüseyn Hüseynov:

– Əslən Xocalı rayonunun Kosalar kəndindənəm, Ağdamda doğulmuşam. Torpaqlarımız işğal olunanda yaşım çox deyildi. Uşaq kimi tərk etdiyim doğma Qarabağa valideyn, ailə başçısı kimi qayıtmışam. Özü də ailəlikcə bu fabrikdə işləyirik – özüm, həyat yoldaşım Aynurə və qızım Vüsalə. Bircə oğlum gəlməyib. O da hərbi xidmətdədir, Vətənə borcunu ödəyir. İnşallah, xidmətini bitirən kimi, oğlum da Xankəndiyə qayıdacaq. İndi təsəvvür edin ki, biz nə qədər xoşbəxtik! Bundan böyük səadət ola bilərmi?

Doğrudan da, Vətənini, torpağını, millətini sevən hər bir azərbaycanlı üçün azad Qarabağda, doğma Xankəndidə yaşamaqdan, işləməkdən böyük xoşbəxtlik ola bilər? Biz də fabrikin mehriban kollektivi ilə onların xoş təəssüratlarına, arzularına şərik olaraq sağollaşdıq. İşiniz avand olsun, məhsullarınızın sorağı dünyanın dörd bir yanından gəlsin, dostlar!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:363
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri