Icma.az
close
up
RU
“Böyük Qayıdış”ın sosial psixoloji aspektləri Türkiyə mediasında FOTOLAR

“Böyük Qayıdış”ın sosial psixoloji aspektləri Türkiyə mediasında FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, geri dönən əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün ardıcıl reinteqrasiya, psixo-sosial reabilitasiya tədbirləri həyata keçirilir. 

"Unikal" xəbər verir ki, bu fikri sosial elmlər üzrə təhsil almış azərbaycanlı uzman klinik-psixoloq Fəxriyyə Nəsirzadə Türkiyə Cümhuriyyətinin “LiderHaber” televiziya kanalında canlı yayınlanan “Səbəb? Sonuc?” verilişində müstəqil ekspert qismində qonaq olarkən səsləndirib. O, uzun illər ərzində psixoloji sarsıntılara məruz qalan keçmiş məcburi köçkünlərin, xüsusilə də qadın və uşaqların reabilitasiyasına Azərbaycan dövlətinin dəstək göstərdiyini qeyd edib, özünün də bu istiqamətdə həyata keçirilən layihələrdəki moderatorluq fəaliyyəti barədə danışıb.

Fəxriyyə xanım müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı ilə iki saat davam edən verilişdə, həmçinin, artıq keçmişdə qalan Azərbaycan-Ermənistan münaqişəsinin soydaşlarımıza göstərdiyi ağır mənəvi-psixoloji təsirlərdən, stress, depressiya, travmasonrası stress pozğunluğundan, eləcə də dünyada davam etməkdə olan münaqişələrin insanların həyatında buraxdığı izlərdən söhbət açıb. 

Cəmiyyətimizin aparıcı qüvvəsi hesab olunan belə intellektual, savadlı gənclərin geniş auditoriya qarşısında elmi-nəzəri və praktiki cəhətdən əsaslandırılmış çıxışları uzun illər müharibədən əziyyət çəkmiş keçmiş məcburi köçkünlərin üzləşdikləri maddi, mənəvi və psixoloji problemlər, həmçinin hazırda onların öz doğma yurdlarına geri qayıdışı istiqamətində ölkəmizdə həyata keçirilən kompleks tədbirlər barədə dəqiq məlumatların dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.

Qeyd edək ki, Fəxriyyə Vüqar qızı Nəsirzadə klinik psixoloq, təlimçi və psixoloji məsləhətçi kimi fərqli sahələrdə geniş təcrübəyə malikdir. Hal-hazırda “Avita” şirkətində klinik psixoloq və təlimçi kimi fəaliyyət göstərir. Peşəkar fəaliyyəti boyunca klinik psixologiya, idman psixologiyası, təhsil psixologiyası və insan resursları sahələrində çalışaraq fərqli yaş qrupları və təşkilatlarla uğurlu iş aparıb. Bilişsel Davranışçı Terapiya (BDT), Psixodinamik Terapiya, Şema Terapiya, Mindfulness əsaslı yanaşmalar və Yas və Kriz Terapiyası sahələrində ixtisaslaşıb. 

Xəzər Universitetində bakalavr, Beykent Universitetində (Türkiyə) magistratura təhsilini fərqlənmə diplomu ilə tamamlayıb. Hazırda Aydın Universitetində (Türkiyə) klinik psixologiya üzrə doktorantura təhsilini davam etdirir, Türk, ingilis və rus dillərində sərbəst ünsiyyət qurma bacarığına malikdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Avqust 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see296

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see196

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see177

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see173

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see173

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see167

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see167

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see154

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see142

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see137

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see136

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see131

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see125

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri