Icma.az
close
up
RU
“OBA” marketlər şəbəkəsindən “Həmrəy olaq” xeyriyyə layihəsi FOTO VİDEO

“OBA” marketlər şəbəkəsindən “Həmrəy olaq” xeyriyyə layihəsi FOTO VİDEO

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

“OBA” marketlər şəbəkəsinin təşkilatçılığı ilə 31 dekabr – Yeni il və Dünya azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Həmrəy olaq” adlı genişmiqyaslı xeyriyyə və korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bir neçə günü əhatə edən layihənin əsas məqsədi sosial həssas qruplara dəstək olmaq, uşaqların bayram sevincinə töhfə vermək, eyni zamanda həmrəylik və paylaşma dəyərlərini təşviq etmək olub.

Layihə çərçivəsində “OBA” marketlər şəbəkəsinin baş ofisində xeyriyyə-satış yarmarkası təşkil edilib.

Yarmarkada “Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında yaşayan azyaşlıların öz əlləri ilə hazırladıqları əl işləri, eləcə də OBA-nın müxtəlif struktur əməkdaşlarının bişirdiyi təamlar və əl işləri satışa çıxarılıb.

Layihəyə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti və Şirkətlər Qrupuna daxil olan biznes strukturları da aktiv şəkildə qoşulub. Tədbirdə iştirak edən qonaqlar və əməkdaşlar körpə fidanların sevincinə şərik olaraq həmrəyliyin real nümunəsini nümayiş etdiriblər.
Xeyriyyə-satış yarmarkası çərçivəsində “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə arasında görüş keçirilib. Görüş zamanı uşaqların sosial rifahının gücləndirilməsi istiqamətində gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinə “OBA” marketlər şəbəkəsi adından çoxsaylı məişət məhsulları, eləcə də ərzaq yardımı təqdim olunub. Bu dəstək uşaqların gündəlik yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Tədbirin ən yaddaqalan məqamlarından biri uşaqlar və OBA əməkdaşlarının eyni süfrə ətrafında bir araya gələrək bayram sevincini paylaşmaları olub. “Azərbaycan Uşaqları” İctimai Birliyinin binasında baş tutan növbəti tədbirdə sığınacağın uşaqlarının ifasında xüsusi proqram təqdim olunub. Proqramın sonunda xeyriyyə-satış yarmarkasından əldə olunan vəsait “OBA” tərəfindən İB-nin sədri Kəmalə Ağazadəyə təqdim olunub. Bayram proqramı çərçivəsində uşaqlar üçün əyləncə də təşkil edilib, Şaxta baba tərəfindən hədiyyələr təqdim olunub və onların üzündə unudulmaz təbəssüm yaradılıb.

“Həmrəy olaq” layihəsi “OBA” marketlər şəbəkəsinin korporativ sosial məsuliyyət strategiyasının mühüm tərkib hissəsi olaraq, şirkətin cəmiyyətə, xüsusilə də uşaqlara olan diqqət və qayğısını bir daha nümayiş etdirib. OBA marketlər şəbəkəsi bundan sonra da sosial dəyər yaradan, insanlara və cəmiyyətə töhfə verən təşəbbüsləri davam etdirməyi qarşısına məqsəd qoyur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see197

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri