ATF Konstitusiya və Suverenlik İli nə həsr olunan dəyirmi masa keçirib
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən "Konstitusiya və Suverenlik İli"nə həsr olunan dəyirmi masa keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev, baş katibi Aygül Abdullayeva, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin mütəxəssisi Fariz Hümbətli, eləcə də federasiyanın İdarə Heyətinin üzvləri və nümayəndələri iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin dövlətçilik və idman siyasətinin əhəmiyyəti, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə idmanın inkişafı və gənclərin milli ruhda tərbiyəsi xüsusi vurğulanıb.
Tədbir "Konstitusiya və Suverenlik İli" çərçivəsində federasiyanın üzərinə düşən məsuliyyətlərin önə çəkilməsi ilə yadda qalıb.
Qeyd olunub ki, taekvondo dövlətçilik prinsiplərinə uyğun olaraq gənclərin milli ruhda tərbiyəsində mühüm rol oynayır və idmançılarımız beynəlxalq arenada Azərbaycanın suverenliyini layiqincə təmsil edirlər.
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək Azərbaycan taekvondoçuları Avropa birinciliyinin qalibi olub - FOTO Taekvondoçumuz Avropa çempionu olub - FOTO Taekvondo millimiz İslam Oyunlarından vətənə dönüb Taekvondoçularımız Avropa birinciliyi üçün İsveçrəyə yola düşüb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Dekabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















