Icma.az
close
up
RU
Böyük razılıq: ABŞ İranı bombalamaqdan niyə çəkinir?

Böyük razılıq: ABŞ İranı bombalamaqdan niyə çəkinir?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında verdiyi bəyanat maraqla qarşılanıb. Belə ki, o, ABŞ və İran arasında danışıqlar getdiyini açıqlayıb.

“İranla birbaşa danışıqlar aparırıq. Başlayıb. Şənbə günü davam edəcək. Çox vacib görüşümüz olacaq. Baxaq görək, nə alınacaq” – Tramp bildirib.

ABŞ-la İran arasında baş verən bu yumşalma yalnız iki ölkə üçün deyil, eyni zamanda Cənubi Qafqaz regionu üçün də ciddi nəticələr doğura biləcəyi proqnozlaşdırılır. Azərbaycanın da daxil olduğu bu həssas coğrafiyada Tehranla Vaşinqtonun savaşması da, anlaşması da müxtəlif durumlar yarada bilər.

İranı bombardman edəcəyi ilə hədələyən Tramp molla rejimindən nə qopardı ki, belə pozitiv mesajlar verib?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Ukrayna-Rusiya cəbhəsində hələ də istədiyinə nail ola bilməyən, Qəzzada müharibəni dayandıra bilməyən, Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaşayan və demək olar ki, bütün dünyada ticarət müharibəsi aparan ABŞ üçün, ən azı İranla bağlı siyasətdə nəyəsə nail olmaq, öz imici baxımından mühüm əhəmiyyət kəsb edir:

“Odur ki, bir müddətdir İrana hücum edəcəyi ilə hədələyən Tramp indi faktiki olaraq İranın şərtləri çərçivəsində danışıqlara razılıq verib. Niyə “İranın şərtləri çərçivəsində”? Çünki İran ilk gündən ABŞ-la hər hansı vasitəçi olmadan, birbaşa danışıqların mümkün olduğunu bəyan edirdi. İkincisi isə yalnız nüvə anlaşmasının danışıqlar predmeti ola biləcəyini qeyd edirdi. Yəni ABŞ-ın əvvəlcə tələb etdiyi ballistik raket istehsalının dayandırılması və proksi qüvvələrə dəstəyin kəsilməsi kimi məsələlərin müzakirəsini mümkünsüz hesab edirdi.

Düzdür, İran ABŞ-ın tələbinə uyğun olaraq, toqquşmalardan qaçmaq üçün hərbi qüvvələrini Yəməndən çıxarmaq və husilərə əməliyyat dəstəyini faktiki olaraq dayandırmaq istiqamətində addımlar atdı. Amma bu, HƏMAS, “Hizbullah” və digər dəstək verdiyi qüvvələrə yardımı tamamilə dayandırması demək deyil.

Rəşad Bayramov

Buna baxmayaraq, İranla nüvə anlaşması ilə bağlı danışıqlara başlamaq, ABŞ-ın da müharibə istəmədiyini göstərir. Proseslərə biznes maraqları prizmasından baxan Tramp yaxşı anlayır ki, müharibə yeni xərclər deməkdir. Hakimiyyətə gəldiyi gündən etibarən əksər sahələrdə əlavə xərcləri minimuma endirən və hətta hərbi xərclərin 10 faiz azaldılması yollarını axtaran Tramp üçün yeni müharibə və əlavə hərbi xərclər arzuolunan deyil”.

Politoloqun sözlərinə görə, İranın bombalanması Fars körfəzi və Hürmüz boğazı istiqamətində problemlərə, nəticədə isə dünya bazarında neft qiymətlərinin artmasına səbəb ola bilər ki, bu da hazırkı mərhələdə ABŞ-ın maraqlarına uyğun deyil:

“Tramp, ən azından İranın nüvə anlaşmasına qayıtmasını təmin etməklə, bir tərəfdən öz imicini möhkəmləndirmək, digər tərəfdən isə İranı proksi qüvvələrə dəstəkdən uzaq tutmaqla HƏMAS, “Hizbullah” və husilər kimi qüvvələrlə Tehran arasında məsafə yaratmağa çalışır.

Düşünürəm ki, danışıqlar prosesində ABŞ mümkün qədər digər məsələlərlə bağlı da İrana təzyiq göstərəcək. Danışıqların ayın 12-də keçirilməsi planlaşdırılır və gərgin, ehtimal ki, bir neçə mərhələdən ibarət olacaq. Amma danışıqların nə ilə nəticələnəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil. Çünki söhbət hər zaman daha çox tələb edən Trampdan gedir.

Əgər İran əmin olsa ki, nüvə sazişinin imzalanması ilə təhdidlər aradan qalxacaq, o zaman bu sazişi imzalayacaq. ABŞ daha çox şey tələb etsə, bu halda nəticə əldə etmək olduqca çətin olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri