Icma.az
close
up
RU
RAMİZ MEHDİYEVƏ NƏLƏR QADAĞANDIR? Və ya evdə necə dustaqlıq yaşayacaq?

RAMİZ MEHDİYEVƏ NƏLƏR QADAĞANDIR? Və ya evdə necə dustaqlıq yaşayacaq?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsinin 14 oktyabr tarixli qərarına əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Turkustan.az xəbər verir ki, buna baxmayaraq Ramiz Mehdiyev bu gün telefona cavab verib. Düzdür, danışmayıb. Jurnalistin dövlətə xəyanətdə ittiham edilməsi haqda sualını eşidən kimi dəstəyi asıb.

Ancaq Mehdiyevin ev həbsinə məhkum edildiyi günün səhəri telefona cavab verməsi ona hansı məhdudiyyətlərin tətbiq edilməsi məsələsini aktuallaşdırıb.

Qanunvericiliyə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər ev şəraitində yaşasa da, onlara müəyyən edilmiş vaxtlardan kənar kiminləsə səsli və ya görüntülü danışmaq, poçt yollamaq, kütləvi informasiya vasitələrində çıxış etmək kimi müəyyən qadağalar qoyulur.

Cinayət Prosessual Məcəllənin 163-cü bəndində ev dustaqlığı barədə bildirilib ki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Əgər ev dustağı üzərinə qoyulmuş vəzifələri pozarsa, onun barəsində həbs qətimkan tədbiri seçilir.

Məcəllədə göstərilir:

163.3. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:

163.3.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

163.3.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

163.3.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

163.3.4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.

163.3-1. Məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs üçün aşağıdakı əlavə vəzifələr müəyyən edilə bilər:

163.3-1.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

163.3-1.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

163.3-1.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

163.3-1.4. müəyyən şəxslərlə ünsiyyətdə olmamaq;

163.3-1.5. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr.

163.3-2. Ev dustaqlığı qətimkan tədbiri Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə tətbiq edilmir.

163.3-3. Tibbi göstəricilərə görə təqsirləndirilən şəxs tibb müəssisəsinə stasionar müalicəyə yerləşdirildikdə ev dustaqlığı qətimkan tədbiri məhkəmə tərəfindən ləğv edilənə və ya dəyişdirilənədək bu qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələr qüvvəsində qalır. Bu halda ev dustaqlığı qətimkan tədbirinin icrası yeri müvafiq tibb müəssisəsi hesab edilir.

163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.

163.7. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs və onun yaşayış yeri müşahidə altına alınır, onun ev dustaqlığı qətimkan tədbirinin şərtlərinə riayət etməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir. Barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxsin müəyyən edilmiş vəzifələrə riayət etməməsinə dair əsaslı şübhələr olduqda müvafiq icra hakimiyyəti orqanının əməkdaşı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə təqsirləndirilən şəxsin yaşayış yerinə daxil olmaq və müəyyən edilmiş vəzifələrə əməl edilməsini yerində yoxlamaq hüququna malikdir.

163.8. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi, o cümlədən əlavə vəzifələrin müəyyən edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı və ya müdafiə tərəfinin vəsatəti əsasında, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və ya tərəflərin vəsatəti əsasında yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.

163.9. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir.

Qeyd edək ki, ev dustağının ünsiyyətdə ola biləcəyi şəxslərin kimliyi, yaşayış yerini nə vaxt və hansı tələblər altında tərk edə biləcəyi və sair xüsusatlar məhkəmə tərəfindən verilən qərarda göstərilir. Ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə günə-gün hesablanır. /azpolitika.info/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see320

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see228

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see208

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see200

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see193

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see165

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see154

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see134

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see134

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see133

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see132

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see129

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see126

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see125

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see125

Ukraynada dronlara qarşı müdafiə üçün helikopter qrupları yaradılacaq

14 Oktyabr 2025 03:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri