Bundesliqa klubları Türkiyə Futbol Federasiyasından niyə narazıdı?
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bundesliqadan Türkiyə yığmasına gələn futbolçuların oynamaq şansı qazanmaması və ya az oynaması onların klublarında narazılıq yaratmaqda davam edir. İndi də Atakan Karazora görə ''Ştutqart'' ilə Türkiyə Futbol Federasiyasının münasibətləri pozulub. 29 yaşlı Karazor Türkiyənin həm Bolqarıstana, həm də Gürcüstana qarşı keçirdiyi son iki matçda meydana çıxmadı. O, hər iki oyunu əvvəldən sona qədər ehtiyat skamyada keçirməli oldu. ''Ştutqart'' rəhbərliyi bu durumdan kəskin narazıdı. Almaniya mətbuatının yazdığına inansaq, bundesliqa klubunun rəsmiləri ''Atakan oynamayacaqsa, nə üçün yığmaya çağırılır'' sualına cavab axtarır. Düzdü, rəsmi formada hələ ki, federasiyaya heç bir etiraz bildirilməyib. ''Bild''in paylaşdığı xəbərə görə ''Ştutqart'' TFF-yə müraciət etməyin yollarını götür-qoy edir. Eyni problem bir müddət öncə Can Uzunda da yaşanmışdı. Çempionlar Liqasında hətta ''Qalatasaray''a da qol vuran bu istedadlı futbolçu ''Ayntraxt''ın heyətində çox baxımlı futbol sərgiləyərək mövsümə inamlı start verib. Amma Türkiyə yığmasında demək olar, oynamır. Sentyabrda o iki matçın heç birində oynamamışdı. ''Ayntraxt'' rəhbərliyi bu durumdan narazılıq etmişdi. Bu ay isə Can yalnız Bolqarıstanla səfər matçının son 20 dəqiqəsində meydana çıxdı. Gürcüstana qarşı son oyunu o yenə əvvəldən sona qədər ehtiyatda keçirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 15 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















