Icma.az
close
up
RU
Böyük satira ustası...

Böyük satira ustası...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Mirzə Ələkbər Sabirin doğum günüdür

“Hophopnamə”nin döymədiyi qapı, girmədiyi ev qalmadı, onu oxuyanlar da sevdi, oxudanlar da...  Zəngin yaradıcılıq ənənələri və böyük tarixi olan Azərbaycan poeziyası əsrlərin qoynunda bir dağ silsiləsi kimi yüksəlirsə, M.Ə.Sabir onun ən uca, ən işıqlı və əzəmətli zirvələrindən biridir. O, XX əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında öz dəsti-xətti ilə fərqlənən satirik şair, görkəmli sənətkar idi. Bu gün böyük satira ustasının dünyaya gəlməsindən 163 il ötür.

Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlayıb. İlk şeirlərini də böyük klassiklərin təsiri ilə yazıb. Onu yeni Azərbaycan şeirinin yaradıcısı olaraq da qiymətləndirirlər.

Sonralar o, şeir yazmağa ara verdi - amma zaman gəldi və “Molla Nəsrəddin” jurnalını əlinə alan kimi nə yazmaq istədiyini başa düşdü. Cəmi altı ilə Azərbaycan ədəbiyyatının klassiki səviyyəsinə yüksəldi.

Onun adı Nizami, Xaqani, Füzuli, Vaqif, M.F.Axundov, C.Məmmədquluzadə kimi dahi söz ustaları ilə bir sırada çəkilir. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixilogizmi, Nizami epizmi - bunların hamısı M.Ə.Sabirdə üzvi vəhdət təşkil edirdi. O, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə arasında qırılmaz dostluq münasibətləri yarandı. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən cahil “din xadimləri” Sabirin ölümünə fətva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

Sabirin yaradıcılığında məktəbə, maarifçi ziyalıya, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tuturdu. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, “Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəb və təhsil düşmənlərinin ifşası, yalnız elm öyrənməklə özünüdərkin isbatı kimi öz dövrü üçün aktual olan məsələlərdən söz açılmışdı. Sabirin həmin maarifçilik fəaliyyəti bu gün də aktualdır.

Şairin yaradıcılığına boylananda onun uşaqlar üçün yazdığı çox gözəl şeirlərinə də rast gəlirik. “Uşaq və buz”, “Yaz günləri”, “Məktəb sərgisi”, “Ağacların bəhsi”, “Cütcü”, “Qarğa və tülkü”, “Uşaq və pul”, “Qarınca”, “Yalançı çoban”, “Uşaqlara” və s. qeyd edə bilərik.

Cəmi əlli il ömür sürən dahi şair bu qısa müddət ərzində elə böyük ədəbi irs qoyub ki, bu irs təkcə ədəbiyyatımız üçün deyil, bütün Şərq poeziyası üçün əvəzsiz bədii xəzinə sayılır. Böyük şair 1911-ci il iyulun 12-də vəfat edib. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri