Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ölməz gülüş ustası Onun ən böyük arzusu nə idi?

Ölməz gülüş ustası Onun ən böyük arzusu nə idi?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Xalq artisti Əliağa Ağayevin doğum günüdür.

Kulis.az Xatirə Qədirovanın "Ölməz gülüş ustası və ya aktyorun ən böyük arzusu" yazısını təqdim edir.

Azərbaycan səhnəsinin yetirdiyi şöhrətli sənətkarlar içərisində Respublikanın xalq artisti olmuş Əliağa Ağayevin xüsusi mövqeyi var. Öz istedadının təbiəti və istiqaməti etibarı ilə daha çox komik olan görkəmli aktyorun sənət yolu, səhnə həyatı çox maraqlı və ibrətamizdir.

Dəmirçi oğlu olan Əliağa Ağayev 1913-cü il martın 22-də Bakıda anadan olub. Ata-baba peşəsini davam etdirmək üçün o, 1930-cu ildə Bakıda Paris kommunası adına zavodun nəzdindəki sənət məktəbinə daxil olur. Burada çilingər peşəsinə yiyələnən Ə.Ağayev dərsdən sonra Su nəqliyyatı işçilərinin klubundakı dram dərnəyinin məşğələlərində iştirak edir. Dərnəyin fəal üzvlərindən olan Ə.Ağayev çox keçmir ki, teatr ictimaiyyətinin diqqətini cəlb edir.(Fond 612, siy. 1, s.v 73)Aktyor həmin illəri xatırlayaraq deyirdi:

- Sizə bir şey deyim ki, mən uşaqlıqda heç vaxt aktyor olmaq fikrində olmamışam. Bu arzu mənim qəlbimdə zavodda təşkil edilmiş dram dərnəyinə gedəndən sonra yarandı, özü də böyük sürətlə.

Bunu görən gənc Əliağanın ustası təşvişə düşərək onu bu həvəsdən daşındırmaq üçün Əliağadan artistyox, yaxşı çilingər çıxacağına inandırmaq istəyir, onun bu sənət üçün yarandığını söyləyir.

Ustanın sözü gənc Əliağaya təsir etsə də öz-özünə çox götür-qoy edir. Zavod səhnəsində teatr tamaşaları verəndə sərraf gözü ilə tamaşaçılara nəzər yetirən aktyor fərqinə varır ki, o səhnəyə çıxanda hamı gülür.Bu, onda özünə inam yaradır. “Məndə nə isə var”- deyə düşünən Əliağa ciddi olaraq işə girişir.( Fond 612, siy.1, s.v.72, vər. 7).

Və nə yaxşı ki, aktyor qəlbinin səsini dinləyərək aktyorluq sənətinin ardınca getdi, səhnəmiz onun timsalında nəhəng bir gülüş ustası qazanmış oldu.

Səhnəyə, aktyor sənətinə sonsuz məhəbbət Əliağanı M.Qorki adına AzərbaycanDövlət Gənc Tamaşaçılar Teatrına (indiki Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) gətirib çıxarır. Burada Əliağa Ağayevin əsl aktyorluq istedadı parlayıb üzə çıxır. Gənc aktyor bir-birinin ardınca rollarda çıxış edir, bu obrazları sənətsevərlərə sevdirir və özü də tamaşaçıların sevilmlisi olur.

Əliağa Ağayevi müxtəlif filmlərə çəkilməyə dəvət edirlər. Əliağa Ağayevin bir kino aktyoru kimi yetişməsində, şübhəsiz, teatrın böyük rolu olmuşdur. Azərbaycan teatr sənətinin realist ənənələrindən bəhrələnən aktyor səhnədə əldə etdiyi gözəl təcrübəsini çəkildiyi filmlərdə uğurla tətbiq etmişdir.

O, 1956-cıildə ilk dəfə böyük rolda – “O olmasın, bu olsun” filmində Məşədi İbad roluna çəkilir. Dünya ekranlarına çıxan Məşədi İbad aktyora böyük şöhrət qazandırır. Məşədi İbadın məşhur monoloqları və atmacaları Əliağa Ağayevin əvəzsiz ifaçılığı sayəsində zərb-məsələ çevrildi, xalqın dilinin əzəbəri oldu, aktyora isə böyük şöhrət gətirdi (Fond 612, siy.1, s.v. 72, vər. 7).

Bundan sonra Əliağa Ağayev kinoya daha daha yaxından bağlanır. Bir-birinin ardınca “Görüş”də Şıxəli, “Sehirli xalat”da Hüseynqulu xan, “Qanun naminə”də anbardar Məmmədxan, “Əhməd haradadır ?” filmində isə kassir obrazlarını yaradır. Bu obrazların bəziləri epizodikolsa da, istedadlı aktyorun məharətli oyunu sayəsində əbədilik sənətsevərlərin hafizəsinə həkk olundu.

1961-ci ildən Ə.Ağayev M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram teatrında işə başlayır. Bu teatrın səhnəsində aktyor parlaq, yaddaqalan, tamaşaçıların rəğbət və məhəbbətini qazanan obrazların tam bir qalereyasını yaratmışdır.

Ə.Ağayevin yaradıcılığı genişlik və sərbəstliyə köklənmişdi. O,müstəqil sənətkar idi. Görkəmli sənətkar komediya janrına məxsus pyeslərin xüsusiyyətinə sona qədər sadiq qalmaqla kifayətlənmir, eyni zamanda əsərlərdə müəlliflər tərəfindən təsvir olunan hadisələrin ümumi inkişafına, insan münasibətlərinə xüsusi bir bir nöqteyi-nəzərlə baxırdı. Kinayə və istehza silahından, lazım gələndə kəskin və öldürücü gülüşdən istifadə etməyi bacarırdı.

Ə.Ağayevin yaratdığı obrazlar, əsasən, mütərəqqi fikirlərin inkişafına mane olan, kütlüyə, süründürməçiliyə, xırdaçılığa və digər yaramazlıqlara meylli olan tiplər idi.

Alqış və gülüş onun yaradıcılıq yolunu daim müşayiət edən iki ayrılmaz şöhrət çələngi idi. Hər dəfə səhnəyə çıxarkənonu alqışlarla qarşılayır, sonra ürəkdən gülürdülər, böyük salonda yüzlərlə tamaşaçı bir nəfər kimi qəhqəhə çəkir, hərarətlə əl çalırdı.Ə.Ağayev sənətinin pərəstişkarı kimi deyə bilərəm ki, onda cüzi də olsa yersiz, lüzumsuz bir hərəkət, mənasız bir nəzər, bir baxış, təsadüfi bir ifadə tapmazsınız. Onun hər bir tərpənişi, addımı, təbəssümü, gözlərindəki hər bir məna çaları təbiidr, yerindədir. Onun səhnə nitqindəki məharətini-səsinin, tələffüzünün ifadə qüdrətini də bütün bunların üstünə gəldikdə teatr sənətimizin görkəmli simalarından olmuş bir şəxsiyyətin portreti gözümüz önündə daha da aydın canlanır. Səhnə ustamız son dərəcə lakonik, qənaətcil ifadə vasitələri ilə, heç bir artıq hərəkətə, lüzumsuz jestə yol vermədən tamaşaçını güldürməyi bacarırdı.(Fond 612, siy.1, s.v. 71,72, vər. 9).Ən adi söz belə Ə.Ağayevin tələffüzündə mənalı gülüş doğururdu.Onun yerişi, oturuşu, duruşu, baxışı, şadlanması, qəzəblənməsi, üz-gözünün hərəkətləri – hamısı orijinaldır, səmimi təsir bağışlayır. Ə.Ağayev hətta rol ifa edərkən oturub sakit baxanda da insanın üzünə təbəssüm qonurdu.

Görkəmli gülüş ustası səhnə fəliyyətinə başladığı illərdən ömrünün sonuna kimi respublikamızı oba-oba , oymaq-oymaq gəzmiş, əməkçilər qarşısında çıxış etmişdi.

Həyatda da gülüşü, zarafatı sevən Ə.Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini bu həyata əbədi yumur.

Ömrünün 60-cı ilini qeyd edərkən müxbirin “Arzunuz nədir, Əliağa müəllim?” sualına Ə.Ağayev belə cavab vermişdi:

“Arzum budur ki, mənim baş rolda oynayacağım bir komediya yazılsın, yoldaş müəlliflər! Özü də müasir həyatdan olsun, qəhrəmanı bu günümüzün adamı olsun! Yəni elə bir pyes ki, baş rolu komik surət olsun və onu da bu Əliağa qardaşınız oynasın.”(Fond 612,siy.1, s.v.72,vər. 8).

Biz isə öz adımızdan deyə bilərik ki, rahat uyu, əziz sənətkar. Sən sağlığında oynadığın obrazlarla hamımızın hafizəsində yaşayan elə parlaq səhnə surətləriyaratmısan ki, bu obrazlar səni yüz illər boyu xatırlamağa və sənətin qarşısında baş əyməyə yetər.

Murad Dadaşov xəstəxanalıq oldu Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü münasibətilə xatirə gecəsi təşkil edildi Sovet senzurası "Topal Teymur"a necə icazə verdi? - Ramiz Həsənoğlunun Turan missiyası
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Mart 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri