Putin xərçəng xəstəsi olan “Lerçek”İ əfv etdi
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin "Lerçek" ləqəbi ilə tanınan məşhur bloqer Valeriya Çekalinanın əfv edilməsi haqqında fərman imzalayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Baza" nəşri məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-də imzalanan fərmana əsasən, Çekalina Moskvanın Qaqarin Rayon Məhkəməsinin iyulun 31-də çıxardığı hökmlə təyin edilmiş cəzadan azad olunub. Onun məhkumluğu da ləğv edilib.
Qeyd edək ki, bloqer xaricə qanunsuz pul köçürülməsi işi üzrə 5 il şərti azadlıqdan məhrum edilmiş və 763,5 milyon rubl cərimələnmişdi. İstintaqın versiyasına görə, Çekalina və onun keçmiş həyat yoldaşı Birləşmiş Ərəb Əmirliklərinə 251 milyon rubldan çox vəsait köçürüblər.
Məhkəmə prosesi zamanı bloqerə dördüncü mərhələdə mədə xərçəngi diaqnozu qoyulub. Daha sonra onun orqanizmində metastazlar aşkarlanıb. Çekalinanın vəkilləri müalicə üçün Çinə getməsinə icazə verilməsini tələb edirdilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 14 Noyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















