Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Böyük türk dünyası Kipr türklərinin taleyinə biganə qala bilməz” Feyziyev

“Böyük türk dünyası Kipr türklərinin taleyinə biganə qala bilməz” Feyziyev

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev: “Biz Orta Asiya türk dövlətlərini Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə əlaqələr qurmağa, adada yaşayan soydaşlarımıza siyasi və mənəvi dəstək verməyə çağırırıq”, - deyib.

Feyziyev TRT/Azərbaycan saytına xüsusi müsahibəsində Azərbaycan və ŞKTC arasında parlamentlərarası dostluq əlaqələri barədə açıqlamalar verib.

ŞKTC-Azərbaycan Parlamentlərarası dostluq əlaqələrinin gələcəyinə gəlincə, Feyziyev Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il aprelin 5-də ŞKTC ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması haqqında qərarı qəbul etdiyini xatırladıb və nümayəndə heyətlərinin o vaxtdan bəri hər iki parlamentin qarşılıqlı səfərləri olduğunu qeyd ediblər: “Məqsədimiz ölkələrimiz arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələri canlandırmaqla yeni qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaqdır. İnanıram ki, qarşılıqlı əməkdaşlıq üçün potensial var. Peşəkarlarımız, xüsusən də elm, təhsil, mədəniyyət və turizm sektorlarında çalışanlar arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Hazırda bu əməkdaşlığın müxtəlif biznes sahələrində genişləndirilməsi üçün qarşılıqlı imkanlar öyrənilir. Kənd təsərrüfatı və sənaye məhsullarının idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi yolları axtarılır. Bizim vəzifəmiz bu araşdırmaları aparmaq və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamlarını məlumatlandırmaq və əməkdaşlığı təşviq etməkdir”, - deyib.

Cavanşir Feyziyev

Feyziyev ŞKTC-yə tətbiq edilən ikili standartların davam etdiyini və dünya ölkələri tərəfindən tanınmadığını xatırladaraq Qərbin niyə bu ikili standartları davam etdirdiyini sualına belə cavab verib: “Kıbrısdakı türklər 1960-cı illərdən Şimali Kipr Türk Cümhuriyyəti 1983-cü ildə müstəqilliyini elan edənə qədər bir çox təcridlərlə üzləşib və hətta müstəqillik elan edildikdən sonra da Qərb dünyası bütövlükdə kipr türklərinin hüquqlarını tanımaqdan imtina edib”.

Feyziyev qeyd edib ki, 2004-cü ildə Annan Planı referendumunda “Kıbrıs yunanlar Kipr türkləri ilə bir dövlətdə yaşamaqdan imtina edib, türklər isə birlikdə yaşamağa səs verib, buna baxmayaraq, Avropa İttifaqı adanın yunan hissəsini “Cümhuriyyət” adı altında tanıyıb, onu AB üzvlüyünə qəbul edib” deyərək: “Eyni zamanda onlar Kipr türklərinin müstəqilliyini tanımaqdan imtina etdilər... Bütün Avropa Kipr türklərinə qarşı açıq şəkildə ayrı-seçkilikdir”, - deyib.

Deputat, “Görünür, Avropa təkcə Kipr türklərini deyil, ümumilikdə türk xalqını görmək istəmir.

“Türkiyənin Avropa İttifaqına üzvlüyünü yarım əsr təxirə salması Qərbin ikili standart siyasətinin göstəricisidir”, deyəəlavə edib.

Feyziyev çıxışını belə davam etdirib: “İndiki vəziyyətdə Kipr türklərinin öz dövlətlərini qorumaq və inkişaf etdirməkdən başqa çarəsi yoxdur. Ona görə də böyük türk dünyası Kipr türklərinin bu təlatümlü taleyinə biganə qala bilməz. Bu gün yalnız Türkiyə tərəfindən rəsmi olaraq tanınan ŞKTC-nin siyasi, iqtisadi və mənəvi dəstəyə ehtiyacı var. Parlamentlərarası İşçi Qrupunun yaradılması da bu zərurətdən yaranıb və biz öz səlahiyyətlərimiz çərçivəsində Kipr türk vətəndaşlarımıza bu dəstəyi verməyə çalışırıq. Düşünürəm ki, bütün müstəqil türk dövlətləri ilə ŞKTC arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması ŞKTC-nin beynəlxalq təcriddən çıxarılmasına və müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verə bilər. Bu səbəbdən Orta Asiya türk dövlətlərini ŞKTC ilə əlaqələr qurmağa, adada yaşayan soydaşlarımıza siyasi və mənəvi dəstək verməyə çağırırıq”.

Feyziyev Azərbaycan ilə ŞKTC arasında iqtisadi, siyasi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığı da dəyərləndirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində son illər Şimali Kipr Türk Respublikası ilə əlaqələrimizdə xüsusi canlanma yaranıb. SKTC Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusu alıb. Parlamentlər arasında birbaşa əlaqələr qurulub və çox yüksək səviyyədədir.

Biz təhsil sahəsində əməkdaşlıqda böyük uğurlar əldə edirik. Hazırda Şimali Kipr universitetlərində 1000-dən çox azərbaycanlı tələbə təhsil alır. Hər iki ölkənin mədəniyyət nümayəndələri arasında daimi əməkdaşlıq mövcuddur. Universitetlərin professor-müəllim heyəti arasında əlaqələr mövcuddur.

2023-cü ildən Şimali Kiprdən çoxlu kənd təsərrüfatı məhsulları idxal edilib və biz hazırda iş adamları arasında görüşləri canlandırmağa çalışırıq. Hesab edirəm ki, Orta Asiyadakı türk dövlətləri ilə ŞKTC arasında oxşar əlaqələrin qurulması vacibdir və bizim Azərbaycan-Şimali Kipr parlamentlərarası işçi qrupumuz da bu istiqamətdə çalışır. Bir sözlə, məqsədimiz KKTC-nin beynəlxalq siyasi və iqtisadi sistemə inteqrasiyasından faydalanmaqdır”, - deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri