Icma.az
close
up
RU
Xaməneyinin müşaviri BƏƏ ni hədələyib: İran xalqının səbri sonsuz deyil

Xaməneyinin müşaviri BƏƏ ni hədələyib: İran xalqının səbri sonsuz deyil

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İran xalqının səbri sonsuz deyil.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əl Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vəlayəti Körfəz Əməkdaşlıq Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) üç ada üzərində suverenliyinə dəstəyinə münasibət bildirərkən deyib.

O, ərəb dövlətlərinin körfəzdəki adalarla bağlı açıqlamasını absurd adlandırıb:

"Belə bəyanatlar müstəmləkəçi ölkələrlə əməkdaşlığa uyğundur".

O, BƏƏ-ni tənqid edərək vurğulayıb:

"BƏƏ hökumətindən soruşulmalıdır: Yəməndə nə edirsiniz? Niyə Bab əl-Məndəb boğazına sahib olmaqda maraqlısınız? Niyə Sokotra adasını işğal edibsiniz? Bu hərəkətlərin ABŞ-nin dəniz maraqları ilə nə əlaqəsi var? Siz indi bu adaya və hətta Hörmüz boğazına sahib olmağa niyə iddia edirsiniz?"

Xaməneinin müşaviri rəsmi Əbu-Dabini Yəməndə, Sudanda müsəlmanların qanını tökməkdə də günahlandıraraq bu hərəkətləri BƏƏ-nin ekspansionist siyasətinin nəticəsi adlandırıb.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasının dekabrın 2-də Bəhreyndə keçirilən görüşün yekun bəyanatında Kiçik Tomb, Böyük Tomb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bir daha təsdiqlənib, Avropa İttifaqının bir müddət əvvəl açıqladığı mövqe yüksək qiymətləndirilib.

Onlar rədmi Tehranı Əbu-Dabinin bu adaların mənsubiyyəti ilə bağlı mübahisəni birbaşa danışıqlar yolu ilə həll etmək və ya məsələni Beynəlxalq Məhkəməyə vermək tələblərinə cavab verməyə çağırıblar.

Xatırladaq ki, İranla BƏƏ arasında Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları ilə bağlı ərazi mübahisəsi davam edir. Hazırda ərazidə İran hərbçiləri yerləşir. Bu adalar Hörmüz boğazının girişindədir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri