Icma.az
close
up
RU
Dünya bu çağırışdan danışır: 50 min nəfərin adı çəkildi, trilyonlar istənildi

Dünya bu çağırışdan danışır: 50 min nəfərin adı çəkildi, trilyonlar istənildi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Polşanın Baş naziri Donald Task Almaniyanın kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransı zamanı Berlin hökumətini İkinci Dünya müharibəsi müddətində alman işğalının hələ də sağ olan polşalı qurbanlarına mümkün qədər tez bir zamanda təzminat veməyə çağırıb.

“Əgər siz həqiqətən də bu jesti etmək istəyirsinizsə, tələsin”, – deyə, Task qeyd edib.

Baş nazir xatırladıb ki, nasistlərin əməllərindən zərər görmüş Polşa vətəndaşlarının sayı tədricən azalmaqdadır. Hələ 2024-cü ilin iyun ayında Almaniyanın əvvəlki kansleri Olaf Şolts polyaklara təzminatın ödəniləcəyini vəd edən zaman Polşada alman işğalının həyatda olan qurbanlarının sayı təxminən 60 min nəfər idi. İndi isə onların sayı təxminən 50 min nəfərdir.

Bununla yanaşı, Task xəbərdarlıq edib ki, əgər Almaniya yaxın zamanda təzminat məsələləri ilə bağlı aydın açıqlama verməsə, Polşa bu ödənişləri öz hesabına edə bilər. Merts isə bu müraciətə cavabında deyib ki, Almaniya Polşa qarşısında öz tarixi məsuliyyətini çox gözəl anlayır və danışıqları davam etdirir. Lakin Merts bu məsələ üzrə konkret bəyanat verməkdən çəkinib.

Polşanın Almaniyadan təzminat tələbi yeni deyil. Varşava uzun illərdir vurğulayır ki, nasist Almaniyasının Polşaya vurduğu ziyan Avropanın heç bir ölkəsi ilə müqayisə edilməyəcək qədər dərin olub. Buna görə də tarixi ədalətin bərpası üçün Berlinin addım atmasını istəyirlər. Almaniya isə bu məsələyə tamamilə fərqli prizmadan yanaşır. Berlinin arqumenti ondan ibarətdir ki, müharibədən sonrakı razılaşmalar, xüsusilə də soyuq müharibə dövrünün siyasi konfiqurasiyası təzminat məsələsini hüquqi olaraq bağlayıb və indiki mərhələdə geriyə qayıdış təkcə hüquqi deyil, siyasi baxımdan da risklidir.

Almaniya anlayır ki, belə bir addım təkcə Polşa ilə məhdudlaşmayacaq, domino effekti yaradaraq digər ölkələr də eyni tələbləri səsləndirə bilərlər. Bunun Avropada bütöv bir tarixi kompensasiya dalğasının yaranmasına yol açması mümkündür. Yunanıstan, Çexiya, keçmiş Yuqoslaviya ölkələri və hətta bəzi Qərbi Avropa dövlətləri də eyni arqumentləri səsləndirə bilərlər. Berlin üçün belə bir hal həm iqtisadi, həm də geosiyasi baxımdan arzuolunan deyil. Çünki bu, yüz milyardlarla yox, trilyonlarla avroluq bir yük deməkdir. Başqa sözlə, nəticədə Almaniyanın siyasi və iqtisadi nizamı alt-üst olar.

Üstəlik, Almaniya öz hüquqi mövqeyini çox sərt şəkildə formalaşdırıb: “Məsələ hüquqi baxımdan bağlanıb”. Berlin bu mövqeyə əks istənilən siyasi təzyiqi beynəlxalq hüquqa müdaxilə kimi görür. Mövcud yanaşma dəyişərsə, Almaniya tək bir məsələ üzrə yox, bütöv II Dünya Müharibəsi mirası üzrə məsuliyyət almış kimi olacaq, bu isə indiki Avropa konfiqurasiyasında təhlükəli presedentdir.

Məsələnin başqa bir tərəfi də var. Almaniya hazırda Rusiya–Ukrayna müharibəsi fonunda Avropanın əsas iqtisadi yükünü daşıyır, ordu və enerji sahəsində böyük sərmayələr etməyə məcburdur. Trilyonluq təzminat öhdəliyi həm büdcəni çökdürər, həm də Berlinin Avropadakı rolunu zəiflədər.

Ona görə də, real siyasət baxımından Almaniyanın təzminat ödəməsi demək olar ki, mümkün görünmür. Bununla belə, Berlinin gələcəkdə müəyyən mədəni, humanitar və simvolik adımlarla dialoqu yumşaltması gözləniləndir. Lakin hazırda bu, heç bir halda “təzminat” adlandırıla bilməz.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri