Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Böyük Vanqa fırıldağı “dəhşətli proqnozlar”ın KONKRET

Böyük Vanqa fırıldağı “dəhşətli proqnozlar”ın KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər köhnə il bolqar fırıldaqçı Vanqanın proqnozları ilə bitir, hər yeni il fırıldaqçı bolqar qadın Vanqanın proqnozları ilə başlayır.

Postsovet məkanının, demək olar ki, bütün saytları onun “dəhşətli proqnozlar”ını dərc edirlər – bəziləri 5 gün ard-arda eyni mətni tirajlayır.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, dünyanın harasında nəsə yeni bir qlobal hadisə, proses başlayırsa, sutkası tamam olmamış Vanqanın proqnozları hazırdır: “Elə olacaq, belə olacaq”.

Bu qadın 30 il əvvəl ölüb, amma proqnozlar verməkdə “davam edir”. Buradanca aydın olur ki, Vanqanın “dəhşətli proqnozları”nın davam etməsi “sarı media” jurnalistlərinin xidmətidir. Onlar sırf tiraj üçün, bu “proqnozlar”a sarsılmaz ictimai maraqları bildiklərinə görə “müdhiş öncəgörmələr”i istehsal etməkdə davam edirlər.

Əslində isə bu, böyük bir aldanışdır. Bunu keçmiş sosialist düşərgəsi ölkələrinə əvvəlcə bolqar mediası (hakimiyyətin yardımı ilə) sırıyıb, sonra Rusiya mətbuatı bu axına qoşulub, hazırda isə postsovet ölkələri “Vanqaçılıq”la məşğuldur.

Vanqanın “proqnozlar”ına Qərbi Avropa və dünyanın digər ölkələrində etina edən yoxdur. Çünki onların öz “nəhəng kahin”ləri var.

Həqiqət isə başqa cürdür. Bunu bu yaxınlarda bir dəfə də yazmışdıq. Yenə təkrar edək ki, insanlar nahaq yerə özlərini aldatmasınlar, yalançı proqnozlara inanaraq nə depressiyaya girsinlər, nə də eyforiyaya qapılsınlar.

Bolqar qadın Vanqanın ərtarında sadəcə bir mif yaradılıb. O qadında elə bir fövqəltəbii güc, Tanrı vergisi-filanı olmayıb.

Əsl adı Vanqeliya Pandeva Quşterova olan, əsasən “Vanqa nənə” kimi tanınan qadın 1911-ci ildə Osmanlı imperiyasına daxil olan Bolqarıstanda doğulub, ömrünün çox hissəsini üç ölkənin (Bolqarıstan, Yunanıstan, Şimali Makedoniya) sərhədinin qovşağında yerləşən Petriç şəhərində yaşayıb, həyatının son iyirmi ilini Rupite kəndində müştəri-ziyarətçi qəbul etməklə keçirib və 1996-cı ildə vəfat edib.

Onun barəsində ən sanballı əsəri məşhur rusiyalı kriminalist, yüzlərlə mürəkkəb cinayətin üstünü öz elmi, intuisiyası, istedadı ilə açan Nikolay Kitayev yazıb.

Elə bolqar alimlər də Vanqanın “vergi”sini hər zaman şübhə altına alıblar, amma dövlət onların çoxunu susdurub və Vanqanı Bolqarıstanın brendinə çevirib.

Onu da qeyd edək ki, Vanqa haqqında əfsanələr hələ sağlığında tirajlanmağa başlayıb. Bir ara skeptiklər diqqət ediblər ki, “Vanqanın proqnozları” adətən hansısa qlobal hadisə baş verəndən sonra yayılır. Məsələn, SSRİ dağılır, ondan bir az sonra məlum olur ki, Vanqa bunu illər öncə deyibmiş. Əslində əksinə olmalıydı. Məsələn, Vanqa SSRİ-nin dağılacağını 1980-ci ildə deməliydi, bu, tirajlanmalıydı, 1991-ci ildə SSRİ dağılanda ortaya qəzet yazısı, video-filan qoyulmalıydı ki, baxın, nənə bunu demişdi.

Bolqar alimlər ötən əsrin 90-cı illərinin əvvəlində Vanqanı “peyğəmbər” elan edənlərə təklif ediblər ki, gəlin eksperiment keçirək, Vanqa nənə bundan sonrakı yarım il ərzində baş verəcək qlobal hadisələri desin, yazaq, 6 aydan sonra tutuşduraq, görək, hansı proqnozları düz çıxıb, hansıları yanlış. Qarşı tərəfdən bu təklifə reaksiya verilməyib, miflər uçuşmaqda davam edib.

Rusiya Krımı işğal edəndən sonra mediada belə bir xəbər yayılmışdı ki, guya Vanqa hələ 30+ il əvvəl belə bir proqnoz verib: “Krım bir sahildən qopacaq və digər sahilə yapışacaq…”. Daha sonra aydınlaşdı ki, bunu rus jurnalistlər uydurub.

Bəs bu qadının “öncəgörənliyi” hansı şəraitdə ortaya çıxıb?

Nikolay Kitayevin yazdığına görə, 1923-cü ilin yayında qasırğaya düşən və gözünə qum dolması nəticəsində başlanan proqressiv iltihab üzündən kor qalan qız II dünya müharibəsində tamamilə yetim qalandan sonra kiçik bacılarını dolandırmaq üçün falçılıq etməyə başlayıb. O, almanlar tərəfindən işğal edilən Strumitsa sakinlərinin gələcəyini proqnozlaşdıraraq çörəkpulu qazanb. O vaxt şəhərdəki bütün kişilər səfərbər edilmiş və ya Almaniyada məcburi əməyə aparılmış olub. Hər kəs öz əzizlərinin başına nə gəldiyini, onların sağ olub-olmadığını, nə vaxt qayıdacaqlarını bilmək istəyib. Vanqa insanların içindəki xəbər yanğısından istifadə edib və getdikcə şöhrət qazanıb. Çünki insanların mistikaya aludə olmaqdan başqa variantı olmayıb.

Ancaq sonralar Vanqanın qohumları onun “qabiliyyət”indən bisnes məqsədi ilə geniş istifadə etməyə başlayıblar. Vanqanın qəbuluna düşməyin qiyməti 20 dollar olub. Hər gün növbədə onlarla adam gözləyirmiş. Bolqarıstandan, sosialist düşərgəsi ölkələrindən, digər Avropa ölkələrindən gələnlər günlərlə çadırlarda, kirayə evlərdə, yaxınlıqdakı otellərdə gecələyirmişlər. Gələnlərin arasında alimlər, jurnalistlər, siyasətçilər, artistlər də olurmuş

Dövlət görəndə ki, Vanqanın biznesi istənilən müəssisədən daha çox gəlir gətirir, onun qazancına şərik olub, Vanqanın “ofis”ində mühasibatlıq, kassa sistemi yaradıb. Ziyarətçilərin adları xüsusi jurnala ona görə qeyd olunurmuş ki, mənimsəmə halları olmasın. Şəhər rəhbərliyi Vanqanın “vergi”si ilə turizm sektorunu maksimuma qədər inkişaf etdirib. Turistlərin yerləşdirilməsi üçün Petriç şəhərində otel də tikilib.

Xüsusi xidmət orqanları Vanqanın köməkçiləri ilə əlaqəyə girərək ondan informasiya toplamaq üçün istifadə ediblər (adamlar gəlib bütün sirlərini Vanqaya danışırmışlar). Onlar, eləcə də oteldəki xidmətçilər, taksi sürücüləri gələn qonaqlar haqqında informasiyalar toplayır, Vanqaya ötürürmüşlər, o da qəbul zamanı onlar barədə bəzi detalları deyərək ziyarətçiləri təəccübləndirirmiş. Bütöv bir sistem Vanqaya işləyirmiş, Vanqanın komandası isə sistemə.

Anatoli Stroyevin “Vanqa haqqında həqiqət” kitabında qeyd olunur ki, Vanqanın bacısının qızı Krasimira Stoyanova aktyor Vyaçeslav Tixonovun (“Ştirlits” rolunun ifaçısı) Vanqanı görməyə gəldiyindən danışıb. Guya kor qadın Tixonova deyib ki, niyə ən yaxın dostun Yuri Qaqarinin arzusunu yerinə yetirmədin? “Son uçuşundan əvvəl o, sənin evinə gəlib demişdi ki, vaxtım yoxdur, zəngli saat al və masanın üstündə saxla. Qoy bu zəngli saat sənə məni xatırlatsın”. Guya Vanqa belə deyəndə Tixonov özündən gedib, onu birtəhər ayıldıblar.

Nəhayət, 1990-cı ildə Vyaçeslav Tixonov jurnalistlərin israrlı müraciətlərindən sonra bildirib: “Bir kəlmə ilə deyə bilərəmmi? Yalandır! Xahiş edirəm, eləcə də yazın: belə bir şey olmayıb. Mən Qaqarinə heç vaxt zəngli saat vəd etməmişəm! Bundan əlavə, biz heç vaxt bir-birimizi tanımamışıq. Onu yalnız rəsmi tədbirlərdə uzaqdan görürdüm, başqa heç nə”.

SSRİ rəhbəri Mixail Qorbaçovin Vanqa ilə görüşdüyü barədə deyilənlər də əfsanədən başqa bir şey deyil. Bunu, eləcə də çar Borislə, Stalinlə, başqa məşhur adamlarla görüşdüyünü köməkçilər uydurub – nənənin mötəbərliliyini artırmaq üçün. Qorbaçov özü deyib ki, Vanqa ilə heç vaxt görüşməyib, mistikaya inanmır.

Sırf qazanc məqsədilə mifləşdirilmiş bu qadının haqqında uydurulan əfsanələrin gerçəkliyi dəfələrlə təkzib olunsa da, saxtakarlıqlar faş olsa da, faydası yoxdur, insanlar hələ də onun kahinliyinə inanır, “proqnoz”larına heyrətlənirlər. Görünür, insanların içində mistikaya aclıq var, həqiqətlərdən çox şirin yalanlara inanırlar.

P.S. Bir-iki günə Vanqanın ABŞ-Venesuala savaşı barədə də nəsə “proqnoz” verdiyi məlum olacaq. Gündəmdə budur. Hərçənd böyük ehtimalla ömründə kitab oxumamış, xəritə görməmiş, filmə baxmamış bədbəxt bolqar qadın dünyada Venesuela adlı dövlət olduğunu bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Yanvar 2026 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri