Böyük vətəndaşlardan suya qənaət üçün köhnə e poçtları və şəkilləri silməyi xahiş edir
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya hökuməti ölkədə milli əhəmiyyətli su qıtlığı elan edib və bununla bağlı vətəndaşlara köhnə elektron məktubları və fotoları silməyi tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, rəsmi izaha görə, bu addım məlumat mərkəzlərinə düşən yükü azaldacaq, həmin mərkəzlər isə serverlərin soyudulması üçün su sərf edirlər.
Dövlət hesabatında bildirilir ki, ölkənin beş regionu hazırda quraqlıq şəraitindədir, daha altı region isə son 49 ilin ən quraq altı ayından sonra uzunmüddətli quru hava yaşayır. Çay və su anbarlarının səviyyəsi enməkdə davam edir, avqust ayında isə əhəmiyyətli yağıntı gözlənilmir.
Lakin "Tom's Hardware" nəşri yazır ki, köhnə məlumatların silinməsi problemin həllinə real təsir göstərməyəcək. Məlumat mərkəzləri doğrudur ki, çoxlu su sərf edir, lakin bu, əsasən mərkəzi və qrafik prosessorların hesablamalar zamanı soyudulması üçündür.
Faylların sadəcə saxlanılması isə minimal resurs tələb edir, əksinə onların axtarılması və silinməsi prosesi enerji və su sərfini artıra bilər. Üstəlik, məlumatların saxlandığı serverlərin böyük ehtimalla Böyük Britaniyada yerləşmədiyi qeyd olunur.
Bununla yanaşı, hökumət digər tədbirlər də təklif edir - yağış suyunun yığılması, evdəki su sızmalarının aradan qaldırılması və müəyyən müddət çəmənliklərin sulanmasından imtina edilməsi.
Xatırladaq ki, daha əvvəl "Microsoft" süni intellektin ekoloji təsirini kompensasiya etmək üçün 1 milyard dollarlıq peyin utilizasiyası proqramına başladığını açıqlamışdı. Şirkət bu yolla tullantılardan qurtulmağı və CO₂ emissiyalarını azaltmağı hədəfləyir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 13 Avqust 2025 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















