Icma.az
close
up
RU
Böyük yaşıllıq ərazi məhv edildi… İki dövlət qurumundan fərqli CAVAB (FOTO,VİDEO)

Böyük yaşıllıq ərazi məhv edildi… İki dövlət qurumundan fərqli CAVAB (FOTO,VİDEO)

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Əhməd bəy Ağaoğlu küçəsində 20 ədəd iri gövdəli və sağlam eldar şamı ağaclarının kəsilməsi ictimailəşəndən sonra aidiyyəti dövlət qurumları ağacların kəsilməsinə iki fərqli səbəb göstərsələr də, heç biri dediklərini təsdiqləyəcək rəsmi rəyi təqdim edə bilməyiblər.

Tribunainfo.az xəbər verir ki, Əhməd bəy Ağaoğlu küçəsində Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi və müşayəti ilə 20 ədəd iri gövdəli eldar şamı kəsilərək ərazidən uzaqlaşdırılıb. Məlumata görə, ağacların məhv edilməsi “Yaşıllaşdırma Təsərrüfatı Birliyi”nin tabeliyində olan briqadalar tərəfindən həyata keçirilib.
Həmin ağacların adı açıqlanmayan bir tikinti maqnatının sifarişi əsasında kəsildiyi bildirilir. Məlumata əsasən, ərazi tikinti aparılması məqsədilə təmizlənir. ETSN 11 saylı ekologiya və təbii sərvətlər idarəsi isə məlum hadisəyə göz yumur.

Sözügedən məsələ ilə bağlı Pravda.az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib ki, əraziyə ekspertlər tərəfindən baxış keçirilib.
Baxış zamanı ağacların kənar müdaxilə nəticəsində deyil, xəstəlik səbəbindən kəsildiyi müəyyən edilib. Açıqlamada buldirilib ki, ərazidə yerli iqlimə xas yeni tinglərin əkilməsi şərti ilə qurumuş ağacların götürülməsinə rəy verilib. Açıqlamada bildirilib ki, götürülmüş ağacların əvəzinə yeni tinglərin əkilməsi işləri aparılır.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi isə 20 ədəd eldar şamının kəsilməsinə səbəb kimi ağacların qurumasını göstərib. Birlik açıqlamasında qeyd edib ki, sözügedən ərazidə qurumuş ağaclar müvafiq dövlət qurumunun rəyi əsasında bir müddət öncə götürülüb.

Halbuki Dövlət Ekoloji Ekspertiza Agentliyi ağacları müəyyən xəstəlik səbəbindən kəsildiyini bildirmişdi. İki dövlət qurumunun kəsilən 20 ədəd ağacla bağlı bir-birindən fərqli açıqlamaları müəyyən şübhələr yaradıb. Şübhəyə səbəb həm də bu iki dövlət qurumunun verdikləri açıqlamanı təsdiq edəcək rəsmi rəyi təqdim etməmələridir.
Əgər doğurdan da 20 ədəd ağac xəstəlik və ya quruması səbəbindən kəsilibsə, niyə bununla bağlı rəy yoxdur. Əgər rəy varsa niyə təqdim edilmir.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin də, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin də “müvafiq sənəd”in, və ya “rəy”ini təqdim etməyə hazırıq. Təbii ki, əgər belə bir “rəy” varsa.

Həmçinin kəsilmiş 20 ədəd eldar şamının gövdəsinin qalınlığından və formasından məlum olur ki, kəsilərək məhv edilən ağaclar heç də qurumuş ağaclar olmayıb. Köklər nə qurumuş ağac köküdür, nə də xəstəlik olan ağacın kökü.
Gülşən Rəsul


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri