Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Böyük Yolda Büdrəmələr (Esse)

Böyük Yolda Büdrəmələr (Esse)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Min il öncədən – filosofların "axmaq”, "kafir”, "münafiq” adlandırıldığı (Əbu Hamid əl-Qəzali, "Təhafutul-fəlasifə” ["Filosofların əsassızlığı”] risaləsi, 1095)  zamandan başlayaraq, İslam Şərqində fəlsəfənin ilahiyyat tərəfindən udulması təkcə elmin mövqeyini zəiflətmədi, metafizika – fizika arası antik çağdan açılan yolu bağlamadı, rasional-analitik təfəkkürü sönükləşdirmədi, həm də mədəniyyətin ən həssas nöqtəsini – ədəbiyyatı, xüsusilə poeziyanı önə çıxarsa da, onu fəlsəfədən daha çox ilahiyyat orbitində fırlanan bir peykə çevirdi.

Poeziya azad düşüncənin yeganə meydanı olsa da, yalnız burada ümumbəşəri dəyər daşıyan Sufilik ruhsal kosmoqoniyanın ən yüksək qatına ucalsa da, bir müsəlman qadını timsalında örtünərək, başdan-ayağa (məzmundan formaya qədər) ilahiyyatdan süzülən rəmzlər-məcazlar dünyasına qərq oldu, özünün endikcə enilən semiotik-mistik dərinliyinə vardı. Dühalar – Xəyyamdan Nizamiyə, Rumidən Nəsimiyə, Füzulidən Cavidədək – yeni yollar aradılar. Təqlidçilərsə (öz çağının robotları!) o dəryanın eləcə üzündə üzərək, sənətin yalnız təriqətə, ənənəyə, vərdişə, stereotipə çevrilmiş hücrələrində eşələnməklə, estetik dünyagörüşündə tıxac yaratmaqla gün keçirdilər... 

Ol səbəbdən yüzilliklər boyunca Şərq mədəniyyətinin qayım bir parçası olan bizim ədəbiyyatımızın da yurdlarında aparılan arxeoloji qazıntılardan ən çox çıxan da bunlardır: "eşq”, "canan”, "mələk”, "əğyar”, "ləb”, "səba”, "busə”, "zülf”, "müjgan”, "gərdən”, "zənəxdan”... Qadın əndamının bütün strateji nöqtələri... Ədəbiyyatın lap dibində ehtirasdan od tutub yansa da, əlləri bir-birinə çatmayan bir kişi (Şair!) və bir qadın (Canan!)... "Canan” (canların cəmi) ümumən Şərq ədəbiyyatında həm də "Allah” qavramında...  Bir ucu ilahi məkana (təsəvvüfdə!), bir ucu döşəyə bağlı (təsəvvürdə!) ilahi-erotik poeziya... Teosla Erosun izdivacı... Üstşüurla Altşüurun ilgəyi... 

Gerçək anlamında yoxdur İnsan! Hücrəsindən Minarəsinədək bəzəndirilib-düzəndirilmiş boyalı İnsan!    

Bəs həmin yüzilliklərdə insanlar fərd kimi, sosial varlıq kimi, necə yaşayıb, onların qarşılıqlı münasibətləri necə olub, Dövlət və İnsan bir-birini necə anlayıb, ümumiyyətlə, anlaya bilibmi?! Şahın Dövlət, İnsanın Təbəə olmadığı dərindən düşünülübmü?! Daim Göyə baxan, artıq  ilahiyyata dönüşmüş fəlsəfə bir az da Yerə baxıbmı?! Bax, bu kimi suallara vaxtında cavab verilmədiyindən, tarixi vakuumun sonunda, indi də ədəbiyyatımız idrakı və mənəviyyatı lərzəyə gətirən ciddi fəlsəfi problemlərdən, cəmiyyətimizdəki sarsıntılı burulğanlardan yan keçir, siyasətdənsə yüksək gərginlikli elektrik məftillərindən qorxan kimi qorxur, çəkinir. 

Əlbəttə, söhbət ayrı-ayrı faktlara, siyasətə birbaşa müdaxilədən, vulqar sosiolojilikdən, deklarativ bəyanatçılıqdan, publisistik məzmun və formaya ilişib qalmaqdan getmir. Sadəcə, siyasət də həyatın bir parçası olduğu üçün o, ədəbiyyatın estetik cazibəsindən kənarda qala bilməz.  

Cəmiyyət həyatının ağrı və ağırlıqlarından, eyni zamanda, pozitiv, mütərəqqi dəyişikliklərdən, yeniləşmələrdən və həm də onların əks yönlərindən, Azərbaycan – Dünya münasibətlərinin ləngərindən özünü kənarda saxlamaqla, ədəbiyyat marginallaşır, elə bugünkü qəhrəmanları kimi, tənhalaşır, sıxılır, sanki bir çarəsizlik, çıxılmazlıq sindromu yaşayır. "Mənəviyyat darısqallığı” ədəbiyyatın "ayaqqabı darısqallığı” ilə sinxronlaşır. 

Açıq deyirəm: indi bizim ədəbiyyatımız Azərbaycan varlığına daha çox özünü qapatmış vəziyyətdədir. Bu ədəbiyyatdan varlığımız epizodik təəssüratlar, solğun mozaika şəklində görünür (Özü də tam tərsinə: çağdaş ədəbiyyatçılarımızın iddialar ritorikası onların ədəbiyyat yaradıcılığından qat-qat qabarıq, hətta gözəgirən, qulaqdələndir). 

Ən yaxşı halda o, insan psixologiyasının dərinliklərinə enib də qalır (Yazıçılarımızın çoxu bunu çatılması böyük uğur sayılan son məqam hesab edirlər). Elə buradaca eşələnib də batır. İmpulsiv refleksiyalarla kifayətlənir. Ədəbiyyatımız dünyaya, yazıçı Əli Zərbəlinin "Corab oğrusu” hekayəsindəki kimi, çarpayının altından baxır. Olsun. Baxsın. Bəs gördüyü nədir?! – Elə öz düşüncə darlığında qısır bir dünya. 

Maraqlıdır ki, Əli bəy "Kvant superkompüterləri dövründə qəsəbə ədəbiyyatı” adlı dəyərli polemik essesində "özünü yeniləməyən hər şey məhvə məhkumdur” – klassik paradiqması ilə haqlı olaraq "qəsəbə, mikrorayon ədəbiyyatından qurtuluş” zərurətindən bəhs edir. Ancaq gənc yazıçı özünü belə bir ritorik sual qarşısında görürmü: çarpayıaltı düşüncələrlə əyalət qınından çıxmaq mümkünmü?!  

Ədəbiyyatın "qısır dünyası” ardınca nə gətirir?! Əlbəttə, daha çox mistika, tərəddüd, nevroz, ah-vay, dekadans, apatiya, hətta "aşağılıq kompleksi”! Söz-üslub-forma kəndirbazlığı! Psevdomodernist dolanbaclar! Bax, buna görə də bizim ədəbiyyatımız indi daha çox öz-özünə danışan adama oxşayır... 

Həssaslığının hörümçək torunda yellənə-yellənə titrəyən bu adam – yəni bizim yazıçı özünü doldurub-boşaltmaq üçün ədəbiyyata, ədəbiyyatsa cəmiyyətin bir küncünə sıxılıb, cəmiyyət də – siyasətin zirzəmisinə...

Hələ vaxtilə İsa Muğanna ədəbiyyatımızın dayaz cümlələrindən (deməli, düşüncəsindən!) misal gətirərək yazırdı: "İt "harf!” elədi, gədənin ürəyi düşdü ayağının altına.” – Bununla "Şaqren dərisi” (Balzakın məşhur romanı) yazılmaz!”

Bəyənmədiyimiz İranın nəinki mənəvi, hətta siyasi dayağı elə indi də "Şahnamə”dir. Almanlar "Faust”ları yazmasaydılar, "Mersedes”i düzəldə bilməzdilər. İngilislər "Hamlet”ləri ərsəyə gətirməsəydilər, planetin ən böyük, 43 mln. kv.km.-lik imperiyasını qura bilməzdilər. Volter, Russo, Hüqo Fransanı çalxalamasaydı, o ölkə Avropanın mədəniyyət mərkəzinə çevrilməzdi. Türkün də Bilgə Kağanları özlərinin yenidən doğuluşunu – ədəbiyyat həyatını gözləyir! Ədəbiyyat təkcə keçmişi yaşadan deyil, həm də millətin İndisini və Gələcəyini doğandır! 

Məgər bizim yazıçılar görmürmü: Şərqin ən yüksək estetik dəyər yaradıcılığı potensialına malik olan bizlər Cümhuriyyət dönəmindən bəri həm də onun ən müasir millətiyik!  

Həyatımızın bütün yönlərində "psixoloji sıçrayışa” təməl yaradan Vətən Müharibəsindəki qələbəmizin, Qafqazın öncinahına çıxmağımızın Azərbaycana qazandırdığı geopolitik vüsət qarşılığında ədəbiyyatımızın öz darısqal dünyasına qapanıb-qalması (seyrək istisnalar varsa da) yetərincə əcaib görünür...

"İşğal olunmuş düşüncədən” (professor Ramiz Yunus) qurtulmaq gərək...

Biz böyük millətik, ancaq xırdalıqlarımızı görürük! Ədəbiyyatımız da elə bilir ki, xırdalıqlarımızı gözə soxmaqla, cılız obrazların səfini sıxlaşdırıb qalereyasını yaratmaqla bizi böyük edəcək! Yox!

Siyasəti və Mədəniyyəti birgə addımlamayan cəmiyyətlər axsaq olur. Şairləri Göyərçin, məmurları Quzğun olur. Həm də belə bir anomaliya baş verməsin, davam etməsin deyə, bu gün olduqca vacib bir sənəd – "Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası (14 yanvar 2026) qəbul edilmişdir. İstedadlı bir gəncin – Emil Əskərovun dəyərləndirdiy kimi, "qalib xalqın şkalası ilə ölçülən, milli mədəniyyət məkanımızda qurucu zəlzələ effekti yaradan, təfəkkürün ən dərin qatlarını silkələyən fundamental dönüş nöqtəsi” olan bir Konsepsiya...   

İnsanlar idealsızlıqdan, cəmiyyətlər və ədəbiyyatlarsa ideyasızlıqdan çürüyür... 

İdeya – Ədəbiyyatın qabığı deyil, Toxumudur...

Dünya Çörək yox, İdeya qıtlığı çəkir...  

Rahid Ulusel,

Azərbaycan Milli Elmlər Akademiyası,

Fəlsəfə elmləri doktoru, professor, 

Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 İyun 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri