Icma.az
close
up
RU
Böyük Zəfərə aparan yolun 5 ili

Böyük Zəfərə aparan yolun 5 ili

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir AMEA Azad Həmkarlar İttifaqının və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı, alimlər, Vətən müharibəsinin qaziləri, şəhid ailəsi üzvlərinin iştirakı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

XQ xəbər verir ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli artıq Vətən müharibəsində qələbəmizin 5 illiyinin qeyd olunduğunu, tariximiz, dövlətçiliyimiz üçün böyük əhəmiyyətə malik Vətən müharibəsi, Qarabağ savaşı xalqımızın, müstəqil Azərbaycan dövlətinin tarixində ən böyük, şanlı və şərəfli səhifələrdən birini təşkil etdiyini vurğulayıb. "Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarını azad etdi. Bu, tarix boyu qazandığımız ən böyük qələbə və nəhəng tarixi hadisədir. Cənab İlham Əliyevin müharibə günlərində dünyanın ən müxtəlif televiziyalarına verdiyi 30-dan çox müsahibə sözün əsl mənasında həm müharibənin ideologiyasını təşkil etdi, həm də müharibədə xalqımızın birliyi və həmrəyliyinin təmin olunmasına, səfərbərliyinə əsl çağırışlar kimi səslənərək ideoloji cəbhədə də qalibiyyətimizi təmin etdi" - deyə akademik İsa Həbibbəyli qeyd edib.

AMEA rəhbəri çıxışında Azərbaycanın dünyada 44 gün ərzində özünün taleyini, mübarizəsini, ideallarını həll etməyi bacaran bir ölkə kimi böyük nüfuz əldə etdiyini, Azərbaycan xalqının qalib xalq, Azərbaycan Ordusunun qalib ordu, Müzəffər Ali Baş Komandanımızın isə qalib lider statusu qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. AMEA rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı mükəmməl bünövrə və Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti, xalqımızın, ordumuzun birliyi bizim qalib xalq statusu qazanmağımızın əsl səbəbidir.

"2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə xalqımızın əbədi və əzəli torpaqlarından erməni separatçılarının çıxarılması başa çatdı və ölkəmizin suverenliyi  tam təmin olundu. Təsadüfi deyildir ki, cənab Prezident 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etdi. Ölkəmizdə keçirilən dünyamiqyaslı tədbirlər Azərbaycanı tək qalib ölkə kimi yox, həm də suveren, müstəqil dövlət kimi tanıtdı. Dünyanın digər ölkələrində baş verən və sonu hələ də görünməyən müharibələrə nəzər salsaq, Qarabağda Azərbaycan Prezidentinin Dəmir yumruğu ilə qazanılan qələbənin nə demək olduğunu bu müqayisədə aydın şəkildə görə bilərik. Bu gün Azərbaycan Prezidentinin BMT-nin iclas zalında böyük dövlətlərin rəhbərləri ilə görüşləri, danışıqları göstərir ki, ölkəmizə hansı səviyyədə ehtiram göstərilir. Vaşinqtonda 8 avqustda imzalanmış sənədlər, sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin 2020-ci ildə başladığı işi sülh müqaviləsi ilə başa çatdırmaq əzmində olduğunu göstərdi. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə, böyük iradəsi ilə tezliklə sülh müqaviləsi imzalanacaq və Zəngəzur dəhlizi açılacaq, ölkəmiz tranzit ölkə kimi yeni iqtisadi imkanlar, dostlar, tərəfdaşlar qazana biləcəkdir".

Akademik İsa Həbibbəyli bildirib ki, şəhidlərin qanıyla qazandığımız torpaqları qorumaq hamımızın borcudur. 

Şəhid kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək, Vətən qarşısında ana borcunu yerinə yetirdiyini qürurla vurğulayıb. Bildirib ki, müharibənin ağır nəticələri gözlənilsə də, işğal altındakı torpaqların, eləcə də qürur və ləyaqətin qaytarılması qaçılmaz idi.

Vətən müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova əzizini itirməyin acısı ilə qüruru birgə yaşadığını bildirərək tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.

Tədbirdə, həmçinin şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Həmidzadə və şəhid Rauf İbadovun atası Məhərrəm İbadov çıxış ediblər. Onlar bildiriblər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yetişən zabit və əsgərlər şərəfli missiyanı layiqincə yerinə yetirərək valideynlərini fəxarətli ediblər.

Sonda çıxış edən MEK-in Qarabağ müharibəsi fondunun müdiri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsinin əbədiləşdirilməsində mühüm işlərin görüldüyünü, bu mövzuda yazılmış yeni nəşrlərin, elmi işlərin, məlumatların toplanıldığını bildirib.

Müşfiq Mirzə

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri