Icma.az
close
up
RU
“Zəfərə gedən yolun 5 ili” dəyirmi masa

“Zəfərə gedən yolun 5 ili” dəyirmi masa

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Botanika İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının üzvləri, qazilər, institutun rəhbərliyi və kollektivi iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsi şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq hazırlanmış videoçarx təqdim edilib.

Tədbiri açan institutun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsini qurtuluş savaşı kimi qiymətləndirib və qeyd edib ki, torpaqlarımız işğaldan Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. S.İbadullayeva Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Gününü Vətən müharibəsi qəhrəmanlarına dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb. O, yeni çapdan çıxmış “Qarabağ florası” kitabının şanlı Zəfərə ithaf olunduğunu vurğulayaraq, botaniklər adından Ali Baş Komandana, onun Müzəffər Ordusuna, qanı ilə tarix yazan şəhid və qazilərimizə dərin ehtiramını bildirib.

Daha sonra YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıb. Qeyd edib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz torpaqlarını işğaldan azad edib. Muxtar Nağıyev çıxışında Botanika İnstitutunda təşkil olunan anım tədbirinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu təşəbbüs müharibə fədakarlarının unudulmaması və müstəqillik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Vətən müharibəsi qaziləri Salman Xudaverdiyev, Rəşad Aslanov, Ramin Şirinov, Kənan Quliyev, Əsgər Əhmədov və Qafar Məmmədəliyev çıxış edərək müharibədə keçdikləri döyüş yolundan, çiyin-çiyinə vuruşduğu hərbçi yoldaşlarının igidliyindən danışıb. Bu gün onlara göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir Anım Günü ilə əlaqədar təşkil olunmuş ehsan süfrəsi ilə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri